Mirze İbrahimov haqqinda melumat
Azərbaycan alimi və dövlət xadimi, tanınmış romançı, akademik, yazıçı Mirzə İbrahimovun ədəbi şəxsiyyəti, həyat hekayəsi və yaradıcılığı maraq doğurur. Kitabsevərlər axtarış sistemlərində Mirzə İbrahimov haqqında məlumat əldə etməyə çalışırlar.
Mirze İbrahimov kimdir?
Mirzə İbrahimov — Azərbaycan alimi və dövlət xadimi, tanınmış yazıçı, akademik
O, çağdaş Azərbaycan nəsrinin ən görkəmli simalarından birinə çevrilib. İlk hekayə və nağıllarını 30-cu illərdə yazıb. O, yaradıcılığında real həyat səhnələrinin təsvirinə, milli-mənəvi dəyərlərin təbliğinə böyük yer verib.
O, Azərbaycan Yazıçılar Alyansının prezidenti olub və 1954-cü ildə Azərbaycan parlamentinin sədri seçilib.
Mirzə İbrahimov Kitabları – Əsərləri
- Seçilmiş Eserleri
- Böyük Dayaq
- Seçilmiş Eserleri
- Pərvanə
- Pərvizin Həyatı
- Həyat
- Murovdağın Ətəyində
- Giqantlar Ölkəsi
1911-ci il oktyabrın 28-də Cənubi Azərbaycanın Sərab şəhərində anadan olan Mirzə İbrahimov 1918-ci ildə ailəsi ilə birlikdə Bakıya köçmüşdür. Həyatında ağır günlər 7 yaşında olarkən atasının ölümündən sonra başlayıb. Neft işçisi olaraq işləyən dayısının yanında qalaraqoxumağa başlamışdır. Həmin dövrdə də Balaxanı və Zabrat kəndlərində muzduluq edərək çörək pulu qazanmışdır.
Mirzə İbrahimovun Təhsili
Mirzə İbrahimov 1926-1930-ci illərdə Balaxanı fabrik-zavod məktəbində oxuyub və işləyib. Zabrat fəhlə ədəbiyyat dərnəyinin üzvlüyü ilə bədii yaradıcılığa başlamışdır. Azərbaycan Dövlət Elmi-tədqiqat İnstitunun ikillik hazırlıq şöbəsində təhisl almışdır. SSRİ Elimlər Akademiyasının Lelinqraddakı Şərqşünaslıq İnstutunun aspiranturasında 1935-1937-ci illərdə təhsilini davam etdirmişdir.
Fəaliyyəti
Akademik ilk publisist məqalələrini, hekayə və oçerklərini 30-cu illərdə qələmə almışdır. İlk şeiri olan “Qazılan buruq” 1930 cu ildə “Aprel alovları” məcmuəsində dərc olunub.
1935 – ci ildə isə ” Həyat” pyesini yazmışdır.
Azərbaycan Elmlər Akademiyası təsis olunduqdan sonra akademiya seçilen 15 həqiqi üzvdən biri də Mirzə İbrahimov olmuşdur.
416 diviziya tərkibində İkinci dünya müharibəsi illərində döyüşlərdə iştirak etmişdir. Bu dövrdə qələmə aldığı əsərlərlə Azərbaycan dramaturgiyasını daha da zənginləşdirir.
Dil mövzusunda çox ciddi araşdırma aparan Mirzə İbrahimov öz fikirlərini açıq şəkildə bəyan edib. 1943-cü ildə yazdığı “Dilimizin inkişaf yolları haqqında” məqaləsində dil haqqında fikirlərini ən dolğun şəkildə ifadə edib.
“Azərbaycan dili dövlət idarələrində” adlı məqaləsində cəsarət tələb edən çox ciddi məsələlərdən bəhs olunur. Məqalə 1956-cı ildə AZərbaycan SSR Ali Sovetinin sədri olduuqdan sonra “Kommunist” qəzetində dərc edilmişdir.
Akademik Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin sədri (1946-1954), SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin katibi (1957-1965), Azərbaycan Respublikası Nazirlər Soveti sədrinin müavini (1946-1950), Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin sədri (1954-1958) vəzifələrində çalışıb. Ömrünün sonunadək Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan Ədəbiyyat şöbəsinin müdiri, çoxcildlik “Azərbaycan ədəbiyyatı tarixi”nin redaksiya heyətinin üzvü olub.
Mirzə İbrahimov ömrünün axırınadək Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, çoxcildlik “Azərbaycan ədəbiyyatı tarixinin” redaksiya heyətinin üzvü olmuşdur.
