Təhsil Xəbərləri

Xaricdə təhsil almaq haqqında ümumi məlumatlar

Xaricdə təhsil almaq son zamanlar hər bir tələbənin arzularından biridir. Bu isə həm bakalavr, həm magistr, doktorantura və eyni zamanda təhsil aldığınız müddət ərzində hansısa proqramlarla mümkün olur. Bunlara misal bütün dünyada tanınan Erasmus, Türkiyə üçün Mövlana proqramları və s aiddir.

Ölkəmizdən ən çox təhsil üçün üz tutulan təhsil dərəcəsi bakalavr, ölkələr isə Türkiyə və Ukraniyadır deyə bilərik. Bu isə qəbul şərtlərinin rahatlığına görə çox üz tutulan ölkələrdir. Bu ölkələrə tək attestat nəticələri ilə qəbul almaq mümkündür.

Niyə xaricde tehsil?

Xaricde tehsil almaq hər bir gənc üçün yeni bir baxış qazandırır. Onlar təhsil aldıqları ölkədə yeni biliklərə, mədəniyyətə və daha çox bacarıqlar qazanmağa nail olurlar. Xarici tələbələrlə də tanışlıq qazanıb yeni dostlar qazana bilirlər.

Bunlardan başqa bir ixtisas sahibi olmaq üçün və məqsədlərini dəqiqləşdirmək üçün ona uyğun olan universitetdə oxumaq parlaq gələcəyin təməlidir. Buna misal tibb sahəsində kariyerasını qurmaq, uğurlu biri olmaq istəyən tələbələr adətən Türkiyə, Almaniya kimi bu sahədə dünyada tanınan ölkə və bu ölkə daxilində tibbi ixtisasının nəticələrinə görə tanınan universitetlərə müraciət edirlər. Bu eynən digər ixtisaslar üçün də keçərlidir.

Xaricde tehsil almaq ucun ne etmeli?

Xaricdə təhsil almaq üçün nə etməliyəm sualı ən çox rastlaşılan suallardandır. Bunun üçün ilk olaraq sizin hansı ölkədə təhsil almaq istədiyinizi, bu ölkəni nə üçün seçdiyinizi və hansı ixtisasa sahib olmaq istədiyinizi dəqiqləşdirməlisiniz. Əsas olan isə akademik göstəricilərinizin bu istəklərə uyğun olmasıdır. Məsələn: siz bakalavr təhsilinizi Amerika universitetlərində almaq istəyirsinizsə bu universitetin öz tələblərinə uyğun göstəricilərə malik olmalı və bütün dünyadan bura olan müraciətlərdən rəqabətdə daha üstün olmalısan. Türkiyə və Ukrayna universitetləri üçün isə daha rahat qəbul prosesi mövcuddurki, ancaq attestat nəticələri ilə universitetə qəbul ala bilirsiniz.

Atestatla xaricde tehsil

Attestatla xaricdə təhsil bizim ölkədə ən çox müraciət olunan təhsil formalarındandır. Belə ki, Ukrayna, Türkiyə kimi ölkələrin ən prestijli universitetlərinə belə bu metodla qəbul almaq olur. Bunun üçün hətta ölkə bazarında bir çox xaricdə təhsil şirkətləri mövcuddur. Siz sadəcə onlara müraciət edməklə ən asan yolla uyğun universitetə qəbul ala bilərsiniz. Bu universitetlərə qəbul zamanı əlbəttəki tək attestat nəticələri yox, digər vacib, tələb onun sənədlərdə lazımdır. Bu sənədlər də bəzən müraciət etdiyiniz ölkə və universitetlərə görə dəyişə, arta, azala bilər. Aşağıda yazımızda bu haqda da ətraflı məlumatı oxuya bilərsiniz.

Xarici universitetlərə qəbul qaydaları və lazımi sənədlər

Xarici universitetlərə qəbul qaydaları hər ölkə və universitetə görə dəyişə bilir. Bu mövzu haqqında da digər yazılarımızda ətraflı qeyd etmişik. Təhsil almaq istədiyiniz ölkəyə uyğun axtarış edərək lazımi məlumatları tapa bilərsiniz. Bundan başqa isə sizə qısa və ümumi olaraq bu proses haqqında məlumat vermək qərarındayıq. Aşağıdakı sənədlər ən vacib və sizə üstünlük qazandıranlardır. Bu səndələr və proseslər haqqında özünüzü inkişaf etdirərək daha yaxşı universitetlərə qəbul ala bilərsiniz və ya müraciət etdiyiniz universitetdə rəqabət üstünlüyü qazanarsınız.

  • Universitet akademik göstəriciləri (GPA, ortalama bal)
  • Bütün dünyada tanınan qlobal dil bacarığı göstəricisi olan imtahan nəticələri (IELTS/ TOEFL/ DELE/ Test DAF və s)
  • Referans məktubu
  • CV forması
  • Malik olduğunuz xüsusi sertifiatlar, bacarıqlar, proyektlər və s
  • Bankda referans mətubu

Bu göstəricilərin bəziləri müraciət etdiyiniz universitet üçün vacib olmaya da bilər. Məsələn İELTS balı olmadan da avropanın bəzi universitetlərinə qəbul almaq mümkündür.

Hər bir universitet dünyada öz yüksək təhsil sıralamasına görə fərqlənir. Times Higher Education (THE) 12 ildir dünyanın ən yaxşı universitetləri siyahısını hazırlayır və onları dərəcələndirir. Bu siyahıya ən çox İngiltərə, Amerika, Almaniya universitetləri yer almaqdadır. Ümumi siyahıda Oxford Universiteti birinci yerdədir. Siyahı isə top 10 universitet üçün aşağıdakı kimidir.

Dünyanın ən yaxşı top 10 univeristeti siyahısı

1. University of Oxford (Oxford Universiteti )
www.ox.ac.uk

2. California Institute of Technology ( Kaliforniya Teknalogiya İnstutu )
www.caltech.edu

3. Stanford University ( Stanford Universiteti )
www.stanford.edu

4. University of Cambridge (Kembric Universiteti)
www.cam.ac.uk

5. Massachusetts Institute of Technology (Massaçusets Texnologiya İnstitutu)
www.web.mit.edu

6.  Harvard University (Harvard Universiteti)
www.harvard.edu

7.  Princeton University (Princeton Universiteti)
www.princeton.edu

8. Imperial College London (London İmperator Universiteti)
www.imperial.ac.uk

9. ETH Zurich – Swiss Federal Institute of Technology Zurich
www.ethz.ch

10. University of California, Berkeley (Kaliforniya Universiteti, Berkeley)
www.berkeley.edu

3/5 - (4 votes)

Əlaqəli yazılar

Digər yazılar
Close
Back to top button