Təhsil Xəbərləri

Azerbaycan bayrağı haqqında

Bayraq dövlətin özünü təsdiq simvolu sayılır. Dövlətin varlığının, tarixinin və taleyinin göstəricisidir. Qürur və güvənc yeri kimi bayraq dünyanın hər yerində ən müqəddəs milli dəyərdir, azadlığın rəmzidir.

Azerbaycan bayrağı xalqımızın azadlığını, suverenliyini, istiqlalımız uğrunda apardığımız tarixi mübarizəni,mənəvi dünyagörüşümüzü tərənnüm edən ay-ulduzlu bayrağımız həm də milli kimliyimizin ən böyük tərənnümçüsüdür. Dövlət bayrağı bütün Azərbaycan vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzidir.

Azerbaycan bayragi ilə bağlı ilk qərar 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti höküməti tərəfindən qəbul edildi.

Azerbaycan bayrağı göy,qırmızı və yaşıl rənglərdən ibarətdir. Üzərində aypara və səkkizguşəli ulduz təsvir edilmişdir. Bayraq 1:2 ölçüsündədir.
( Bayrağ rənglərinin mənasını oxu.)

Azərbaycan Xalq Cümhuriyyətinin ilk bayrağı 1918-ci il iyunun 21-dən noyabrın  9-a kimi istifadə olunmuşdur. 9 noyabr 1918-ci ildə isə müasir üçrəngli bayraqla əvəz olunmuşdur.

Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra 18 oktyabr 1991 ci-ildə müstəqillik haqqında Konstitusiya Sazişi qəbul olundu və üçrəngli bayraq yenidən Azərbaycan Respublikasının dövlət bayrağı oldu.

Bu günə kimi Azərbaycan Bayrağı 12 dəfə dəyişibdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 17 noyabr 2009-cu ildə imzaladığı sərəncama əsasən, hər il 9 noyabr tarixinin Azərbaycanda “Dövlət Bayrağı Günü” kimi qeyd edilməsinə qərar verildi.  Bu tarix Azərbaycan Demokratik Respublikasının 9 noyabr 1918 – ci ildə üçrəngli Azərbaycan Bayrağını dövlətin rəsmi bayrağı elan etdiyi qərarı ilə əlaqələndirilir. Dövlət Bayrağı Günü ölkədə tətil günü elan edilir və qanuni olaraq iş günü hesab edilmir. Dövlət Bayrağı Günü ilk dəfə 9 noyabr 2010 – cu il tarixində qeyd olunub.

Bayraq hamımız üçün müqəddəs sayılır. Bu il 44 günlük Vətən Müharibəsi zamanı da insanlarımız, gənclərimiz bayrağa olan sevgilərini bir daha göstərdilər. Təki sən dalğalan deyən minlərlə gənc vətən üçün, bayraq üçün qan tökdülər,canlarını qurban verdilər. Bu gün dalğalana üçrəngli bayraq bizim üçün müqəddəs and yeri,qürur yeridir.

Bayraq haqqında siyasətcilər, yazıçı, şair və bəstəkarlarda müxtəlif fikirlər söyləyiblər.

Əsərlərində Azərbaycan Bayrağına ən çoxyer verən milli ideoloqumuz Məhəmməd Əmin Rəsulzadə Azərbaycan Parlamentinin kürsüsündə ilk dəfə  ” Bir kərə yüksələn bayraq bir daha enməz” şüarını səsləndirmişdir. Milli ideoloqumuz  “Çağımızın Səyavuşu” əsərində üzünü gəncliyə tutaraq dedikləri bu gün də öz əhəmiyyətini itirməyib:

“Ey gənclik sənin öhdəndə böyük bir vəzifə var. Səndən öncəki nəsil yoxdan bir bayraq, müqəddəs ideal bir rəmzi yaratdı,on min müşkülatla ucaldaraq dedi ki:

Bir kərə yüksələn bayraq bir daha enməz!

Əlbəttə ki sən onun bu ümidini qırmayacaq, bu gün parlament binası üzərindən Azərbaycan türklərinin yanıq ürəyinə enmiş bu bayrağı təkrar o bina üzərinə tikəcək və bu yolda

-Ya qazi, ya Şəhid olacaqsan “.

Milli operanın banisi,tanınmış müsiqiçimiz Üzeyir Havıbəylinin fikrinə görə də bayrağımızın mənəvi mənası olaraq al (qırmızı) boya türkçülüyə, yaşıl boya islamlığa, çavi biya isə mədəniyyətə işarədir.

4.4/5 - (253 votes)

Əlaqəli yazılar

Digər yazılar
Close
Back to top button