Təhsil Xəbərləri

4 cu qrup fenleri

4 cu qrup fenleri və IV ixtisas qrupu ilə bağlı bütün suallarınıza Tehsil.com.az saytında cavab tapa biləcəksiniz. Son verilən qərarlar, qəbul imtahanı zamanı son edilən dəyişikliklər barədə bütün xəbərləri sizlərə təqdim edirik.

Təhsil bir insanı zehni və fiziki cəhətdən inkişaf etdirən, yönələcəyi sahədə məhsuldarlığını artıran, düşüncə tərzini formalaşdıran bir prosesdir. Azərbaycan qanunvericiliyinə əsasən hər bir kəsin təhsil almaq hüququ vardır. Orta məktəbi bitirdikdən sonra ali məktəb uyğunda mübarizə başlanılır. Ali məktəbə daxil olmaq üçün müxtəlif fənnlərdən imtahan verilir ki, bu fənnlər I, II, III, IV, V qruplara daxil olur və ixtisas qrupları adlanır. Artıq siz bu məqaləni oxuyursunuzsa, deməli seçəcəyiniz qrupa qərar vermisiniz.

İlk əvvəl qeyd edək ki, 4 cu qrup fenleri güclü riyazi biliklərin, məntiqin tələb olunduğu qruplardan hesab olunur. Savadlı tibb işçisi, kimyaçı, fizik, bioloq olmaq istəyən gənclərimiz 4 cü qrup fənnləri üzrə kifayət qədər biliyə sahib olmalıdırlar ki, tələbə adını qazana bilsinlər.4 cu qrup fennleri ən çətin fənnlər hesab olunur. Çünki bu qrupun əsasını dəqiq fənnlər toplusu əhatə edir. Ona görə də ixtisaslar da çətin sahələrdəndir. Yeni qaydalara əsasən bu qrupa daxil edilən fənnlər və ixtisaslar ilə bağlı dəyişikliklər yoxdur.

4 cu qrup fenleri hansilardir?

4 cu qrup fenleri hansilardir sualınızın cavabı aşağıdadır.

  • Azərbaycan dili
  • Riyaziyyat
  • Xarici dil
  • Kimya
  • Fizika
  • Biologiya

Göründüyü kimi bu qrupa daxil olan fənnlər güclü riyazi biliklər, eyni zamanda məntiq tələb edir.

4 cü qrup fənləri və bal bölgüsü

4 cü qrup fənləri üzrə bal bölgüsü aşağıdakı kimi hesablanır.

  • Azərbaycan dili – 100 bal
  • Riyaziyyat – 100 bal
  • Xarici dil – 100 bal
  • Kimya – 100 bal
  • Fizika – 100 bal
  • Biologiya – 200 bal.

4 cü qrup fənləri içərisində əsas fənn biologiyadır. Burada hər düzgün cavab sayı sualların sayından asılı olaraq 4-ə yaxud 5-ə vurulacaq və səhv cavabların sayı çıxılacaqdır. Çünki hər il fərqli sayda 120 yaxud 150 sual tərtib olunur. 20 sualın düzgün cavablarının biri 5-ə, 25 sual olaraqsa, 4-ə vurulur. Eyni zamanda qeyd edək ki, yeni imtahan qaydalarına əsasən səhv sual sayları da düzgün suallara təsir edəcəkdir.

4-cü ixtisas qrupunu seçənlər birinci mərhələdə maksimum 300 bal, ikinci mərhələdə isə maksimum 400 bal, ümumilikdə isə hər zamanki qaydalara uyğun olaraq 700 bal toplaya biləcəklər. Cari ilin məzunları üçün isə birinci mərhələdə toplanılan bal buraxılış imtahanında əldə etdikləri nəticələr kimi hesablanacaqdır.

İxtisas qrupları üzrə imtahan üçün tərtib edilən suallar açıq və qapalı olur. Əvvəlki illərdə çox az sayda qapalı suallar təqdim olunsa da, hər il qapalı sualların sayının artmasını müşahidə edirik. Çox güman ki, 2022/2023-cü il ixtisas qrupları üzrə keçiriləcək imtahan zamanı hər bir fənn üzrə qapalı sual sayında dəyişikliklər olacaqdır. İmtahanın zamanı isə hər zamanki kimi 3 saatdır.

IV qrupa daxil olan ixtisaslar əsasən tibbi yönümlüdür. Məhz buna görə də tibbi ixtisasların keçid balı hər zaman yüksək olur. Belə ki, Psixologiya, Əczaçılıq, Müalicə işi, Tibbi profilaktika, Stomotologiya, Baytarlıq kimi sahələrə marağı olan abituriyentlərin üz tutduqları qrup məhz 4-cü qrupdur.

Lakin buraya daxil olan ixtisaslar tək tibbi sahələri əhatə etmir. Eyni zamanda Biologiya müəllimliyi, Kimya müəllimliyi, Ekologiya, Bədən tərbiyəsi və idmanda reabilitasiya, Bağçılıq və tərəvəzçilik, Bitki mühafizəsi kimi fərqli sahələr də bu qrupda yerləşir.

Göründüyü kimi 4-cü qrup fərqli maraqları özündə birləşdirməyi bacarır. Eyni zamanda ölkəmizdə bu qrup üzrə təhsil ala biləcəyiniz Bakı Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti, Bakı Mühəndislik Universiteti, Naxçıvan Dövlət Universiteti kimi bir çox prestijli təhsil olacaqlarımız vardır.

Bütün abituriyentlərimizə imtahanda uğurlar arzu edirik!

Bütün abituriyentlərimizə imtahanda uğurlar arzu edirik!

Oxşar mövzular:

4-cu qrup ixtisaslar
1-ci qrup fənnləri
2-ci qrup fənnlər
3-cü qrup fənnlər
5-ci qrup fənnlər

4.4/5 - (497 votes)

Əlaqəli yazılar

Digər yazılar
Close
Back to top button