Nədir?İş

MMC nədir?

Kommersiya fəaliyyətini həyata keçirmək üçün bir və ya bir neçə fiziki və hüquqi şəxs tərəfindən yaradılan şirkət növü Məhdud Məsuliyyətli Cəmiyyət adlanır.  Məhdud Məsuliyyətli Cəmiyyətin kapitalı müəyyəndir və bu kapital əsas kapitalın paylarının cəmindən ibarətdir.

 MMC-nin təsisçiləri müəssisənin öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları investisiya dəyəri həcmində risk daşıyırlar. MMC-nin fəaliyyəti zamanı əldə edilən qazanc onu təsisçiləri arasında nizamnamə kapitalındakı paya mütənasib olaraq bölünür. MMC-lərin fəaliyyəti Mülki Məcəllə əsasında tənzimlənir.

MMC nedir?

Məhsul istehsal edən, məhsul xidməti göstərən, ticarətlə məşğul olan istənilən kommersiya müəssisəsi MMC adlanır.

Cəmiyyətin bir və ya bir neçə təsisçisi ola bilər. Təsisçilər həm fiziki, həm də hüquqi şəxslər ola bilər.

Hal-hazırda minimum nizamnamə kapitalı üçün də heç bir məhdudiyyət yoxdur . MM-nin 90.1-ci maddəsinə əsasən, nizamnamə kapitalının həcmi, müvafiq icra hakimiyyəti orqanı tərəfindən qoyulmuş məbləğdən az ola bilməz.

MM-nin 10 il bundan əvvəl qüvvəyə minsədə , müvafiq icra hakimiyyəti orqanı hələ də bu minimumu təyin etməyib. Analoji hədd cəmiyyətin təsisçilərin sayına da təyin edilməli olsa da, müvafiq sənəd indiyədək hələ də qəbul edilməyib.

Həmçinin , qeyd edim ki, Avropanın bir çox ölkələrində MMC-nin nizamnamə kapitalının minimal məbləği 10 000 avrodan az ola bilməz.

MMC-nin qeydiyyat forması

Vergilər nazirliyində MMC-nin dövlət qeydiyyatından keçirilməsi üçün aşağıdakı sənədlər təqdim olunmalıdır:

1. Hüquqi şəxsin qeydiyyatı haqqında ərizə. Bu ərizə təsisçi (əgər bir neçə təsisçi varsa, bütün təsisçilər) və ya onun (onların) müvafiq qaydada təyin etdiyi səlahiyyətli şəxs tərəfindən imzalanaraq notarial qaydada təsdiqlənir. Ərizədə aşağıdakı məlumatlar göstərilməlidir:

  1. əgər təsisçi(lər) fiziki şəxs(lər)dirsə, o halda onun (onların) ad(lar)ı, soyad(lar)ı, ata ad(lar)ı, yaşayış yeri, şəxsiyyəti təsdiq edən sənədin nömrəsi və verildiyi tarix;
  2. əgər təsisçi(lər) hüquqi şəxs(lər)dirsə, o halda onun (onların) ad(lar)ı, yerləşdiyi yer və qeydiyyat nömrəsi.

2. Cəmiyyətin nizamnaməsi. Bu sənəddə cəmiyyət iştirakçılarının adları və soyadları, nizamnamə kapitalının həcmi, hər bir iştirakçının payı (əgər təsisçilər bir neçə hüquqi şəxsdirsə), idarəetmə orqanları haqqında məlumatlar, ödənişlərin həyata keçirilməsində yol verilən pozuntulara görə nəzərdə tutulmuş məsuliyyət öz əksini tapmalıdır. Bu nizamnamədə, həmçinin, nizamnamə kapitalındakı payın başqa şəxsə ötürülməsi qaydası da əks olunmalıdır.

3. Məhdud məsuliyyətli cəmiyyətin təsis olunması haqqında qərar (bəzən bu, “təsis müqaviləsi” də adlandırılır). Bu qərarda təsisçinin hüquqi şəxs statusu almaq istəyən strukturu təsis etmək niyyəti, yenidən təşkil və şirkəti tərk etmə şərtləri göstərilir. Bu qərar bütün təsisçilər tərəfindən imzalanmalıdır.

4. Qeydiyyat rüsumunun ödənilməsi haqqında sənəd. Hal-hazırda bu rüsum 11 manatdır. Dövlət qeydiyyatı 3 gün ərzində həyata keçirilməlidir.

MMC necə idarə olunur?

MMC birbaşa üzvlər tərəfindən idarə olunur və yaxud üzvlər menecer seçirlər. Artıq bəzi dövlətlər bir üzvü MMC  yə icazə verirlər. Bu o deməkdir ki MMC nin tək bir üzvi ola bilər.

Bir MMC tam Korporasiyadan daha asan və daha ucuzdur.

Necə MMC yaratmaq olar?

 Özünüz üçün bir MMC yaratmaq istəyirsinizsə, bunun üçün bir firma və ya hüquqi şirkətlə razılşmalısınız . Ancaq güvənli olub olmadığına diqqət eləmək lazımdır.

4/5 - (1 vote)

Əlaqəli yazılar

Back to top button