Coğrafiya

Qalaktika haqqında məlumatlar

Bizi əhatə edən maddi aləm Kainat və ya Kosmos adlanır. Kainat zamanca əbədi,məkanca sonsuzdur, materiyanın formasına görə çox müxtəlif və daim hərəkət edən maddi aləmdir. Kainat Qalaktikalardan təşkil olunur.

Qalaktika sozunun menasi

Qalaktika müxtəlif ölçüdə olan və müxtəlif uzaqlıqda yerləşən planetlər və ulduzlar sistemidir. Hər bir Qalaktika 100 milyarddan artıq ulduz və ulduzlar yığınından, dumanlıqlardan və ulduzlararası cisimlərdən ibarətdir. Müasir teleskopların köməyi ilə tərkibinə yüz milyardlarla ulduzlar daxil olan çoxlu sayda Qalaktikalar müəyyən edilmişdir. Onlara qədər məsafələr işıq ili ölçülür. ( işıq ili – sürəti saniyədə 300 000 km olan işığın bir ildə getdiyi məsafədir).

Bizim Qalaktika Haqqında

Yerin və digər planetlərin də daxil olduğu Günəş sistemi belə Qalaktikalardan birinə aiddir. Bizim Qalaktikaya  “Süd yolu”  və ya Köhkəşam da deyilir. Alimlərin fikrinə görə  “Süd yolu” Kainatı təşkil edən yüz milyardlarla Qalaktikalardan biridir. Bizim Qalaktikaya qravitasiya qüvvəsi ilə yaxınlaşan, spiral formasına malik olan və yavaş – yavaş hərəkət edən 200 mlrd. ulduz daxildir. Onun diametri 100 min işıq ili mərkəz nüvəsini qalınlığı 6 min işıq ilidir. Günəş Qalaktikanın mərkəzindən 33 min işıq ili məsafəsində yerləşir. Bu məsafəni qət etmək üçün 25 min il vaxt lazımdır. Bizim Qalaktika  “böyük hərflə”, digər ulduzlar toplusuna aid olan qalaktikalar  “kiçik hərflə” yazılır.

Digər Qalaktikalar

Bizim Qalaktikaya qonşu olan qalaktikalara Böyük Magellan Kiçik Magellan dumanlıqları aiddir. Onlar XVI əsrdə dünya səyahəti edərkən cənubda olan bürclərə əsasən istiqaməti müəyyən edən, Cənub Xaçbürcü ilə yanaşı iki qeyri – müəyyən, Cənub Xaçbürcü ilə yanaşı iki qeyri – müəyyən ləkəni müşahidə edən F. Magellanın adını daşıyır. Böyük Magellan Buludluğu bizə ən yaxındır ( 160 min işıq  ili məsafəsində), diametri təxminən 30 min işıq ilidir. Kiçik Magellan Buludluğu bizdən 30 min ili məsafədə yerləşir, diametri 160 min işıq ilidir.

Magellan Buludları bizim Qalaktikanın peykləri sayılır, elliptika orbiti bizim Qalaktikanın peykləri sayılır, elliptika orbiti üzrə onun ətrafında 1,5 mlrd ilə dövr edir. Vaxt keçdikcə onlar bizim Qalaktikaya birləşəcəkdir.

Andromeda qalaktikası bizim Qalaktikadan təxminən 2,5 milyon işıq ili məsafəsində yerləşir, ölçüləri daha böyükdür, tərkibinə 400 mlrd. ulduz daxildir. Hesab olunur ki, 5 mlrd. ildən sonra bizim Qalaktika Andromeda ilə birləşəcəkdir. Ona görə Kainatın xaraqteri və strukturu daim dəyişir, Qalaktikalarım sayı azalsa da da ölçüləri böyüyür.

Bəzi qalaktikalar bizimki kimi spiral formaya malikdirlər.  Bu qalaktikaların yel dəyirmanlarına bənzəyən dolama qolları var.  Bəzi qalaktikalar müntəzəm oval formaya malikdirlər.  Bunlara elliptik qalaktikalar deyilir.  Bəzi qalaktikalar nə spiral, nə də ovaldır.  Belə qalaktikalara qeyri-müntəzəm qalaktikalar da deyilir və ləkəli görünüşə malikdir.  Qalaktikalardan gələn işıq əslində qalaktikanın içindəki ulduzlardan gələn işıqdır.

Bəzən qalaktikalar bir-birinə çox yaxınlaşır və toqquşur.  Məsələn, qalaktikamız Süd Yolu ilə yaxın qonşumuz Andromeda Qalaktikası təxminən 5 milyard il sonra toqquşacaq.  Amma bu toqquşma sabah baş versə belə, biz bunu hiss edə bilməyəcəyik.  Qalaktikalar o qədər böyük və yayılmışdır ki, toqquşsalar belə, onların içindəki planetlər və ulduz sistemləri çox vaxt toqquşacaq qədər yaxınlaşmır.

Oxşar mövzular:

4.7/5 - (3 votes)

Back to top button