İngilis dili

Past Simple qaydasi

Past Simple ( Sadə keçmiş zaman) formasının əmələ gəlməsinə görə fellər iki qismə bölünür. Müəyyən bir qaydaya tabe olan fellər – Regular verbs ( qaydalı fellər), hər hansı bir qaydaya tabe olmayan fellər –  İrregular Verbs ( qaydasiz feller).

Qaydalı fellərin keçmiş zamanı və keçmiş zaman feli sifəti ( Past Participle) felin sonuna – ed əlavə etməklə əmələ gəlir və aşağıdakı qaydada yazılır:

Sonu e ilə bitən fellərin keçmiş zamanını əmələ gətirərkən ancaq – d əlavə edilir: smile – smiled, hope – hoped, tie – tied.

İkihecalı felin ikinci hecasına vurğu düşürsə sonuncu samit qoşalaşır:

prefer – preferred, admit – admitted.

Vurğu birinci hecaya düşürsə, sonuncu samit qoşalaşmır: visit – visited, offer – offered.

Sonu y ilə bitən fellər də y hərfindən əvvəl sait gəlirsə, – ed əlavə edilir: play – played, enjoy – enjoyed.

Sonu y hərfi ilə bitən fellərdə y hərfindən əvvəl samit gəlirsə, y hərfi i hərfinə çevrilir və vurğusuz hecada saitdən sonra gələn L qoşalalaşır. compel – compelled, travel – travelled.

Keçmiş zamanı əmələ gətirən – ed şəkilçisi kar samitlərdən sonra [ t] kimi ( worked, stopped) ; saitlərdən və cingiltili samitlərdən sonra [ d] kimi ( played, smiled, rained), sonu t d ilə bitən sözlərdə [Id] kimi ( lasted, decided) oxunur.

       Past Simple qaydasi işlədilməsi forması

Past Simple qaydasi bitmiş vaxt müddətində artıq icra olunmuş hərəkəti göstərir. Belə hərəkətin hazırki vaxtla əlaqəsi yoxdur. Past Simple keçmişdə baş vermiş hadisələri nəql edərkən işlədilir.

He wrote the letter and went away. – O, məktubu yazdı və çıxıb getdi.

Past Simple adətən aşağıdakı zaman zərfləri ilə işlədilir : yesterday dünən, last week keçən həftə, last month keçən ay, last year keçən il,… ago… bundan əvvəl, in 1990 1990 – cu ildə və s.

  • I saw him at the concert yesterday⬇️
  •  Mən onu dünən konsertdə gördüm
  • The foreign guests left our city last week⬇️
  • Xarici qonaqlar şəhərimizi keçən həftə tərk etdilər.

Çox zaman hərəkətin vaxtı göstərilməsi də hərəkətin keçmişdə baş verdiyi məzmunda bəlli olur.

  • I saw him in London⬇️
  • Mən onu Londonda gördüm. ( Mən orda olanda)

Bu zaman zərfləri ilə yanaşı, Present Simple zamanla işlənən bir sıra zərflər ( often, usually, every day və s. ) də Past Simple ilə işlənir.

  • Last year we often met.⬇️
  • Keçən il biz tez-tez görüşürdük
  • We usually had our English lesson  twice a week. ⬇️
  • Bizim adətən həftədə iki dəfə ingilis dili dərsimiz olurdu.

Past Simple keçmişdə bir – birinin ardınca baş verən hadisələri nəql edərkən işlədilir.

  • She stood up from her seat, came up to me and showed me the picture.⬇️
  • O oturduğu yerdən durdu,mənə tərəf gəldi və şəkli göstərdi.
  • The teacher entered the room, greeted us and sat at the table.⬇️
  • Müəllim otağa girdi, bizi salamladı və stol arxasında oturdu.

Past Simple keçmişdə adəti üzrə təkrar olunan hərəkəti bildirir.

  • He made an entry in his dairy every night.⬇️
  • Hər axşam o öz gündəliyinə qeydlər edərdi.
  • When I lived in Moscow, I went to the Bolshoy Theatre every Sunday.⬇️
  • Moskvada olanda mən hər bazar günü Böyük Teatra gedirdim.

Keçmişdə təkrar olunan hərəkəti bildirmək üçün used to +məsdər də işlədilir.

Used to keçmişdə bir vaxtlar müntəzəm olaraq baş verən hərəkəti bildirir.

  • I used to play football a lot but I don’t play often now.⬇️
  • Əvvəllər mən tez-tez futbol oynayardım, indi çox oynamıram.

Used to keçmişdə bir vaxtlar mövcud olan bir şeyi ( halı) bildirir.

Used to ifadəsi ancaq keçmişə aiddir.

Keçmişdə adətən təkrar olunan hərəkəti would + məsdər ilə də ifadə etmək olar. Bu zaman məsdər to hissəciksiz işlənir.

4.7/5 - (168 votes)
Back to top button