Qiyabi tehsil
Qiyabi təhsil almaq istəyən abituriyentlər üçün bütün vacib məlumatları saytımızda təqdim edirik. Artıq sizi maraqlandıran hər bir sualın cavabını Tehsil.com.az-da görə biləcəksiniz.
Qiyabi təhsil seçimini edən abituriyenlər adətən çalışanlar, ya da ikinci təhsil alanlardır. Məhz bu təhsil formasını əyani təhsildən üstün edən də, oxuyaraq işləmək imkanının əldə olunmasıdır. Çünki Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən əyani təhsil alan şəxslərə işləmək icazəsi verilmir. Lakin qiyabi təhsilin əyani təhsildən daha çətin olduğunu bilməlisiniz. Çünki əyani təhsil alan tələbələrin bir semestr boyunca keçdiyi dəslər qiyabi təhsil alanlara cəmi 1 ay müddətində tədris olunur. Bu da imtahana çox qısa zamanın olması, oxunacaq məlumatların isə çox olması deməkdir. Bu isə tələbəni hədsiz çox yükləyir.
Ölkəmizdə və xarici ölkələrdə qiyabi təhsil almaq mümkündür. Lakin xarici universitetlərin bir çoxunun qiyabi təhsil diplomu Azərbaycanda tanınmır. Bu səbəblə Azərbaycanda qiyabi təhsil alanlar daha çox üstünlük təşkil edir.
Qiyabi təhsil seçimi necə olmalıdır?
Azərbaycanda qiyabi təhsil almaq üçün ali məktəblərə qəbul imtahanlarında iştirak etmək, tələb olunan balı toplamaq və daha sonra ixtisas seçimi etmək lazımdır. Abituriyent jurnalından ixtisaslar və tələb olunan keçid ballarını oxuya bilərsiniz. Hər imtahan ərəfəsi zamanı yeni Abituriyent jurnalı tərtib olunaraq tələbə adı qazanmaq istəyən gənclərə təqdim edilir.
3-cü və 4-cü kursda qiyabi təhsil alan tələbələr üçün praktik dəsrlər başlayır. Müddəti 1 ay çəkən praktikada onlar ixtisasları üzrə az da olsa təcrübə qazanmaq fürsətini əldə edə bilirlər.
Qiyabi təhsil yoxsa distant təhsil?
Təxmini 2010-cu ildən bu yana ölkəmizdə qiyabi təhsilin ləğv olunması ilə bağlı müzakirələr mövcuddur. Lakin hələ də tam qərar gəlinməyib. Artıq dünyanın bir çox ölkələrində qiyabi təhsildən istifadə edilmir, onun yerinə distant təhsilə üstünlük verilir. Bunun əsas səbəbi olaraq isə qiyabi təhsil zamanı tələbənin həddindən artıq yüklənməsi və ixtisasına uyğun olan təhsili mükəmməl şəkildə ala bilməməsi göstərilir. Bu baxımdan distant təhsilin qiyabi təhsildən üstün olması hesab edilir.
Distant təhsildə müxtəlif təhsil proqramları, texnologiyalar və tədris forması birləşirki, bu da onun səmərəliliyini artırır.
Ekspertlərin fikirlərinə görə, mühazirə zamanı tədris materialının 5-10%-i, tədrisə aid ədəbiyyatın sərbəst oxunuşu zamanı 10-20%-i mənimsənildiyi halda materialın qrup şəkilində müzakirə olunması zamanı mənimsənilmə isə 50%-ə qədər artır. Yeni biliklərin təcrübi istifadəsi prosesində mənimsənilmə 75%-ə yaxınlaşır və ən yüksək mənimsənilmə dərəcəsinə isə (90%) başqalarını öyrədəndə çatmaq olur.
Eyni zamanda qiyabi təhsil ilə distant təhsilin bir fərqi də xərclənən vəsaitdir. Əyani və qiyabi təhsil zamanı xərclənən vəsait çox olduğu üçün hər bir abituriyent universitetdə təhsil ala bilmir. Lakin distant təhsildə dərslər internet üzərindən keçirildiyindən həm gündəlik dərslərdə iştirak edərək biliklər qazanmaq olur, həm də evdən çıxılmadığı üçün əlavə xərclərin çəkilməyinə ehtiyac yoxdur.
Ölkəmizdə həm qiyabi, həm də distant təhsil almaq mümkündür. Yeni olsa da, hal-hazırda bir çox universitetdə distant təhsil “açıq universitet” adı ilə fəaliyyət göstərir.
Respublikada ilk dəfə distant təhsil 2001-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində İxtisasartırma və yenidən hazırlama fakültəsində tətbiq olunmuşdur. Bu gün də bu təhsil forması universitetin Beynəlxalq iqtisadi münasibətlər və maliyyə kredit ixtisasında həyata kecirilməkdədir.
Qiyabi tehsilin üstünlükləri və mənfiləri.
Qiyabi tehsil alan bir çox tələbə günümüzdə bu təhsil formasından çox razıdırlar. Əsas səbəb isə rahat bir şəkildə çalışa bilmələri və 1 ay ərzində univeristetdə dərs keçmələridir. Qiyabi təhsilin əsas mənfi cəhəti 1 ay əzində materialların mənimsənilməsi problemidir. Lakin ilin əvvəlində materialları univeristetdən əldə etmək mümkün olduğu halda, bir çox tələbələr keçiriləcək olan dərs siyahısının tələbələr çox gec verilməsidir ki, bu da tələbələr arasında narazıçılıqlara səbəb olur.
Lakin onu da qeyd edək ki, artıq yavaş-yavaş qiyabi təhsil dövrü yekunlaşmaq üzrədir. Onun yerini distant təhsil əvəzləyəcək.