İnşalar

Uzeyir Hacibeyov haqqinda melumat 

Uzeyir Hacibeyov haqqinda melumat almaq istəyənlər, Tehsil.com.az-da tapa bilər. Azərbaycanın dahi bəstəkarlarından olan Üzeyir Hacıbəyov eyni zamanda musiqişünas-alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisidir. Uzeyir Hacibeyov haqqinda melumat toplayaraq bu dahi şəxsiyyəti daha yaxından tanıya bilərsiniz.

Həyatı

Üzeyir bəy Əbdülhüseyn oğlu Hacıbəyov 18 sentyabr 1885-ci ildə Ağcabədidə anadan olub. Atasının adı Əbdülhüseyn bəy, anası isə Şirinbəyim xanımdır. Atası Əbdülhüseyn bəy urşudbanu Natəvanın mirzəsi olaraq çalışan öz dövrünün ziyalı şəxslərindən biri idi. Anası Şirinbəyim xanım isə Qarabağda məşhur Əliverdibəyovlar nəslindən idi. Ailədə üç qardaş iki bacı idilər. Uşaqların musiqi istedadlarının formalaşmasında ailənin valideynlərin böyük rolu olmuşdur.

İlkin təhsilini Şuşada alan Üzeyir Hacıbəyov ikillik rus-türk məktəbində oxumuşdur. 1890-1904-cü illərdə Qori Müəllimlər seminariyasında təhsilinə davam etmişdir. Bu dövrdə Üzeyir bəy bariton və skripkada çalmağı və xalq mahnı nümunələrini nota köçürməyi öyrənmişdir.  Üzeyir bəyin həyatındakı ən gözəl xatirələr Qori Müəllimlər Seminariyası iə bağlıdır. Belə ki, bu seminarıyada Müslüm Maqomayevla tanış olmuşdur.

1904-cü ildə Seminariyanı bitirdikdən sonra Üzeyir Hacıbəyli Cəbrayıl qəzasında müəllimlik etməyə başlamış və elə həmin il Bakıya gələrək “Həyat” qəzetində tərcüməçi işləmişdir. Bu hadisə onun ədəbi-publisistik fəaliyətinin başlanğıcı olaraq sayılır.

Üzeyir Hacıbəyov öz sahəsində daha da inkişaf etmək, bacrıqlarını təkmilləşdirmək üçün daim çalışmışdır. Belə ki, 1911-ci ildə musiqi təhsilini inkişaf etdirmək məqsədi ilə Moskvaya gedərək İlyinskiin xususi musiqi kursunda təhsil almağa başlamışdır. Təəssüf hissi ilə qeyd edək ki,  madii çətinliklər səbəbi ilə təhsilini yarıda qoyaraq Bakıya qayıtmışdır.

Dahi bəstəkar 1910-cu ildə Məleykə xanımla ailə həyatı qurub. Həyat yoldaşı rus dili müəllimi idi. Məleykə xanım konservatoriyanın musiqi nəzəriyyəsi şöbəsinə daxil olaraq həyat yoldaşının sənətinə daha yaxından bələd olmaq istəyirdi.

Sovet hakimiyyəti Azərbaycanın ziyalı şəxslərini hər zaman incidib, onların inkişafına mane olmağa çalışıblar. Bu təqiblər Üzeyir bəydən də yan keçməmişdir. 1920-ci il də bəstəkarı güllələmək istəsələr də bir təsadüf nəticəsində bu təhlükə sovuşmuşdur.

Musiqi fəaliyyətini əvvəlcə “Necat” cəmiyyətinin teatr truppası ilə həyata keçirib, 1914-cü ildə isə teatr cəbhəsində ona qoşulan qardaşları ilə birlikdə davam etdirib.

1918-ci ilin mart soyqırımı sonrası Üzeyir bəy turuppası illə birlikdə İrana səfər edərək burada tamaşalar hazırlamış, 1918-ci il sentyabrın 15-də Bakıya geri qayıtmışdır. Bəstəkar “Azərbaycan” qəzetindəki publisist-redaktorluq və mədəni quruculuqdakı fəaliyyəti zamanı milli dövlət quruculuğuna bacardığı qədər kömək etməyə çalışıb. Cumhuriyyət Himnini də elə məhz bu dövrdə yazıb.

