Orta Təhsil

Kolleclərə keçid balları

9 illik bazada ixtisas seçiminə ümumi balı 50-dən çox olan abituriyentlər buraxılır. Azərbaycan dili və rus dili fənni üzrə balı 20-dən və Riyaziyyat fənləri üzrə balı 10-dan az olmayan abituriyentlər müsabiqədə iştirak edir.

Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə isə ümumi balı 50-dən az olmayan ( fənnlər üzrə bal məhdudiyyəti yoxdur) və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından məqbul alan abituriyentlər iştirak edə bilər.

Həmçinin 11 illik bazada kolleclərin ixtisas seçiminə ümumi balı 50-dən az olmayan abituriyentlər buraxılır. Yəni Azərbaycan dili bə rus dili, riyaziyyat fənnlərin hər biri üzrə bal 10-dan az olmamalıdır.  Xarici dil fənni üzrə bal məhdudiyyəti yoxdur.

Qəbul imtahanı 2 mərhələdə keçirilir.

Birinci mərhələdə abituriyentlər üçün Azərbaycan ( rus) dili fənnindən 20, riyaziyyat fənnindən, xarici dil fənnindən 15 sual olmaqla ümumilikdə 45 tapşırıq olur. Tapşırıqların həlli üçün isə 3 saat vaxt verilir.

İmtahanın ikinci mərhələsində isə hər bir fənn üzrə 30 tapşırıq olur. Ümumilikdə isə Azərbaycan (rus) dili, riyaziyyat və xarici dil fənnlərindən 90 qapalı tipli test tapşırığı verilir. Bu mərhələdə də test tapşırıqları üçün 3 saat vaxt verilir.

İmtahanın birinci mərhələsində iştirak etməyən tələbələr ikinci mərhələyə buraxılmır. İkinci mərhələdə iştirak etməyən abituriyentlər isə ixtisas seçiminə buraxılmır.

Buraxılış imtahanlarının nəticələri 2 il qüvvədə qalır.

Qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər ümumi qaydada elektron ərizələrini təsdiq etdirdikdən sonra “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının qanununa əsasən Azərbaycan dili (dövlət dili kimi) fənnindən (ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul üçün) imtahan verirlər. İmtahanın nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir.  İmtahanda abituriyentlərə fənn kurikulumu əsasında hazırlanmış 27-si qapalı, 3-ü isə yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli olmaqla 30 tapşırıq verilir. Tapşırıqların yerinə yetirilməsi üçün 1 saat 30 dəqiqə vaxt verilir . Qapalı tipli tapşırıqlar 0 və ya 1 balla, açıq tipli tapşırıqlar isə qiymətləndirmə meyarlarına əsasən 0, 1/2 və ya 1 balla qiymətləndirilir. Səhv cavablar yekun bala təsir göstərmir. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.

Müsabiqə abituriyentin qəbul imtahanından topladığı ümumi bal əsasında olur.

 Hər tədris ili ümumi orta ( 9 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlərin siyahısı, qəbul olduqları ixtisasların kodları, ixtisaslar üzrə formalaşan keçid balları və digər lazım olan məlumatlar Azərbaycan və rus dillərində ” Abituriyent” jurnalının 5-ci nömrəsində nəşr olunur.

Həmçinin hər tədris ili üçün orta ixtisas təhsil müəssisələrinə tam ( 11 illik) orta təhsil bazasında tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı ” Abituriyentin elektron ixtisas seçimi ərizəsi” nin doldurulması qaydası,qəbul aparılan ixtisaslar və digər lazım olan məlumatlar ” Abituriyent” jurnalının növbəti 6-cı nömrəsində nəşr olunur.

3.9/5 - (96 votes)
Back to top button