Təhsil Xəbərləri

Məişət qəzaları haqqında məlumat

Qarşısı alına bilən səbəblərdən baş verən və nəticəsi heç də yaxşı olmayacaq şəkildə bitən hadisələrə “qəza” deyilir. Bu qəzaların bəziləri ölümlə nəticələnə bilir. Eyni zmaanda qeyd edək ki, ölümlə nəticələnən qəzaların 25%-i ən təhlükəsiz yer hesab etdiyimiz evlərimizdə baş verir.

Gözlənilmədən, qəfildən baş verən bu hadisələrdə yıxılma, yanıq, zəhərlənmə, suda boğulma, kimyəvi maddələrin qəbulu və yad cisimlə boğulma əsas məişət qəzaları kimi qorxunc hallar yaşana bilir. Yaşanan bu hadisələr ölüm və əlilliyə səbəb olur. Ancaq qeyd edə bilərik ki, bu yaşanan hadisələr ən çox qarşısı alına bilən qəzalar olması ilə də diqqətləri çəkirl.

  • Hər il bədbəxt hadisələr nəticəsində 14 yaşınadək 12 min uşaq ölür, 50 min uşaq isə xəsarət alır.
  • Qəzaların 80%-i 4 yaşa qədər uşaqlarda görülür.
  • UNICEF-in araşdırmasına görə, qəzaya düşən uşaqların 70%-dən çoxu bunu evdə edir.

 Ölkəmizdə də hər il yüzlərlə uşaq ev şəraitində müxtəlif növ qəzaların qurbanı olurlar. Onlar:

  • Dəm qazından boğulma,
  • Yanma,
  • ət maşınında barmaq və əlin qalması,
  • eyvandan yıxılma kimi hadisələr nəticəsində yaralanır yaxud dünyasını dəyişirlər.

Hər birimiz bilirik ki, uşaqlar böyüklər üçün yaradılmış bir dünyada yaşayır. Bu səbəblə təhlükələrə və ətraf mühit risklərinə həssas və açıq olmaları, yeni şeylər görmək, kəşf etmək və öyrənməyə maraq göstərmələri kimi səbəblərdən ev qəzalarına qarşı çox həssasdırlar. 0-6 yaş qrupunda olan uşaqlarınız varsa, daha diqqətli olmağınızda fayda var. Çünki bu yaş qrupunda olan uşaqlarda öyrənməyə, toxunmağa, sınaqdan keçirməyə maraq olduqca yüksəkdir. Həmçinin onlar inkişaf baxımından özlərini bədbəxt hadisələrdən və xəsarətlərdən tam qoruya bilmirlər. Buna görə də onlara valideynləri və ya baxıcıları tərəfindən nəzarət etməlidir.

Balacaları necə qorumaq olar?

Uşaqlarımızı qəzalardan qoruya bilərik. Bunun başlıca yolu onları daim nəzarətdə saxlamaqdır. Daim gözümüzün qarşısında olmalıdırlar. Daha yaxşı bir varian isə evin hər bir otağında kameranın olmasıdır ki, digər otaqda olduqda onları izləmək mümkün olsun.

  • Yuxusuzluq,
  • aclıq
  • nəzarətin olmaması,
  • dağınıq ev,
  • əşyaları yanlış yerləşdirmə kimi ev qəzaları ilə bağlı bir çox risk faktoruna müdaxilə edilərək qəzaların qarşısını almaq olar.

Qəzadan qorunmaq yolları və ilkin müdaxilə

Yanıqlar: Qaynar su və təzə dəmlənmiş çay və yaxud da isti şorba gözlənilməz halda uşağın üzərinə dağıla bilər. Bu zaman etməli olduğunuz ilk şey onu axar suyun altında tutmaqdır. Yanıq yerindəki paltarlar çıxarılmalıdır. Ancaq unutmayın ki, yaraya paltar və ya yad materiallar yapışıbsa, onları heç vaxt çıxarmaq olmaz. Əgər yanmış dəridə suluqlar əmələ gəlibsə, onu partlatmaq olmaz. Dərhal tibi xidmətlərdən istifadə etmək lazımdır.

Yad Cisim Boğulma: Körpə uşaqlarda ən çox rastlaşdığımız hadisələrdəndir. Batareya, qəpik, düymə və bu kimi yad cismləri ağızlarına salaraq onları kəşf etməyə çalıırlar. Nəticədə isə özlərindən asılı olmadan udurlar. Bu materiallar uşağın tənəffüs yollarını, bəzən tamamilə və ya qismən bağlayır, boğulma və hətta beyinin daimi zədələnməsinə və ölümünə səbəb ola da bilir. Belə bir vəziyyətdə valideynlər adətən panikaya düşür, nə edəcəklərini bilmir. Dərhal uşağın ağzına müdaxilə edərək yad cismi oradan çıxarmağa çalışır. Ancaq bilməlisiniz ki, uşağınıza icazə verməli, onun öskürməsini gözləməli və obyekti xaric etməsini izləməlisiniz. Əgər uşağınız heç nəfəs almırsa, ilk yardım təlimində öyrənmiş olduğunuz taktikaları etməlisiniz.

Suda boğulma: Hovuzu lan evlərdə, yay mövsumunda üz tutulan dəniz və hovuzlarda bu kimi bədbəxt hadisələr yaşana bilər. Suda boğulmaq təhlükəsi olan uşaq özbaşına nəfəs alırsa, yaş paltarı çıxarılmalı, bədəni isidilməli və dincəlməlidir. Əgər uşaq nəfəs ala bilmirsə, ürək masajı və süni tənəffüs verilməlidir. Yaxşı olardı ki, bunun təlimini almış olasınız.

