Təhsil Xəbərləri

Novruz bayrami haqqinda 🌺

Novruz bayrami haqqinda məlumatlara bir çoxumuz tam sahib deyilik. Bu bayramın qeyd olunma səbəbi, mənşəyi və s. haqqında kifayət qədər biliklərə sahib deyilsinizsə, o zaman doğru ünvan Tehsil.com.az-dır. Novruz bayrami haqqinda məlumatlarla tanış olaq.

Təbiətin oyandığı, canlandığı zamanın yaxınlaşmasına çox az günlər qalıb. Bu ərəfədə insanların üzündə təbəssüm yaranır. Hər kəs nələrinsə ardınca qaçmağa başlayır. Lakin bu təlaşlaşlar Novruzu qarşılamağa görədir. Küsülülər barışır, qohumlar və qonşular bir-birinin evinə gedir Novruz bayramında.

Martın 21-də gecə-gündüz bərabərləşir. Novruzdan əvvəlki son 4 çərşənbəyə ölkəmizdə xüsusi əhəmiyyət verilir. Novruza yaradılışının mərhələlərini işarələyən 4 ünsür bunlardır; (su, od, külək və torpaq). Bu bayramın tarixi çox qədimlərə dayanır. Mənbələrdə ulu Zərdüşt dinindən gəldiyi qeyd olunur. Eyni zamanda bu bayram Hicri-şəmsi və Bəhai dininin təqvimində də yeni ilin ilk günü kimi qeyd olunur. Çünki yazın gəlişi təbiətin oyanması yeni fəsilə giriş kimi hesab edilir. Hətta buna görə Novruzun əkinçilər bayramı olduğu da deyilir.

AZƏRBAYCANDA NOVRUZ BAYRAMI 🔥

Novruz - Azərbaycan xalqının milli-mənəvi varlığını əks etdirən qədim el  bayramı - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanda Novruz bayramı böyük təm təraqlı şəkildə qeyd olunur.  Bu bayram süfrələr zövqlə bəzənir. Süfrədə “s” hərfi ilə başlayan yeddi yemək, o cümlədən sumax, sirkə, süd, səməni, səbzi və s. olmalıdır. Həmçinin süfrəyə güzgü və şam qoyulur, güzgünün qarşısına isə bəzədilmiş yumurta qoyulur. Bunun da simvolik mənası var. Şam od, işıq rəmzi, güzgü isə aydınlıq, şəffaflıq rəmzidir.
   Bu bayramın digər bir ənənəsi isə bayram axşamı hər kəs evində olmalıdır. Deyilənə görə, əgər Novruzun ilk günü evdə olmasan, yeddi il evdə ola bilməyəcən. Qədim adətlərə görə, bayır qapılar bağlanmırdı. Lakin indiki şərait bu adəti yerinə yetirməyə imkan vermir. Novruzun ilk gecəsi səhərədək şam yandırılır: sönmüş ocaq, sönmüş şam uğursuzluq əlaməti hesab olunur.
   Novruzu qeyd edərkən, kəndlilər növbəti ilin quraq, yaxud yağıntılı keçəcəyini, məhsuldar olub-olmayacağını müəyyən edə bilirlər. Adətlərimizə görə, Novruzun ilk günü yaz, ikinci günü yay, üçüncü günü payız, dördüncü günü isə qış hesab edilir. Bayramın ilk günü külək və yağışsız olursa, deməli il kənd təsərrüfatı üçün uğurlu keçəcəkdir. Ancaq külək olarsa, deməli bütün il heç də yaxşı olmayacaq əkinçilik üçün. Son üç gündə də ilin qalan fəsillərinin necə keçəcəyi bu yolla müəyyən edilir. Son 4 çərşəbə isə hər kəsin xüsusi önəm verdiyi adətlərdəndir. Nəsildən nəsilə ötürülərək günümüzə gəlib çatmış Novruz zamanı aşağıdakı adətlərimiz yerinə yetirilir.

