Suallar

Maraqli suallar

Maraqlı suallar sizin öz məntiqinizi yoxlamaq və verilən suallara uygyb maraqlı cavablarla öz düşüncənizi artırmaq üçündür. Bu kateqoriyada olan sual cavablar hər biri maraqlı nəticələrə malikdir. Özünüzü bu 10 suala ən maraqlı cavabı taparaq yoxlaya bilərsiniz. Suallar səhifəsinə keçid edərək isə daha çox və maraqlı suallar tapa bilərsiniz.

1️⃣ Yanğın baş verən 3 otaqlı evin 1-ci otağında külli miqdarda pul var. 2-ci otaqda vacib sənədlər var. Üçüncü otaqda zinət əşyaları var. 10 dəqiqədən sonra hadisə yerinə gələn polis evi söndürməyə hansı otaqdan başlamalıdır?

2️⃣ Bəzi aylar 30, bəziləri 31; neçə ayda 28 gün var ?

3️⃣ Sizə aid olsa da, başqalarının sizdən çox istifadə etdiyi nədir?

4️⃣ İki nəfər 5 əl şahmat oynadı. Hər iki oyunda eyni sayda qalib gəlib və heç-heçə qeydə alınmayıb. Bu necə ola bilər?

5️⃣ Bir qaçış yarışında ikincini sollayıb keçirsiniz, nəticədə siz necənci olursunuz?

6️⃣ Bir boşqabda 7 portağal var. 7 uşağa hərəsinə bir portağal verməklə bu portağalları bölün və boşqabda hələ də bir portağal qalsın. Necə edərsiniz?

7️⃣ Yolda iki nəfər qarşılaşır. Kiçik olan böyüyün öz oğludur. Amma böyük kiçiyin atası deyil. Bu necə baş verir?

8️⃣ Əli və Vüqar birlikdə ərzaq mağazasına gedirlər. Onların məqsədi ərzaq mağazasından şokolad almaqdır. Amma dükanına çatanda anlayırlar ki, Əlinin şokolad almağa 24 qəpik, Vüqarın isə 2 qəpiyi çatmır. Bundan sonra Əli özündə olan pulları Vüqara verir. Amma yenədə bir şokalat almağa pulları qalmır. Şokalatın qiyməti nə qədərdir?

9️⃣ Evin bağçasındakı otlar hər gün əvvəlki gündən iki dəfə çox böyüyür. Ot 10 günə bütün bağı örtürsə, hansı gündə onun yarısını örtəcək?

🔟 5 maşın 5 dəqiqədə 5 düymə istehsal edərsə, 100 maşın 100 düyməni nə qədər müddətdə istehsal edər?

Maraqli suallar ve cavablari

Maraqlı suallar və cavabları aşağıdakı kimidir. Burada yuxarıdakı nömrələrə uyğun olaraq sualların cavabları verilmişdir. Sonda hansı sualla cavab verdiyinizi və özünüzun maraqlı suallarınız varsa bizlə bölüşməyinizi gözləyirik )

  1. Polis yanğın söndürmür.
  2. Hamısında 28 gün var
  3. Adınız
  4. Ancaq başqa insanlarla oynasalar, mümkün ola bilər.
  5. İkincini keçərək ikinci olacaqsınız.
  6. Sonuncuya portagalı boşqabla birlikdə verərək
  7. Bu şəxs kiçiyin anasıdır.
  8. 25 qəpik
  9. Əvvəlki gündən iki dəfə çox böyüyərsə, 9-cu gün bağın yarısını, 10-cu gün isə bütün bağı əhatə edir.
  10. 5 dəqiqədə.

Digər suallar

Mentiqi suallar ( 10 Ən yaxşısı )

4.8/5 - (246 votes)
Back to top button