Povestləri
“Xosrov Ruzbeh” povestinin mövzusu – Cənubi Azərbaycanda milli azadlıq mübarizəsidir. Məna etibarilə Səttar xan hərəkatı ilə bağlıdır. X.Ruzbeh də Səttar xan kimi yeni nəslin vətənpərvər və mərd oğullarındandır və onun davamçısıdır. Povestdə olan Nurməhəmməd və Aynasaz kimi ziyalılar milli azadlıq mübarizəsini alqışlayan obrazlardır.
“Güləbətin” milli azadlıq mövzusunda yazılıb. Güləbətin povestinin nümunəsində gələcəyə can atan milli düşüncəli cənublu insanların proobrazı yaradılıb. Əslində Güləbətinin yuxusu, gələcək ideaların təcəssümüdür. Povestdəki Böyükxanım milli düşüncəyə malik yeni nəslin ümumiləşmiş obrazıdır. Sevindik surəti isə müəllifin gələcək haqqında fikirlərinin daşıyıcısı olan vətənpərvər və əməlpərvər insandır.
“Pərvizin həyatı” povestində Şimali Azərbaycan gənclərinin həyatı və təlim-tərbiyəsindən bəhs olunur.
Romanları
“Gələcək gün” (1948) romanı ədibin Cənub mövzusunda yazdığı bədii əsərlərin məntiqi yekunudur və roman ictimai-siyasi janrda yazılıb. Əsər II Dünya Müharibəsi və ondan sonrakı illərdə İranda baş verən milli azadlıq mübarizəsindən (milli demokratik hərəkatdan) bəhs edir. Əsərin əsas qəhrəmanı Firudin İbrahimi hərəkata rəhbərlik edir və Səttar xan – Xiyabani epoxasının davamçısıdır.
“Pərvanə” romanının əsas mövzusu maarifçilik ideyalarının milli-azadlıq hərakatına çevrilməsi prosesidir. Əsər XIX əsrin ortaları. və XX əsrin əvvəllərindən bəhs edir. Romandakı Sahib müəllim maarifçi müsbət obrazdır. Dəmirçi Vəfadar isə zəhmətkeş xalqı təmsil edir. Sahib müəllimin anası Hürü xanım isə fədakar Azərbaycan qadınlarının xüsusiyyətlərini özündə əks etdirir. Əsərdə Qori MS və onun müəllimi Çernyayevskidən də bəhs edilir. Həmçinin romanda Nəriman Nərimanovun həyat və fəaliyyətindən də söhbət açılır.
Az. Ədəbiyyatında– da kəndin mənəvi həyatı və problemlərinə həsr edilmiş ilk roman “Böyük dayaq” (1957) – dır.
Dramları
“Həyat” (1935) adlı dramı bolşevizm dövrünün ziddiyətləri və həmin dövrün çətinliklərindən bəhs edir. Drama yer alan Həyat obrazı ədibin həyat idealıdır.Abbasın faciəsinin səbəbi onun sosializmə kortəbii şəkildə inanmasıdır.
“Madrid” (1938) – də müharibə təhlükəsi, İspan xalqının milli idealları uğrunda mübarizə aparan Lina ilə faşizmə xidmət edən Henrixin timsalında , vətən – irtica, xeyir-şər kimi motivlər irəli sürülmüş, sonda xeyirin qələbəsinə inam ifadə olunmuşdur. Bu əsər müharibə əleyhinə yazılmış qüvvətli ideoloji vasitədir.
“Məhəbbət” (1941). adlı əsəri ictimai-məişət mövzusunda yazılıb. Yüsiflə Məhəbbətin sevgisindən bəhs edir. Əsərdə yer alan Məmişov və Manaf mənfi obrazlardır.
“Közərən ocaqlar” (1969) isə N.Nərimanovun həyat və mübarizəsindən bəhs edir. Şəxsiyyət və cəmiyyət, sənətkar və mühit problemləri. Tarixi dram olan
“Közərən ocaqlar” Azərbaycan xalqının azadlıq ümidlərinə təkan verən bədii nümunədir.
Komediyaları
“Kəndçi qızı” (1961) adlı komediyası M.F.Axundov adına mükafata layiq görülüb.
Digər komediyası isə “Yaxşı adam” (1963) dır.
Monoqrafları – “Böyük demokrat”, “Həyat və ədəbiyyat”, “Xəlqilik və realizm cəbhəsindən”, “Böyük şairimiz Sabir”, “Aşıq pozeziyasında realizm”, “Tufanlarda bərkiyən qələm”.
Tərcümələri : U.Şekspir “Kral Lir”, “On iki gecə”. A.Çexov “Üç bacı”. A.Ostrovski “Quduz pullar”. A.Satromov “Kişilərə inanmayın”. Gertsen “Nə etməli ?”.