  • Papaq atmaq. Əsasən gənclər və uşaqlar arasında yayılan bu adət zamanı atılan papağı heç vaxt boş qaytarmazlar deyirlər. Qonşuların, qohumların qapıları döyülərək qapı kənarına boş papaq qoyulur və qaçıb gizlənilir. Bu zaman ev sahibi Novruzun atributlarından olan şəkərbura, paxlava, qoğal kimi təamlarla papağı doldurub götürdükləri yerə qoyurlar.
  • Tonqaldan tullanmaq. Tonqaldan tullanmaq isə növbəti adətlərimizdəndir. Bu adət həm Novruz bayramı günü həm də əsas Od çərşənbəsi günü həyata keçirilir. Böyük bir tonqal qalanaraq ətrafına toplanılır. Daha sonra isə “ağırlığım uğurluğum bu tonqalda yansın” deyərək 3 dəfə üzərindən tullanılır.
  • Üzük falı. Üzük falı isə qızlar arasında yayılan ən məşhur adətlərdən sayılır. Bu adətimizi qızlar son çərşənbə günü edirlər. Odur ki, sapa bağlanmış üzük su ilə dolu bir stəkanın içərisinə salınır və üzük neçə dəfə stəkanın divarlarına dəysə bu o deməkdir ki, qız o yaşında ərə gedəcək.
  • Qulaq falı. Qulaq falı da papaq atmaq qədər məşhur adətlərdən biridir hansı ki, bu adətdə hər hansı bir evdə danışılanlar gizlincə dinlənilir əgər yaxşı söhbətlər danışılırsa onda bu o deməkdir ki, arzunuz yerinə yetəcək. Bu adətimiz son çərşənbə və bayram günü edilir.
  • Səməni cücərtmək. Səməni əkmək isə demək olar bütün ailələrdə həyata keçirilən bir adətdir. Hər bir evdə səməni cücərdilir. Bu adətin mənası yazın gəlişindən ətrafın yaşıllaşmağından xəbər verir.
  • Yumurta döyüşdürmək. Yumurta döyüşdürmək isə elə balaca vaxtlarımızdan hamımızın ən sevdiyi adətlərdən olub. Rəngbərəng yumurtalar uşaqların sevimlisidir. Bu aədətin isə şərtləri vardır. Belə ki, yumurtası qırılan tərəf digərinin dediklərini etməlidir.
  • Bir biri ilə yola getməyən Keçəl ilə Kosa isə Azərbaycan Novruz bayramının əsas rəmzlərindən biridilər.
  • Novruz şirniyyatları. Novruz zamanı sürfəryə fərqli-fərqli təamlar düzülür. Şəkərbura, paxlava, qoğal isə bu bayramın əsas atributlarındandı.

Novruz Dünya xalqlarının bayramı kimi 🌺🌱

Novruz bayramı Tovuzda təntənə ilə qeyd olunub - AZƏRTAC – Azərbaycan  Dövlət İnformasiya Agentliyi

Dünya xalqlarının bu bayramı yüksək səviyyədə və milli bayram kimi keçirməsinə görə 2009-cu il sentyabr ayının 30-da Novruz YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilibmişdir. 23 fevral 2010-cu ildə isə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i “Beynəlxalq Novruz Günü” kimi elan edilib. Novruz bayramı ölkəmizdə də geniş miqyasda qeyd olunduğu üçün bayram ərəfəsi (5 gün) qeyri-iş günləri elan olunur.

Novruz Azərbaycanla yanaşı İranda, Türkmənistanda, Tacikistanda, Özbəkistanda, Pakistanda, Qazaxıstanda, Qırğızıstanda xüsusi təntənə ilə qeyd edilir.

Novruz dünyanın əksər ölkələrində bu xalqların nümayəndələri tərəfindən Los-Anceles, Toronto, Londonda da qeyd olunur. Los-Anceles şəhərində heç kimə ocaq qalamağa icazə verilmir. Buna baxmayaraq Cənubi Kaliforniyada yaşayan və Novruzu qeyd etmək istəyən azərbaycanlılar və iranlılar Kaliforniyanın çimərliklərinə gedir və ocaq qalamağa icazə verilmiş yerlərdə bayram ocağı qalayırlar.

