Ali TehsilNədir?

MBA nədir?

MBA nədir? İlk əvəl qısaca məlumat verək ki, MBA milli söz deyildir, ingilis dilindən götürülmüşdür. Açılışı “Master Business  Administration” -dır. Azərbaycan dilində Biznesin İnzibatçılığı Magistr postdiplom proqramıdır. Bu proqramın yaradılmasında əsas məqsəd bakalavr təhsili almış hər bir şəxsə, yeni idarəetmə bacarıqları qazandırmaqdır. Məlum məsələdir ki, 4 yaxud 5 illik təhsil müddətində tələbələrə əsasən nəzəri biliklər öyrədilir. Praktik cəhətdən isə arzu etdiklərini təcrübəni qazanmaq mümkün olmur. Məhz MBA proqramı praktik yöndən inkişaf etməyiniz üçün əvəzolunmazdır.

MBA proqramı ən prestijli proqramlardan biri olub iqtisadiyyat və menecment üzrə magistr proqramlarının başında gəlir. Dünyada olduqca məşhurdur. MBA diplomlu şəxslərin daha yüksək əmək haqqı qazanması və beynəlxalq firmalarla, şirkətlərlə çalışması bu proqrama ta ələbi hər gün daha da artırır. Təhsilin müddəti 2 yaxud 3 ildir.

MBA təhsili haqqında.

MBA təhsil müddəti dövründə iqtisadiyyat, marketinq, sahibkarlıq, maliyyə, əməliyyat idarəsi, liderlik xüsusiyyətləri, əlaqə, idarəetmə ilə əlaqədar elmi və akdemik dərslər keçirilir. Bu təhsilin üstünlüyü odur ki, burada nəzəri bilikləri deyil yalnız praktiki biliklər öyrənəcəksiniz. Burada dərs deyən müəllimlər isə məsləhətçilər, direktorlar, idarəçilərdir.

MBA proqramı nədir?

MBA olduqca məşhur proqramlardandır. Amerikada 20 -ci əsrin əvvəllərində yaranmışdır. Bu proqramın yaradılmasında əsas məqsəd biznes idarəçilərinin yetişməsindən ibarətdir. Qısa müddət ərzində proqramın mükəmməlliyi və effektiliyi sayəsində MBA-ya tələb və maraq xeyli artmışdır. 2 ya da 3 il müddətində bu proqramdan faydalanaraq təhsil ala bilərsiniz.

  • Əyani,
  • Qiyabi,
  • Distant formada təhsil almaq imkanına sahibsiniz.

İstər dövlət, istərsə də özəl universitetlərimizdə, eyni zamanda xarici ölkələrdə də MBA proqramı ilə təhsil almağınız mümkündür.

MBA və yoxsa Magistr?

Universitetin son kursu yaxud bitdikdən sonra artıq magistr yaxud MBA təhsil alıb-almayacağını qərarlaşdırır. Qeyd edək ki, magistr və ikinci ali təhsil daha çox nəzəri biliklərə yönəldilsə də, MBA isə bu iki təhsil növündən çox fərqlənir. MBA proqramlarının bir çox növü vardır.

✅ EMBA, yalnız top menecelərə istiqamətlənib.

✅ Full tip MBA-əyani təhsil olsa da, o qədər də məşhur deyil. Mənfi cəhəti eyni anda həm oxumaq, həm də işləmək imkanının olmamasıdır.

✅ Part tima MBA – əyani- qiyabi təhsildir. Dərslər axşam, həftəsonu və modul sistemə malik olur.

✅ Distansion təhsil- olduqca məşhurdur, mənfi və müsbət cəhətləri vardır.

✅ Mini MBA- menecerlər üçün altı aylıq hazırlıq kursudur, təhsil haqqı aşağıdır və vaxta qəaət ediləcək qədər az müddətdə təhsil imkanına malikdir.

MBA -nın üstünlükləri.

  • Təcrübi bacarıq və biliklər qazanmaq.
  • Təcrübə mübadiləsi aparmaq imkanı.
  • Yeni tanışlıq və əlaqəərin qurulması.
  • Yüksək dünya görüşünün genişlənməsi.
  • İş tapmaq prosesini asanlaşdırmaq.

Xarici ölkələrdə MBA təhsili və Azərbaycanda MBA təhsili.

Ümid edirik ki, bu məqaləmiz vasitəsilə təhsil almaq istədiyiniz ixtisası və harada təhsil almaq istədiyinizə qərar verə biləcəksiniz. Yuxarıda da qeyd etdiyimiz kimi MBA olduqca məşhur, prestijli proqram növüdür. Lakin dünya ölkələrində bu proqrama qatılmaq ölkəmizdə olduğu kimi asan deyil. İlk olaraq qeyd edək ki, proqrama daxil olmaq üçün GMAT üzrə imtahan verilməsi tələb olunur ki, iştirak etmək üçün 250 dollar ödəniş edilməsi tələb olunur və olduqca çətin imtahandır. Azərbaycanda isə bu imtahanlar olduqca asan suallar əsasında baş tutur. Ölkəmizdə MBA-nı magistr dərəcəsi kimi qəbul edirlər, lakin bu il belə deyil. Çünki bu təhsil pulsuz deyildir. Əslində MBA təhsilini sırf bakalavr olaraq iqtisadiyyat, biznes yönümlü sahələri bitirənlər ala bilər, lakin ölkəmizdə bu belə deyildir. Bu da alınan təhsilin effektivliyini bir xeyli azaldır. Xaricdə MBA ixtisası üzrə dərs deyən müəllimlərin hər biri öz sahələrinin professorlarıdır. Demək olar ki, nəhəng şirkətlərdə çalışan top menecerləri, biznes sahiblərini xarici universitetlərdə müəllim olaraq görmək mümkündür. Lakin ölkəmizdə bu belə deyildir. Müəllimlərin əksərinin bu sahədə kifayət qədər bilik  və təcrübələri yoxdur. Bu da öz növbəsində təhsili daha aşağı səviyyəyə endirir. MBA tədris proqramının əsas prisinsipi olaraq dərslər “case study” metodikası üzrə keçirilir. Lakin Azərbaycanda deyil.

Ona görə də əziz bakalavr məzunları, əgər ki, MBA üzrə təhsil almaq sizin üçün önəmlidirsə, o zaman seçəcəyiniz ölkə və universitet seçimini doğru etməlisiniz ki, aldığınız təhsil müddəti vaxt itkisi ilə əvəzlənməsin.

Unutmayın ki, təcrübə qazanmaq diplomdan daha çox önəmlidir. Yüksək prestijli işlərdə çalışmaq, ixtisasınız üzrə peşəkar təhsil alaraq mükəmməl praktiki bacarıqlar qazanmaq üçün MBA proqramını seçərək arzu etdiyiniz bilik və bacarıqlara yiyələnə bilərsiniz.

4.7/5 - (3 votes)

Əlaqəli yazılar

Digər yazılar
Close
Back to top button