Təhsil Xəbərləri

3 cu qrup fenleri

3 qrup fenleri  ilə bağlı son dəyişikliklərdən bizim vasitəmizlə xəbər tuta biləcəksiniz. Demək olar ki, digər qruplar ilə müqayisə edildikdə əsasını humanitar fənnlər təşkil edən III qrup hər zaman yüksək ballı ixtisasları ilə seçilmişdir. Demək olar ki, prestijli, çətin və eyni zamanda məsuliyyətli sahələri özündə birləşdirən bu qrupa maraq hər zaman daha yüksək olmuşdur. 3cü qrup ilk yarandığı zamandan bugünə kimi ən çox abituriyentin müraciət etdiyi qrupdur. Məhz bu səbəbdən də digər qruplarda keçid balları endirilsə də, III qrupda bu hal müşahidə edilmir.

3 qrup fenleri hansılardır?

3 cu qrup fenleri  olaraq;

  • Azərbaycan dili
  • Riyaziyyat
  • Tarix
  • Ədəbiyyat
  • Xarici dil

Azərbaycan dili müəyyənləşdirilmişdir.

Məlum olduğu kimi imtahanlar artıq 2 mərhələli şəkildə keçirilməsi səbəbindən bir fənndən iki dəfə imtahan verilməsi tələb olunur. Digər qruplarda bu fənn Riyaziyyat olsa da, III qrupda Azərbaycan dilindən iki dəfə imtahan verilməsi lazım gəlir.

Göründüyü kimi bu qrupda üstünlük humanitar fənnlərdədir. Dəqiq fənnləri sevməyənlər, dəqiq fənnlərdə arzu etdikləri nəticəni əldə etməyənlər üçün seçilməli olacaq qrup məhz bu qrupdur.

Abituriyenlərin daha yaxşı nəticələr əldə edə bilməsi üçün iki mərhələli imtahan zamanı ilk üçlüyə Azərbaycan dili, Riyaziyyat, Xarici dil fənnləri daxil edilir. İkinci mərhlədə isə 3 qrup fenleri olan Azərbaycan dili, Ədəbiyyat, Tarix – dən hazırlanmış suallar tədqim olunur. Beləliklə abituriyent ilk mərhələyə 3 fənndən hazırlaşmaqla xeyli zaman qazanır.

3 qrup fennleri və bal sistemi.

3 qrup fennleri içərisində əsas fənn Tarix fənnidir. Belə ki;

Azərbaycan dili 100 bal (buraxılış)

Azərbaycan dili 100 bal (qəbul)

Ədəbiyyat 100 bal

Riyaziyyat 100 bal

Xarici dil 100

Tarix 200 bal olaraq hesablanılır.

Ötən illərdə qəbul imtahanı zamanı ümumilikdə 120 sual tərtib olunurdu. Lakin bu 2 mərhələli imtahanlar keçiriləndən sonra suallar 150 olaraq təqdim olunur. Lakin göstərilən sual saylarında və imtahan qaydalarında dəyişikliklər mümkün ola bilir. Belə ki, ilk mərhələdə 60 sual və digər ikinci mərhələdə də 60 sual təqdim edilə bilər.

3 qrup fenleri və son edilən dəyişikliklər.

Yeni qərara əsasən 2022/2023-cü illərdə keçiriləcək qəbul imtahanı zamanı abituriyentlərdən 2 altqrupun yaradılması səbəbilə əlavə olaraq coğrafiya fənnindən imtahan verməsi tələb olunacaqdır. Belə ki, II ixtisas qrupundan “Beynəlxalq münasibətlər” və “Regionşünaslıq” ixtisasları çıxarılaraq III ixtisas qrupuna daxil edilmişdir. Bu səbəblə həmin ixtisasları seçən abituriyentlərdən ikinci mərhələdə Azərbaycan dili və tarix fənnləri ilə yanaşı coğrafiya fənnindən də imtahan vermələri məcburidir.

Eyni zamanda “Jurnalistika” fakültəsini seçən abituriyentlərdən 200 balı keçdikləri təqdirdə qabiliyyət imtahanı tələb olunur.

Tarix müəllimliyi, Filologiya, Tərcümə, Jurnalistika, Hüquqşünaslıq, Sosial iş, Psixoloq, Xarici dil müəllimliyi, Fəlsəfə, Politologiya kimi sahələrə marağı olan kəslərin seçəcəyi qrup məhz III qrupdur. Eyni zamanda humanitar fənnlərə marağı olan abituriyentlər bu qrupu seçdikləri təqdirdə uğurlu nəticələr əldə edə bilərlər.

Eyni zamanda qeyd edək ki, 3cü qrup ixtisasları olduqca prestijlidir. Bu qrupu seçdiyiniz təqdirdə mükəmməl şirkətlərdə və sahələrdə çalışmaq imkanı əldə edəcəksiniz.

Təhsil almaq istəyən gənclər üçün ölkəmizdə kifayət qədər çox sayda universitetlər fəaliyyət göstərir. 3cü qrupda hansı ixtisasa marağınız varsa, seçdiyiniz univeristet də bu ixtisasa uyğun olaraq sizə arzu etdiyiniz təhsili verməlidir. Bakı Dövlət Universiteti, Bakı Mühəndislər Universiteti, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, ADA Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti kimi mükəmməl təhsil sisteminə sahib təhsil ocaqlarımız vardır.

Bütün abituriyentlərə uğurlar arzulayırıq.

Oxşar mövzular:

4.4/5 - (716 votes)

Əlaqəli yazılar

Back to top button