Novruz bayrami haqqinda seir 🌺

Novruz bayrami haqqinda seirhər Novruz yaxınlaşdığı zaman uşaqlar tərəfindən axtarılır. Hətta bu bayram ərəfəsində Novruza aid inşalar da müəllimlər tərəfindən verilən ev tapşırıqları sırasındadır. Bu bayramın gəlişi ilə bağlı bağçalarda, məktəblərdə bayram şənlikləri keçirilir. Uşaqlar Novruz bayrami haqqinda seir, mahnılar oxuyaraq bayram əhval-ruhiyyəsini yüksəldirlər.

Bayramların Sultanı

Novruz gəlir yurduma
Hər tərəf gül-çiçəkdir.
Az sonra keçəl, kosa
Meydana gələcəkdir.

Hər tərəf işıq saçdı,
Novruz gəldi, sevindik.
Kədər bizdən gen qaçdı,
Şadyanlığa büründük.

Şəkərbura, paxlava,
Şorqoğalı yeməli.
Bayramların sultanı,
Ancaq sənə deməli.

Qoz-fındığın, qovurğan
Ağzı dada gətirir.
Üzərriyin, yovşanın
Qada-bala götürür.

Tonqal çatıb uşaqlar,
Atlanırlar üstündən.
Qorxu yoxdu alovdan,
Göz çıxardan tüstüdən.

“Bənövşə bəndə düşə”
-Bir oyundu məzəli.
Uşaqların sevdiyi,
“Yenə gəldi ənzəli”

Çərşənbələr ard-arda
Mənalıdır hər biri.
Bərəkət simvolusan,
Neçə min ildən bəri.

Novruz gəlib, yaz gəlib

Novruz gəlib, yaz gəlib,
Bir əlində saz gəlib.
Bir əlində xonçası,
Açıb gülün qönçəsi.
Bülbülə avaz gəlib.
Novruz gəlib, yaz gəlib.

Bülbülə avaz gəlib.
Novruz gəlib,yaz gəlib.

Kosa, sən də gəlsənə,
Gəlib salam versənə.
O torbanı ver görək,
Yumurtalar rəngbərəng.
Hər biri can dərmanı,
Ver dolduraq torbanı.

Hər biri can dərmanı,
Ver dolduraq torbanı.

Novruza bax, yaza bax,
O əriyən buza bax.
Sellər axır şırhaşır,
Çöllər olub yamyaşıl.
Ot bitir,yemlik bitir,
Keçəl başa tük bitir

Ot bitir, yemlik bitir,
Keçəl başa tük bitir

Keçəl başın yağlasın,
Dəsmal verək bağlasın.
Məclis qurub oynasın,
Çırtdıq vuraq oynasın,
Əl çalaq alqışlayaq,
Bu məclisi başlayaq.

Əl çalaq alqışlayaq,
Bu məclisi başlayaq.

Novruz gəlir

Təbiət boyanıb girir min dona,
Ağaclar hörmətlə baş əyir ona.
Kədər, qüssə tükənib gəlir sona,
Xoş qədəmlə bu elə novruz gəlir.

Naxış vurur novruz çəmənə, dağa,
Bol meyvələr hədiyyə edir bağa,
Ruzi, bərəkətlə gəlir bu torpağa,
Xoş qədəmlə bu elə novruz gəlir.

Xalqımız sevinib şənlik edirlər,
Əl-ələ verirlər, yallı gedirlər.
Bayramınız mübarək olsun deyirlər,
Xoş qədəmlə bu elə novruz gəlir.

Süfrələrə naz neymətləri düzək,
Badələrə sevgi şərbəti süzək.
Kədərli ömürdən əlimizi üzək,
Xoş qədəmlə bu elə novruz gəlir.

Şamları yandıraq arzular tutaq,
Dərdlə vidalaşıb dərdi unudaq,
Gülər üzlə novruzu qarşılayaq,
Xoş qədəmlə bu elə novruz gəlir.

