Yeni il haqqında
Yeni il bir çox dünya ölkələrində böyük təmtəraqla qeyd olunan dünyəvi bayramlardan biridir. Hər il dekabr ayının 31-də əksər millətlər tərəfindən qeyd olunur. Artıq dekabr ayından başlayaraq şəhərlər, kafe və restoranlar, iri ticarət mərkəzləri, məktəb və bağçalar, evlər bəzədilməyə başlayır. Hər yerdə rəngarəng işıqlar, bəzədilmiş şam ağacları, gözoxşayan Yeni il atributları quraşdırılır. Ölkəmizdə də Yeni il çox sevilir və böyük maraqla qarşılanır. Bu bayramın da özənəməxsus inancları vardır. Hər kəs tərəfindən sevilən Yeni il haqqında nələr bilirsiniz? Necə oldu ki, bu bayram yarandı? Əgər kifayət qədər məlumata sahib deyilsinizsə, o zaman gəlin tanış olaq.
İlk öncə qeyd edək ki, bir çox insanlar, xüsusilə də müsəlmanların bəziləri Yeni il ilə Milad bayramını səhv salır. Miladın qeyd olunmasına yaxşı baxmır və Yeni il keçirməyə də qarşı olurlar. Bu iki bayramın səhv salınması ona görədir ki, aralarındakı tarix çox qısadır. Milad bayramı dekabarın 24-dən 25-nə keçən gecə qeyd olunur. Bu bayram xristianların qeyd etdiyi dini bayramdır. Yeni illə oxşar atributlara sahib olduğundan və tarixlər bir-birinə yaxın olduğundan bir çoxları bu iki bayram arasında olan fərqləri ayıra bilmir.
Hicri təqvimdə Yeni il Məhərrəm ayının 1-nə təsadüf edir. Hicri təqvimi hicri-qəməri təqvimi olduğundan 354 günə uyğun gəlir, ona görə də Miladi təqvimə görə Yeni il hər ildən 11 gün əvvələ təsadüf edir. Yəhudi Yeni ili Pasxa bayramından 163 gün sonra qeyd olunur.
Yeni il ərəfəsində bir çox iaşə obyektlərində, marketlərdə, geyim dükanlarında, kosmetik mağazalarda və s böyük endirim kampaniyaları başlanılır. İnsanlar Yeni il zamanı alış-veriş edərək özlərinə və yaxınlarına hədiyyələr alır, bazalıq edərək süfrələrini bəzəyirlər. Yeni il gecəsi üçün hazırlanması lazım olan bəzi yemək növləri də vardır hətta. Bu gecə hər kəs öz evində bayramı qeyd etməyə, ailə üzvləri ilə xoş zaman keçirməyə çalışır.
Yeni ilin əsas simvolu şam ağacının bəzədilməsidir. Milad ağacının bəzədilməsinə ilk dəfə XVI əsrdə başlanılmışdı. 19-cu əsrdə isə Şimali Avropada yaranmışdır. Çox güman ki, bu adət qədim alman və kelt dini ənənələrinə uyğunlaşdırılıb. Yaxın Şərqdən Uzaq Şərqə qədər bir çox dini ənənələrdə olduğu kimi qədim Şimali Avropa xalqları arasında şam ağacı, yaşıl ağac məhsuldarlıq, bolluq və bərəkət simvolu kimi qəbul edilmişdir.
Yeni ilin insanlara şans gətirəcəyinə, qarşılanan ilin daha gözəl keçəcəyinə hər kəs böyük ümid bəsləyir. Yeni il gecəsi ilə bağlı bir çox inanclar, ediləcək rituallar da vardır. Hər bir ölkədə əksər insanlar bu inanclar saiq qalır və 31 dekabrda həmin ritualları edirlər.
Məsələn;
Yunanıstanda Yeni il ərəfəsində çox insan qapılarından soğan asırlar. Yeni il səhəri isə bu soğanları uşaqlarının başına vuraraq onları oynadırmağa çalışırlar. Soğanın mənası yenidən doğulmaq kimi qiymətləndirilir.
Rumiyada insanlar Yeni il gecəsi heyvanları ilə ünsiyyət qurmağa çalışırlar. Əgər heyvan qarşılıq verərsə, o ilin yaxşı keçəcəyinə inanırlar.
Çexiyada Yeni il gecəsi alma yarıya bölünür və almanın çərdəklərinin quruluşuna əsasən il haqqında fikir irəli sürürlər.
Belçikada Yeni il ərəfəsində uşaqlar məktub yazırlar. Həmin məktub Yeni il günü ailələrə yollanılır.
Danimarkalılar Yeni ili qonşularının qapılarının önündə boşqab qıraraq qeyd edirlər.
İtalyada Yeni il gecəsi qırmızı alt paltarı geyimi geyindikləri zamanı ilin daha gözəl keçəcəyinə inanırlar. Hətta bu inanc sonradan bütün dünya ölkələrinə yayıldı.
İspanyada Yeni il gecəsi saat 12-də 12 ədəd üzüm yeyilərək qeyd olunur.
Hollandiyada Yeni il gecəsi bəzədilmiş Şam ağacları yandırılır. Bu inancın mənası keçmişi yola salmaq, yenini qarşılamaq deməkdir.
Fransızların əksəriyyəti yeni ili pancake yeməklə qeyd edir. Blinçiklərə nə qoymağınız tamamilə sizə bağlıdır.
Almanlar mürəbbə ilə çörek yeyərək yeni ili salamlayırlar. Zarafat kimi bəzi mürəbbələrin içini dəyişir, məsələn, xardalla. Xardal çörəyinə rast gələn hər kəsin bütün il uğursuz olacağına inanılır.
Bundan əlavə Yeni il ərəfəsində şam ağacı bəzədildikdə insanlar gələn illə bağlı arzularını ağacdan asırlar.
Yeni ilin digər bir ənənəsi isə Yeni il axşamı gizlincə şam ağacının altına hədiyyələr qoymaqdır. Bir çox xarici ölkələrdə bu hədiyyələrin Şaxta babanın gecə evlərin damından girərək hədiyyə qoyub getdiklərinə inanılır. Uşaqlar hər Yeni ildə arzularını məktub şəklində şam ağacının altına qoyurlar. Səhər isə məktubun əvəzinə hədiyyələrini tapırlar.