XX əsrin 20-30-cu illərdə Üzeyir Hacıbəyov sadəcə Azərbaycanda deyil, SSRİ və qərb dünyasında məşhur idi. Musiqi janrında müxtəlif əsərlər yazması xüsusən 1932-37-ci illərdə “Koroğlu” operasını ortaya qoyması onu daha da məşhurlaşdırmışdı. Bu əsər sayəsində bəstəkar repressiyadan qurtulur.

Yaradıcılığı

Bədii yaradıcılığa publisistika ilə başlayan Üzeyir bəy Hacıbəyovun “Kaspi”, “Yeni iqbal”, “İrşad”, “Tərəqqi”,“Həyat”, “Həqiqət”, “İqbal”, qəzetlərində dərc edilmişdir. Müxtəlif ləqəblərlə dövrün mühüm ictimai-siyasi, maarifçilik məsələlərinə dair çoxlu məqalə, felyeton və satirik miniatürləri qəzetlərin bəzəyi idi.

Operalar

Leyli və Məcnun: İlk dəfə 1918-ci il yanvarın 25də göstərilib. Bununla müsəlman Şərqində opera sənətinin əsası qoyulmuşdur.

Koroğlu operası: 1937-ci il aprelin 30-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında ilk dəfə tamaşaya qoyulan “Koroğlu” operası Hacıbəyov yaradıcılığının zirvəsini təşkil edir.

Firuzə: Hacıbəyov həyatının son illərində “Firuzə” operası üzərində işləmişdir. Bu bitməmiş operadan təkcə Firuzənin ariyası qalmışdır.

Şeyx Sənan (1909),

Rüstəm və Söhrab (1910)

Şah Abbas və Xurşud banu (1912)

Əsli və Kərəm (1912)

Harun və Leyla(1915)

Musiqili komediyalar

Ər və arvad (1910)

O olmasın, bu olsun (1910)

Arşın mal alan (1913)

İnstrumental müşayiətli xor əsərləri

1919 — “Azərbaycan”. Xor və orkestr üçün. Sözləri Əhməd Cavadındır. “Milli marş”. Xor və orkestr üçün. Sözləri Üzeyir Hacıbəyovundur.

1930 — “Himn”. Xor və simfonik orkestr üçün. Sözləri Üzeyir Hacıbəyovundur.

1934 — “Kantata”, “Qızıl əsgər marşı”.

1936 — “Azərbaycan xalq mahnılarının xor üçün işləmələri”. “Süvari marşı”,”Piyadalar marşı”.

1938 — “Kantata”.  “Ölməz sənətkar Mirzə Fətəli Axundovun anadan olmasının 125 illiyi münasibətilə.

1939 — “Kantata”

1942 — “Vətən və cəbhə” kantatası. “Ey Vətən”

1945 — “Azərbaycan SSR Dövlət himni”. “Qələbə himni” (“Zəfər himni”). “Stalinə salam”.

1947 — “Kantata”. Nizami Gəncəvinin 800 illiyinə həsr olunmuşdur

Mükafatları

“Azərbaycan SSR əməkdar incəsənət xadimi” fəxri adı — 1935

“Azərbaycan SSR xalq artisti” fəxri adı — 26 sentyabr 1937

“SSRİ xalq artisti” fəxri adı — 17 aprel 1938

“Stalin” mükafatı (II dərəcə) — 1941 (“Koroğlu” operasına görə)

“Stalin” mükafatı (II dərəcə) — 1946 (“Arşın mal alan” filminin musiqisinə görə)

“Lenin” ordeni — 17 aprel 1938

“Qırmızı Əmək Bayrağı” ordeni — 17 sentyabr 1945

“Qafqazın müdafiəsinə görə” medalı — 1944

“1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə” medalı — 1945

Üzeyir Hacıbəyov vəfatı

Korifey bəstəkar Üzeyir Hacıbəyov 1948-ci il noyabrın 23-də ağır ürək çatışmazlığı səbəi ilə dünyasını dəyişib.

Respublikamızda hər il Üzeyir Hacıbəyovun  anadan olduğu gün – 18 sentyabr «Musiqi günü» kimi qeyd edilir.

Yazını dəyərləndir post

Əlaqəli yazılar

Digər yazılar
Close
Back to top button