Gobelek haqqinda melumat 🍄
Gobelek haqqinda melumat toplayaraq düzgün seçim edə bilərsiniz. Çünki göbələklərin hər biri yeməli deyil. Qeyd edək ki, göbələk zəhərlənməsi olduqca geniş yayılmışdır və əksər hallarda ölümlə nəticələnir. Buna görə də gobelek haqqinda melumat əldə edərək onları tanıya bilərsiniz.
Göbələklər, bitki və heyvan aləmindən fərqli olaraq Fungi aləmində yaşayan canlılardır. Adətən səbəb olduqları xəstəliklər və ya zəhərlənmə hadisələri ilə gündəmə gəlsələr də, əslində təbiətdə və insan həyatında çoxlu faydaları olan qidalardandır.
Dünyada olduğu kimi, ölkəmizdə də göbələk mühüm qida mənbələrindən biridir. Yeməli olmayan göbələklər zəhərli olmasa da, sərt quruluşuna, pis qoxusuna və dadına görə seçilirlər. Tərkibindəki polisaxaridlərə və bioaktiv maddələrə görə insan sağlamlığının qorunmasında və xəstəliklərin müalicəsində istifadə edilən dərman göbələkləri yeyilməsə də, bu qrupa daxildir.
Yer üzündə göbələklərin mövcudluğu min illiklər əvvələ dayanır. Müxtəlif növlərdə göbələklər vardır. Yeməli və zəhərli göbələklər hər birimizə məlumdur. Azərbaycanın meşələrində yetişən çox sayda fərqli növlərdə göbələklər vardır. Bundan əlavə olaraq isə bazarda satışa çıxarılan göbələklər meşəlikdən yığılan yox parniklərdə yetişdirilən tam sağlam və yeməli növlərdir. Qiymətləri heç də baha olmayan bu göbələklərdən müxtəlif təamlar hazırlanılır. Lakin qeyd edək ki, göbələk uzun müddət saxlanıla bulən qidalardan deyil.
Göbələkləri öyrənən elm mikologiya adlanır. Dünyada göbələklərin 1,5 milyona qədər növü qeydə alınmışdır.
Göbələklərdə xlorofil, nişasta olmur. Hüceyrəsində bir və ya bir neçə nüvə olur, yəni eukariotdurlar. Göbələklər mikotoksinlər adlanan bioaktiv birləşmələr əmələ gətirirlər. Əsasən kosmopolitan orqanizmlərdirlər ki, onlara hər yerdə rast gəlmək mümkündür.
Göbələklərin əsas xarakterik əlamətləri bunlardır:
- Göbələklərin əksəriyyəti kökü əvəz edən mitseli, gövdə və papaqcıqdan ibarətdir.
- Papağın alt hissəsində sporangilər yerləşir.
- Göbələklər əksər zaman tumurcuqlanma yolu ilə çoxalırlar.
- Onların hamısı sporla çoxalır.
- Göbələklərin ömrü çox deyildir.
- Kölgəsevən canlıdır.
- Göbələklər xloroplastlardan məhrumdurlar və heterotrof canlıdır. Bu səbəbdən də onlar enerji mənbəyi kimi hazır üzvü birləşmələrdən istifadə edirlər.
- Göbələklərdə hüceyrə divarı xitin və qlükandan təşkil olunmuşdur.
- Göbələklər vakuollar və hüceyrə divarına malikdirlər.
- Göbələklər daim böyüyürlər.
Qeyd edək ki, göbələklər qidalanmasına görə 3 qrupa bölünür.
1.Parazit göbələklər
2.Simbiotik göbələklər
3.Saprotrof göbələklər
1.Parazit göbələklər
Göbələklər hər cür mühitdə yaşamağı bacarırlar. Onların böyük bir qismi parazit həyat tərzi keçirir. Onlardan biri də “Plazmapola – Vitikola “dır. Bu parazit üzüm yarpaqlarının üst hissəsində bitir və günəş şüalarının yarpağa nüfuz etməsinə mane olur. Beləliklə bitki məhv olmağa başlayır. Bu parazitin inkişaf etməsi payıza təsadüf edir. Onu yalnız əhəng suyu ilə məhv etmək mümkündür.