Kimyəvi (dərman, pestisidlər, pestisidlər, ağartıcı və s.) vasitələrdən zəhərlənmə: Demək olar ki, əksər evlərdə bu hadisələr yaşanır. Valideynlərin nəzarətsizliyi və əşyaları düzgün yerləşdirməməsi nəticəsində bu bədbəxt hadisə yaşanır. Dərmanlar dərman qutularında olmadıqda körpələr bu kiçik həblərə maraq göstərək onu uda bilər. Eyni zamanda təmizlik vasitələri vardır ki, uşaqlar onların nə olduğunu bilmək üçün ağızları ilə yoxlamağa cəhz edirlər. Bu sabun, maye paraşoklar, ağadıcılar ola bilər. Əgər uşağınız bu maddələri udsa, qusmağa səbəb olmamalı və ağızdan heç nə verilməməlidir. Dərhal xəstəxanaya çatdırılmalıdır.

Əgər kimyəvi maddələrin bədənə tökülübsə və bunun nəticəsində yanıq yaranıbsa, kimyəvi maddə bədəndən tez çıxarılmalıdır.Uşağın paltarı əlcək və ya çantanın köməyi ilə çıxarılmalıdır. Yanıq yeri uzun müddət axar su altında yuyulmalıdır. Üzərində yanıq yaradan maddənin antidotu yazılıbsa, onun antidotu ilə, əks halda isə sabunla yuyulmalıdır. Uşaq mümkün qədər tez bir sağlamlıq müəssisəsinə aparılmalıdır.

Məişət Qəzalarının Qarşısının Alınması üçün Ailələrə Təkliflər

Sıx görülən hadisələrdən biri də uşaqların pəncərə və balkonlardan yıxılmasıdır. Buna görə də pəncərələrin qarşısına əşyalar qoymamaq və dəmir barmaqlıqların olması vacibdir. Əgər uşaqlı evdirsə, bunu diqqətə almalısınız.

Həmçinin körpənizi heç vaxt tək qoymayın və onun üzərinə muncuq, əmzik və s. taxmayın.

Xarici qapını və bağ darvazasını mümkün qədər bağlı saxladığınızdan əmin olun. Eyni zamanda bütün otyaq qapılarının açarları qapının üzərində olsun.

Elektrik cərəyanından qorunmaq üçün evdə elektrik kabellərini və ya rozetkaları açıq qoymayın, elektrik yuvalarına qoruyucular taxın.  

Tez alışan materialları (kibrit, alışqan və s.) ətrafda qoymayın və onları saxlamayın.

Əgər evdə pilləkən varsa, qap yerləşdirin.

Uşağın oynadığı oyuncaqların çatışmayan hissələrin olub-olmadığını yoxlayın.

Xalçaların və həsirlərin sürüşməsinin qarşısını almaq üçün onların altına qoruyucu materiallar qoyun.

Bütün potensial təhlükəli alətləri (bıçaqlar, şüşə qablar kimi) uşaqların əli çatmayan yerdə qoyun.

Yanmamaq üçün uşağı soba və ya qızdırıcının yanında qoymayın. Qaynar su ilə doldurulmuş qabları, vedrələri, qazanları və ya elektrik prizli ütüləri əlçatan yerdə saxlamamağınız tövsiyə olunur.

Əgər soba üzərində yemək bişirirsinizsə, bu zaman qazan və tavaların tutacaqlarını masanın və sobanın üstündə içəriyə dönük saxlayın.

İsti plitələrin və ya yanan alətlərin ətrafında təhlükəsizlik tədbirləri alın.

İsti mayeləri və qidaları uşaqların əli çatmayan yerdə qoymayın. Xüsusilə süfrəyə qaynar çay və yemək gətirdiyiniz zaman uşaqlara diqqət edin ki, toxunmasınlar.

Şkafları və çekmeceleri həmişə bağlı saxlayın və təhlükəsizlik materiallarından istifadə edin.

Soyuducu, paltaryuyan, soba və qabyuyan maşın kimi elektrik cihazlarının qapaqları çətin açılan tipdə olmalıdır. Bununla belə, xüsusi təhlükəsizlik kilidlərindən istifadə etmək məqsədəuyğun ola bilər.

Dərmanları, təmizləyici materialları, həşərat və siçan zəhərlərini uşaqların əli çatmayan hündür və qapalı yerlərdə qoyun.

Ətrafınızda plastik torbalar qoymayın ki, boğulma halları yaşanmasın.

Döşəməyə tökülən hər hansı mayeni dərhal silin ki, uşaq sürüşüb yıxılmasın.

İndiki zamanda uşaqlar vaxtlarının çoxunu evdə keçirirlər. Bu vəziyyət məişət qəzalarının sayını artırır. Bu da valideynlərə daha diqqətli olmaq üçün əsas zəmin yaradır. Körpə varsa, hər zaman, hər an diqqətli olmalısınız.

Balacalar bizə verilən ən dəyərli əmanətdir. Onları qorumaq isə hər birimizin borcudur. Bu şirin varlıqlar daimi olaraq təhlükələrlə üz-üzə qala bilərlər. Ana, ata olaraq bu təhlükələrin qarşısını almaq bizim əlimizdədir. Necə deyərlər; “Ehtiyat igidin yaraşığıdır”.

Yazını dəyərləndir post

Əlaqəli yazılar

Digər yazılar
Close
Back to top button