Ornament nədir?
Ornament – Ritmik elementlərdən ibarət naxış,bəzək deməkdir. Paleolit dövrü abidələrində ornamentin ilk rüşeymlərinə təsadüf olunur. Xalq yaradıcılığında naxış nisbətən daha yığcam formada olur, ciddi riyazi qanunlara əsaslanır.
Ornament nədir və mənası ?
Azərbaycan memarlıq abidələrində ornament sənətinin geniş yayılması və onların səthlərinin xalçaya oxşaması bu iki sənəti estetik və funksional cəhətdən bir-birinə yaxınlaşdırdı. Memarlıq elementləri xalçalar, xalça ornament- ləri isə memarlıqda öz əksini tapırdı.İki sənət arasında əlaqələrin yaranması incəsənətin bir növünün digəri üçün materiala çevrilməsinə səbəb olurdu.
Memarlıq abidələri üzərində bəzək xarakterli bir çox ornament motivi var ki, bunlar da uzaq keçmişdə rəmzi (simvolik) məna kəsb edib,xalqın həyatında xüsusi rol oynayıbdır. Memarlıq abidələrimiz üzərində rast gəlinən həndəsi ornamentlər quru, statik üsulda, özü də əksər hallarda o biri bəzək növləri ilə az əlaqədə işlənmiş olsa da, orijinallığı və bədii obrazlığı ilə həmişə incəsənətimizin və o cümlədən də dekorativ sənətin ayrılmaz tərkib hissəsi olub. Sadə həndəsi İslamiyyətdən öncə çox işlənirdisə, islamiyyət dövrü memarlıq abidələrinin bədii tərtibatında mürəkkəb həndəsi ornamentlər daha geniş yayılmışdır. Bunların bir neçə nümunəsi Naxçıvan MR-in ərazisində bu günümüzə qədər qalmaqdadır.Yusif Küseyir oğlu türbəsi (1162), Möminə Xatun türbəsi (1186), Gülüstan türbəsi (XIIIəsr) buna misaldır. Həndəsi ornamentlərlə yanaşı nəbati ornamentlər də Azərbaycan memarlıq abidələri üzərində geniş yayılmışdır.Bitki ornamentlərinin memarlıq abidələrində tətbiq olunması və inkişafı Atropatenlərin, Arar-Albanların, qədim türkdilli xalqların kökündə iştirak edən qəbilə birləşmələrinin mifik dünya görünüşü ilə bağlıdır.
Ornamentin tarixi:
Müxtəlif dövrlərdə burada olmuş çoxsaylı tacirlər, səyahətçilər və diplomatlar Azərbaycanda sənətkarlığın inkişafı haqqında çoxlu maraqlı faktları bildirirlər. İtaliya səyahətçisi Marko Polo (XIII əsr) Şamahı və Bərdənin ipək mə”mulatlarının gözəlliyini vurğulamışdır. İngilis səyahətçisi – tacir Antoniy Cenkinson (XVI əsr) yay iqamətgahının təbdəbəsini təsvir edərək yazır: “Kral ipək və qızılla bəzədilmiş zəngin bir çadırda oturmuşdu”, onun paltarı mirvari və qiymətli daş-qaşla bəzədilmişdi. Naxış tikmələr üçün istifadə olunan parçalar yerli istehsala aid qanovuz, darai və məxmər XIX əsrin sonu – XX əsrin əvvəllərinə aid idi. Bunlar Şamaxı, Baskal, Gəncə, Şəki, Şuşa və Azərbaycanın digər şəhərlərində hazırlanırdı. Naxış tikmək üçün ipək, yun saplar və yerli istehsala aid möhürlü nişancıqlardan (metal bövhəciklər) istifadə olunurdu.
İstifadə olunan materiallarına görə naxışlar aşağıdakı növlərdə olur:
- toxuma naxış
- basma naxış
- tikmə naxış
- oyma naxış — metal, ağac, daş və sümük üzərində.
Azərbaycanın tanınmış nəqqaşları aşağıdakılardır:
- Mir Möhsün Nəvvab — şair, musiqi nəzəriyyəçisi, xəttat, rəssam və nəqqaş
- Səfiəddin Urməvi — musiqi nəzəriyyəçisi, xəttat, nəqqaş
- Usta Zeynal Nəqqaş
- Abbasqulu ağa — Azərbaycanın XVIII əsr tanınmış memarı və nəqqaşı
- Məhəmməd Məcid Təbrizi — Bursadakı Yaşlı Caminin (1424) mehrabı
- Əli ibn Hacı Əhməd — ağac üzərində oyma ustası, Bursadakı Yaşıl Caminin qapısını bəzəyib.
- Nemətulla Bəvvab ibn Məhəmməd — xəttat və nəqqaş, Təbrizdəki Göy Məscidin (1465) kitabələrini hazırlayıb.
- Əmirşah Vəlinənkişi — Şirvanşahlar Sarayının (1584) Şərq qapısının bəzəkli baş tağının müəllifi.
- İsmayıl Nəqqaş Ərdəbili — Şeyx Səfiəddin kompleksində Ali baş qapı tağının (1647) bəzəklərini işləyib.
- Mirzə qədim İrəvani — XIX əsrin tanınmış nəqqaşı, Sərdar sarayının divar rəsmlərini işləyib (1850).[1]