Digər bir növ parazit isə “Qov” göbələyidir. Bu parazit ağacın oduncağı (gövdəsi) üzərində bitir, onun kökləri ağacın daxili özəyinə yönəlir. Qov göbələyi ağacın daxilindəki şirəni soraraq onun qurumasına səbəb olur. Bu növün alt hissəsində sporangilər yerləşir. O, tumurcuqlanaraq ağacın bütün ətrafını bürüyərək ağacın gövdəsinin sınmasına səbəb olur. Bu parazit daha çox “Çılpaqtoxumlu” bitkilərdə yayılır. Parazit göbələkləri tanıyaraq onlardan qorunna bilərsiniz. Eyni zamanda ağac və bitkilərin məhv olmasının qaşısını ala bilərsiniz.
- Qov göbələyi
- Plazmapola – Vitukola
- Kartof göbələyi
- Pas göbələyi
- Çövdar mahmızı
- Dəri göbələyi
- Sürmə
2.Simbiotik göbələklər
Təbiətdə parazit göbələklərdən başqa simbioz həyat sürən göbələklər də var. Belə göbələklər adətən aid olduqları ağacın yanında bitir və onunla “şərikli” həyat keçirir. Misal üçün palıd ağacının yanında palıd ağacı göbələyi, çinar ağacının yanında çinar ağacı göbələyi, şam ağacının yanında yağlı göbələk, küknar ağacının yanında sarı göbələk və s. tapmaq mümkündür. Bu göbələklər bitki tərəfindən çətin mənimsənilən humus maddəsini mənimsəməyə kömək edir, əldə etdikləri mineralları ağaca, ağac isə öz növbəsində göbələyə lazimi üzvi maddəni, oksigeni azotsuz birləşmələri kök vasitəsilə ötürür. Simbiotik göbələklərə misal olaraq mikorizanı göstərə bilərik. Mikoriza-göbələk tellərinin ali bitkilərin kökləri ilə birləşməsidir. Bu hadisə 1971-ci ildə F. M. Kamenski tərəfindən aşkar olunub.
3.Saprotrof göbələklər
Göbələklərin 3/4 hissəsi saprotrofdu. Bunlara aşağıdakılar aiddir.
– Pensil göbələyi
– Kif göbələyi
– Göbələyin faydası
-Papaqlı göbələklər
-Maya göbələyi
Göbələklər zülal və karbohidratlarla, aminturşularla, B, S, E, PP, D, fosfor, kalium, fol, sink, kalsium, yod, dəmir,fosfor turşusu ilə zəngindir. Göbələkdə yağlar az olduğu üçün onlar azkalorili qida sayılır və arıqlamaq məqsədilə pəhriz saxlayanlar üçün uyğun qidalardan hesab olunur. Onun tərkibində olan lesitin orqanizmdə xolesterinin yığılmasına mane olduğundan ürək-damar xəstəlikləri və müxtəlif maddələr mübadiləsi pozğunluqları zamanı çox xeyirlidir. Ateroskleroz, piylənmə, diabet, hipertoniya və s. xəstəliklərinin profilaktikası üçün göbələklərdən istifadə edilməsi yaxşı effekt verir. Göbələklər Sink və B qrupu vitaminlərlə zəngindir. Fiziki və əgli yorğunluq, stress, gərginlik zamanı insan orqanizminə çox yaxşı kömək edən göbələklərdə xüsusi maddələr — antioksidantlarla olduqca zəngindir. Bu maddələr onkoloji xəstəliklərdən əziyyət çəkən insanlara çox kömək edir. Göbələklərin rasiona daxil olması immunitetin yaxşılaşmasına, orqanizmin möhkəmləndirilməsinə çox xeyirlidir. Eyni zamanda qeyd edək ki, göbələklər kifayət qədər çətin həzm olunur. Buna görə də 3 yaşına çatmamış uşaqlara göbələkdən hazırlanmış yeməkləri vermək tövsiyyə olunmur.
