Susa haqqinda melumat
Susa haqqinda melumat toplayaraq mədəniyyət beşiyimizi daha yaxından tanıya bilərsiniz. Şuşa çox gözəl şəhərlərimizdəndir. Qədim tarixə malikdir. Susa haqqinda melumat daha ətraflı şəkildə Tehsil.com.az-da təqdim olunur.
Şuşa Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşir. Azərbaycanın mədəniyyət paytaxtı, inzibati mərkəzlərindən biridir. Şəhərin təməlini ilk dəfə Qarabağ xanı olan Pənahəli Xan qoymuşdur. Məhz buna görə də Şuşa adı ilə yanaşı bu şəhərə Pınahabad da deyirdilər. Təbiətinin gözəlliyi ilə hər kəsi heyran edən Şuşa alınmaz qala idi. Burada 17 məhəllə vardı. Bunlar: Seyidli, Culfalar, Quyuluq, Çuxur məhəllə, Dörd çinar, Dördlər qurdu, Hacı Yusifli, Çöl Qala, Qurdlar, Saatlı, Köçərli, Mamayı, Xoca Mərcanlı, Dəmirçilər, Hamamqabağı, Merdinli və Təzə məhəllələri idi.
Hər bir məhəllənin hamamı, məscidi və bulağı tikilmişdi ki, insanlar üçün tam rahatlıq olsun.
Şuşanın çiçəklənməsi XVIII əsrdən başlamışdı. Şuşa şəhəri bu zamanlar Azərbaycanın ən mühüm şəhərlərindən birinə çevrilmişdi. Onun dövrəsində böyük və güclü sədd çəkilib, çoxsaylı sənətkar məhəllələri yaradılmışdı. Eyni zamanda ticarət əlaqələri də genişləndirilmişdi. Şuşalı tacirlər İran şəhərləri və Moskva ilə ticarət əlaqələri saxlayırdılar. Hətta burada Pənahabadi adlanan gümüş sikkə zərb edilirdi.
Şuşanı məşhur edən digər bi şey də buradakı insanların incənətə bağlı olması, incəsənətə üstünlük vermələri idi. Belə ki, XIX əsrin sonu və XX əsrin əvvəllərində Şuşa Qafqazın musiqi mərkəzinə çevrilmişdi. Hətta Şuşaya “Kiçik Paris”, “Qafqazın sənət məbədi”, “Azərbaycan musiqisinin beşiyi” və “Zaqafqaziyanın konservatoriyası” deyirdilər. Artıq XX əsrdən başlayaraq peşəkar musiqi təhsili daha geniş sahələri əhatə edərək, sistemləşdirilməyə və kütləviləşməyə doğru istiqamətlənmişdi. O dövrdə Azərbaycanda bəstəkar Üzeyir Hacıbəyovun böyük əməyi sayəsində peşəkar musiqi təhsilinin bünövrəsi qoyulur. Gözəl Şuşamızın başı bəlalı omuşdur. Rus hökümətinin Azərbaycana soxulması nəticəsində xüsusi Dağlıq Qarabağ və İrəvanda çətin günlər başladı. 1905, 1920 və 1992-ci illərdə Şuşa üç dəfə tamamilə yandırılmışdır. Şuşanın məhv edilməsinin birinci günahkarı hər iki icma, ikinci günahkarı azərbaycanlılar, üçüncü günahkarı isə ermənilər olmuşdur.
Şuşanın təbiəti haqqında məlumat.
Şuşanın təbiəti haqqında məlumat genişdir. Azərbaycanın ən gözəl guşələrindən olan Şuşanın füsünkar təbiəti hər kəsi heyran edir. Gözə Şuşamızın səthi dağlıqdır. Ən yüksək zirvəsi Böyük Kirs dağıdır ki, 2725 m-dir. Ərazisinin əksər hissəsi yayı quraqlıq keçən mülayim isti və qışı quraq keçən soyuq iqlim tiplərinə aiddir. Orta temperatur yanvarda −4 °C-dən −1 °C-yədək, iyulda 16–19 °C-dir. İllik yağıntı 700–800 mm-dir. Demək olar ki, Şuşanın iqlimi dəyişkəndir. Yağışlı hava şəraiti qəfildən günəşli ola bilər. Məşhur Qarqarçay bu ərazidən axır. Torpaqları qəhvəyi və qonur dağ-meşə, çimli dağ-çəmən tiplidir. Yüksək dağlıq sahələr subalp və alp çəmənlikləri ilə örtülmüşdür. Burada çəmənlər və kserofit kolluqlargörmək mümkündür. Şuşanın heyvanat aləmi də olduqca zəngindir. Meşələrində çox sayda ayı, canavar, cüyür, boz dovşan, tülkü, qaban, turac, vaşaq, kirpi, porsuq, çöl pişiyi, bozqır qartalı, kəklik, göyərçin, qızıltac, aöbaş korkəs, arıquşaoxşar bığılca və s. görmək mümkündür. Bitki aləmi də xeyli zəngin olan Şuşanın havası çox təmizdir. İnsan buradakı havanı ciyərlərinə çəkməkdən doymur. Meşələrdə palıd, şərq fıstığı, qafqaz vələsi kimi keyfiyyətli ağac növləri üstünlük təşkil edir. Çirişli dağının aşağı hissəsində dəniz səviyyəsindən 1160–1210 m yüksəklikdə yamacın şimal baxarında meşəlikdə bir-birindən təxminən 100 m-ə qədər aralı məsafədə 30-a yaxın şabalıd ağacları da bitir. Meşə altında müxtəlif kol cinsləri — fındıq , murdarça , alça , göyəm , gərməşov, yemişan , əzgil , itburnu və s. bitir. Meyvə ağacları ilə də zəngin olan Şuşada ilin müxtəlif fəsillərində vələs, ağcaqayın , gilas , göyrüş və daha çox ağac növlərinin meyvəsindən istifadə etmək mümkündür. Ərazi zəngin faunaya, bitki aləminə malik olan Şuşa əsl istirahət və yaşanılması mükəmməl hesab olunan bölgələrimizdəndir.
