Təhsil Xəbərləri

Yeni il bayram günleri 2024

Yeni il bayram günləri 2023 sizlər üçün maraqlıdırsa, buyurun, tanış olun.

Hər bir kəsin həvəslə gözlədiyi bayram günləri artıq yaxınlaşmaqdadır. Bu günə bütün ölkə xüsusi olaraq hazırlaşır. Evlərdə artıq Yeni il dekorları qurulmuş, şəhərlər, rayonlar bəzədilmişdir. Hər yer nağıllar dünyasını xatırladır. Həftə ərzində çalışanları isə bayram günləri maraqlandırır.

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı ilə əlaqədar Azərbaycanda hər zaman 5 iş günü qeyri rəsmi olur. Bu il də bu ənənəyə sadiq qalınır.

Tehsil.com.az olaraq bildirmək istəyirik ki, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü olduğundan və eləcə də 1-2 yanvar Yeni il bayramı olaraq qeyd edildiyindən rəsmi şəkildə bayram günləri elan edilib.

Müvafiq olaraq 2023-cü il 31 dekabr bazar gününə təsadüf etdiyindən, Əmək Məcəlləsinə əsasən iş və istirahət günlərinin yeri dəyişdiriləcəkdir. Beləliklə, 2024-ci il 3 yanvar tarixi qeyri-iş günü olacaqdır.

Azərbaycanda beşgünlük iş həftəsi üçün 30 dekabr 2023-3 yanvar 2024-cü il olmaqla, 5 gün qeyri-iş günüdür.

Bayramınız mübarək!

3/5 - (2 votes)

Əlaqəli yazılar

Digər yazılar
Close
Back to top button