Necə çoxalırlar?
1.Vegetativ-mitselinin bir hissəsi ilə gedir
2.Qeyri-cinsi-spor və zoospor vasitəsilə gedir
3.Cinsi-İzo, hetero və ooqomiya usulları ilə
Yeməli Göbələklər
Göbələkərdən qidamızda da geniş istifadə edilir. Ləzzətli yeməklər və salatlar hazırlanır. Lakin xarici görünüşünə görə bəzi zəhərli göbələklər ilə yeməli göbələklər bir-birinə çox oxşayır. Ona görə də göbələklərin yığımı zamanı ehtiyatlı olmaq lazımdır. Bu məqaləmiz vasitəsilə yeməli göbələkləri necə seçməyin yolunu öyrənə biləcəksiniz. Misal üçün Şampinyon və solğun əzvay göbələyi də bir birinə oxşardır, lakin şampinyonda papağın altı çəhrayı rəngdə, solğun əzvayda isə ağdır.
Yalançı tülkü qulağı göbələyinin papağının kənarı hamar, yeməli tülkü qulağının papağının kənarı isə dalğalı olur.
Yeməli göbələklər bunlardır:
- Şampinyon
- Ağ göbələk
- Qırmızı baş göbələk (ağacqovaq)
- Tozağacı göbələyi
- Sarı-qırmızı göbələk
- Yeməli tülküqulağı
- Yağlı göbələk
Zəhərli göbələklər
Zəhərli göbələklər isə aşağıdakılar aiddir. Ən zəhərli göbələk solğun amanita sayılır. Ümumiyyətlə zəhərli göbələklərdən uzaq durmaq lazımdır. Çünki göbələk zəhərlənməsi çox geniş yayılmışdır.
- Solğun əzvay
- Milçəkqıran
- Yalançı kötük göbələyi
- Yalançı tülkü qulağı
Zəhərli göbələklər haqqında
Qeyd etdiyimiz kimi göbələk zəhərlənməsi əsasən ölümlə nəticələnir. Çünki zəhərlənmə əlamətləri yalnız qaraciyər toxumasının tam parçalanması və mədə və bağırsaq toxumalarının qismən parçalanması zamanı ortaya çxıır. Bu səbəbdən müalicə artıq effekt vermir.
Ən məşhur yeyilməyən göbələk növü əlbəttə ki, milçək ağacıdır. Ağ nöqtəli gözəl qırmızı papaqlar qırmızı milçək ağarının əlamətidir. Bu göbələklərin təxminən 600 növü var. Amanita göbələklərində bir neçə zəhərli maddə var; muskarin, muskaridin, skopalamin. Bu göbələklərdən zəhərlənmə zamanı halüsinasiyalar, ürək bulanması, qusma halları baş verir. Hörümçək toru göbələk növlərinin ən zəhərlisi narıncı-qırmızı hörümçək torudur. Zəhər bədənə daxil olduqdan sonra çox uzun müddət – 3-5 gün sonra təsir etməyə başlayır və böyrəklərə və qaraciyərə təsir göstərərək sıradan çıxarır. Müalicə olunmasa ölüm bir neçə həftə ərzində baş verə bilər. Yüngül zəhərlənmə halında müalicə 2-3 aya qədər davam edir.
Şeytan göbələyi boletusa bənzəyir. Şeytani göbələk zəhərlənməsi zamanı ishal, qusma, mədə və bağırsaqlarda ağrıları baş verir, ancaq bədənə uzun müddət zərər vermədən bir neçə gün sonra aradan qalxır. Şeytani göbələyinin tərkibindəki zəhər uzun müddət qaynadıb bişdikdə parçalanır.
Bundan əlavə, müəyyən şərtlər altında yeməli göbələklərin belə (məsələn, göbələyin bədənindəki bəzi bakteriyaların inkişafına səbəb olması) insanlara zərər verə biləcəyini xatırlanmalıyıq.