Şuşanın gəzməli-görməli yerləri.
Şuşa xarı bülbülü, məscidləri, gözəl və fərqli təbiəti ilə məşhurlaşmış şəhərlərdəndir. Havasının saflığı və müalicə əhəmiyyəti baxımından kurort şəhərlərdən hesab olunan Şuşanı təəssüf ki, yaxından gedib gəlmək 2020-ci ildən sonra mümkün olmuşdur. Azərbaycan xalqı I Qarabağ müharibəsindən bu yana bu gözəl torpağa ayaq basmağa həsrət qalmışdır. Yalnız Azərbaycanda deyil, onun hüdudlarından kənarda da Şuşa öz istirahət guşələrinə görə məşhurdur.
Şuşadan 40 km aralıda-Laçın yolunun üstündə yerləşən Turşsu istirahət və müalicə zonası vardır və xeyli məşhur yerdir. Buranı məşhur edən əsas şey isə şəfalı və müalicəvi vannalarıdır.
Şəhərin gəzməli görməli yerlərindən biri də Yuxarı Daşaltıdır. Yəqin ki, b adı eşitməmiş olmazsınız. Hətta xalq arasında bu istirahət yerinə Şəmilin bağı da deyirlir. Bu yerin özünəməxsus xüsusiyyəti isə istirahət guşəsi olan Daşaltı çayının üstündə, “Ağzıyastı kaha” yerləşən Üçmıx dağının düz altında, çeşmə ətrafında yerləşməsidir.
Qədim tarixə malik Topxana meşəsi Şuşanın nadir sərvətlərindən biridir. Erməni vandalları tərəfindən bu meşələrin yox edilməsi haqqında məlumatlar vardır. Burada qədim tarixə malik ağacları kəsərək başqa ölkələrə satan ermənilər Şuşanın bu qədim tarixi meşəsini məhv etməyə çalşırdılar. Tpxana meşəsi Şuşa ətrafındakı torpaqların 20 faizini əhatə edir. Meşədə palıd, qarağac, fıstıq, kimi ağaclar vardır. Topxana əsl təbiət möcüzəsi idi. Topxananın heyvanat aləmi də çox zəngindir. Belə ki, burada hər an qarşınıza ayı, canavar, tülkü, dovşan, cüyür və digər heyvanlardan, kəklik, turac, göyərçin kimi gözəl quşlardan çıxa bilərdi. Topxana meşəsində subalp və alp çəmənləri, dərin dərələrində bulaqlar olub.
Turistlərin ən sevimli yeri, əvəzsiz və əsrarəngiz təbiətə malik əfsanəvi hesab etdiyi yerlərdən biri də “Cıdır düzü”-dür. Qərb tərəfində bir-birinin arxasında üç hündürlük yerləşdiyinə görə “Üçmıx” da adlandırılmışdır. “Cıdır düzü”ndə hər il may ayında “Xarı-bülbül” mahnı festivalları keçirilirdi.
Şuşanın işğalı
Şuşa şəhəri 1992-ci il may ayının 8-də erməni birləşmələri tərəfindən işğal edilmişdir. Şuşanın işğalı nəticəsində şəhərdə 195 nəfər Azərbaycan vətəndaşı xüsusi amansızlıqla qətlə yetirilmiş, 165 nəfər yaralanmış, onlardan 150 nəfəri əlil olmuş, 552 körpə valideynlərini itirmiş, 20 mindən artıq əhali isə doğma yuvasını tərk edərək məcburi köçkün vəziyyətinə düşmüşdür. Əsir və girov götürülmüş 58 azərbaycanlının taleyi barədə bu günə qədər məlumat yoxdur.
Şuşanın azad edilməsi
9 noyabr 2020-ci ildə isə II Qarabağ Müharibəsi zamanı Şuşa işğaldan azad edilmişdir. Lakin bu gözəl torpağı azad etmək heç də başa gəlmədi. Dünyaya səs salmış II Qarabağ müharibəsində Şuşanın azad edilməsi hər kəsi heyran edir. Çünki Şuşa topla-tüfənglə, tankla deyil Azərbaycan oğullarının cəsarəti, mərdliyi sayəsində düşmən tapdağından qurtuldu. Əlbəyaxa döyüşlə igidlərimiz bu torpağı canları, qanları bahasına geri aldılar. Şuşanın geri qaytarılması xəbəri ölkədə böyük coşqu və sevinclə qeyd olunmuş, insanlar meydanlara axışaraq bu zəfəri böyük təntənə ilə qeyd etmişdi.
Azad edildikdən sonra sürətli şəkildə bu ərazilərin yenidən dirçəldilməsinə çalışıldı. Hətta ilk Muğam festivalı da Şuşada baş tutaraq dünyaya səs saldı. Festivalda Azərbaycanın ən güclü səsə malik sənətkarları çıxış etdi. Şuşada bugün binaların tikilməsi, xəstəxanaların yaradılması, yolların çəkilməsi kimi insanların yaşaması üçün vacib olan bütün abadlıq, təmir-tikinti işləri görülür. Tək Azərbaycandan deyil digər ölkələrdən də işçi qüvvəsi axın-axın gələrək gözəl Şuşamızı əvvəlki vəziyyətinə qaytarmaq üçün canla-başla çalışırlar.