Tərcümeyi hal necə yazılır? Tərcümeyi hal nümunəsi
Tercumeyi hal bunu yazan şəxsin bioqrafik məlumatlarını topladığı sənəddir. Bu sənəd adətən işə daxil olarkən müəssisədən tərəfdən qəbul olunma prosesində sindən yazmağınız tələb edilir. Buna dövlət qurumları, özəl kirkətlər, universitetlərə, kolleclərə qəbul və s kimi yerlər aiddir.
Tərcümeyi hal sizin haqda tam və dolğun məlumatları özündə əks etdirməlidir. Məlumatlar hər biri aydın, qısa və tam başadüşülən olaraq yazılır.
Terumeyi hal nece yazilir? Nələr mütləq yazılməlıdır?
Sənəd doldurularkən aşağıdakı məlumatlar sizin tərəfinizdən mütləq doldurulmalıdır. Doldurarkən isə əl yazısı ilə yazılırsa daha səliqəli və oxunaqlı olması vacibdir ki, təqdim etdiyiniz müəssisə üçün daha əlverişli və qəbul edilən olsun.
Tərcümeyi-halda göstərilməsi zəruri olan məlumatlar:
- soyadı, adı, atasının adı;
- doğulduğu tarix (gün, ay, il və yer), doğulduğu yer, milliyəti;
- harada, nə vaxt və hansı tədris müəssisəsində təhsil alması, ixtisası;
- əvvəlki-hazırkı iş yerləri, tutduğu vəzifə;
- hazırda işləməyən və ya vəfat etmiş qohumların son iş yeri və vəzifəsi;
- hərbi xidməti haqda məlumatları;
- ailə vəziyyəti və nikaha nə vaxt daxil olmaqları haqda məlumatlar;
- Qohumların məhkumluğu varsa;
- yaşadığı və faktiki qeydiyyatda olduğu ünvan.
Sənədir hazırlayarkən diqqət alınası digər qeydlər aşağıdakı kimidir.
- Qadınlar ərlərinin soyadlarını qəbul etmişlərsə, qızlıq soyadları əlavə olaraq mötərizədə yazılmalıdır.
- Yaxın qohum və ya qohumlardan hər hansı vəfat edibsə, vəfat etmiş şəxslərin barəsində yuxarıda göstərilmiş məlumatlarla yanaşı, onların vəfat etdikləri il də göstərilməlidir.
- Tərcümeyi-halın sonunda şəxs özü və yaxın qohumlarının cinayət məsuliyyətinə cəlb olunub-olunmamaqları, yaxın qohumları və ya qohumlarından xaricdə yaşayanlarının olub-olmamaqları barədə qeydiyyat aparmalıdır (aşağıda göstərildiyi qaydada).
- Tərcümeyi halın sonunda onun şəxs tərəfindən yazılması və düzgünlüyünün təsdiqinə dair qeyd aparılaraq imzalanılmalı və yazılma tarixi göstərilməlidir.
Aşağıda sizə yazılmaq haqqında qayda nə tərcüneyi hal numunesi göstərilmisdir.
Tərcümeyi hal Nümunəsi, Yazılı forması
Aşağıda word formatda sizə nümunə olaraq yükləməyiniz üçün tərcümeyi hal təqdim edilmişdir. İstəsəniz oradan və ya aşağda qısa olaraq verilən məcmundan məlumat əldə edib ona uyun öz sənədinizi tərtib edə bilərsiniz. Öz tərcümeyi halınızı yazmaq üçün isə tercumeyi hal forması, boş blank aşağıda yükləmək üçün verilmişdir. Tercümeyi hal yazılış qaydası aşağıdakı kimidir.
Tercumeyi hal numune ( yazili )
TƏRCÜMEYİ-HAL
Mən Elnarə Asif qızı Məmmədova 1963-ci ildə Bakı şəhərində anadan olmuşam. 1980-ci ildə 191 nömrəli orta məktəbi bitirmişəm. Elə həmin M. Ə. Rəsulzadə adına Bakı Dövlət Unversitesinə daxil olmuş. 1984-cü ildə oranı bitirmişəm.
İnistutu və maqistraturanı bitirdikdən sonra labarant vəzifəsində işə girmiş, 1986-ci ildən baş müəllim vəzifəsində işləmişdir. 2010-cu ilədək orada işləmiş.
Atam, Asif Cəlil oğlu Mehriyev 1935-ci ildə anadan olmuşdur, “Avirtel” şirkətində baş mühəndisidir.
Anam, Nailə Emil qızı Mehriyeva 1933-ci ildə anadan olmuşdur, “Azcomp”da mühasib vəzifəsində işləyir.
Qardaşım, Orxan Asif oğlu Mehriyev 1955-ci ildə anadan olmuşdur. S. Vurğun adına Rus Dram Teatrında aktyordur, evlidir, iki uşağı var.
Ərim, Cavanşir Adil oğlu Məmmədov 1957-ci ildə anadan olmuşdur, “AdaTikinti” şirkətində Memar-Konstruktor kimi işləyir.
Oğlum, Fariz Məmmədov 1997-ci ildə anadan olmuşdur, uşaq bağçasına gedir.
G. A. Məmmədova
Tercumeyi hal formasi ( şəkillər)
Tərcümeyi hal formasi şəkillər ilə sizə daha yaxşı aydın olar deyə aşağıda sizlərə bu faylları təqdim edirik. Əlavə suallarınız olarsa rəylərdə bizdən soruşmağa çəkinməyin. Eyni zamanda bu fayllar yükləməyiniz üçündə uyğun olduğunu bilməyinizdə fayda var.
Numune 1
Digər faydalı yazılar