Novruz bayramı

İştə novruz! Yetişdi fəsli-bahar.
Gəldi işrət zamanı, qardaşlar!
Nə gözəl bayram… Ah, nə xoş fürsət!
Sayılır əhli-zövqə bir nemət!..
Böylə şad gün düşərmi bir də ələ?
Keçirin beş gün ömrü ləzzət ilə.

Yalınız hanki evdə yas varsa,
Bir onun borcudur ki, tutsun əza.
Birinin ölsə qardaşı naçar,
Qara bayram tutar… Bir adət var.

Hər kimin yoxsa böylə bir üzri,
Eyşü nuş eyləsin o… yox zərəri.
Gərçi “əlmömünün üxüvvə” demiş
Əmri-peyğəmbəri hekayə imiş.
Cümlə qardaş, — deyir Rəsuli-xuda,
Hanki islamədir bu söz əcəba?

Bəlkə bir başqa xəlqədir bu xitab?
Nəyə lazım, canım, sıxıntı, əzab.
Bütün İranda, cümlə Balkanda,
Çırpınır qardaşın qızıl qanda!
İştə bir qətlgahə dönmüş yer!
Məhv olan yüz deyil ki! Yüz mindir.

Ana! Həmşirə! Ey nişanlı gəlin!
Siz də əsla sıxılmayın, sevinin.
Əzilib məhv olursa ailələr,
Sizə aid deyil bu qəmli xəbər.
Getsə iffət, kəsilsə əmcəklər,
Sevinin!.. İstəməz düşüncə, kədər.

Bütün aləm dağılsa, od tutsa,
Bizə lazımdır imdi zövqü səfa.
Bir müsəlman ki, onda qeyrət var.
Sevinir, kef edər, çalar, oynar.

Sevinin! Zurna, toy çalın, sevinin,
Nə gözəl bayram! Of, gülün, sevinin!
Dinə, namusa küsdünüzsə, gülün!
Sevinin, həp gülün!.. Nə nəşəli gün?!

NOVRUZUN TƏRİFİ

Novruz gəlir yurduma
Yer-Göy necə şad olur.
Küskün düşən ürəklər –
Könüllər abad olur.

Yaşıllaşıb yenə də,
Təbiət cuşa gəlib.
Nə xoşdur Vətənimə
Bayramlar qoşa gəlib.

İlaxır Çərşənbənin
Bir başqadır növrağı.
Əski dünyadan gəlir,
Onun səsi-sorağı.

Bu bayrama çatan yox,
Girsin bəhsə, yarışa.
Heyran qalmamaq olmur
Bu nəcib yaranışa.

Allahın möcüzəsi,
Görkəzməsi bəlkə də.
Hələ belə bayram yox,
Nə diyarda, ölkədə.

BAYRAMLARIN SULTANI

Novruz gəlir yurduma
Hər tərəf gül-çiçəkdir.
Az sonra keçəl, kosa
Meydana gələcəkdir.

Hər tərəf işıq saçdı,
Novruz gəldi, sevindik.
Kədər bizdən gen qaçdı,
Şadyanlığa büründük.

Şəkərbura, paxlava,
Şorqoğalı yeməli.
Bayramların sultanı,
Ancaq sənə deməli.

Qoz-fındığın, qovurğan
Ağzı dada gətirir.
Üzərriyin, yovşanın
Qada-bala götürür.

Tonqal çatıb uşaqlar,
Atlanırlar üstündən.
Qorxu yoxdu alovdan,
Göz çıxardan tüstüdən.

“Bənövşə bəndə düşə”
-Bir oyundu məzəli.
Uşaqların sevdiyi,
“Yenə gəldi ənzəli”

Çərşənbələr ard-arda
Mənalıdır hər biri.
Bərəkət simvolusan,
Neçə min ildən bəri.

3.9/5 - (34 votes)

Əlaqəli yazılar

Digər yazılar
Close
Back to top button