Atalar sozleri

Çörəyə aid atalar sözləri

Atalar sözlərinin nə vaxt kimlər tərəfindən söyləndiyi məlum deyil.  Onlar adi nitqdə işlənən, əcdadlardan gəlib çatmış, müəyyən mühakimə ehtiva edən, danışanı məlum olmayan (anonim) sözlərdir.  Keçmiş nəsillərdən bu günə qədər gəlib çatan atalar sözlərinin xüsusiyyətləri sözün mənasına görə dəyişir.  Atalar sözləri tərbiyəvi istiqamətlər göstərən, bir çox qollarda nəsihət verən şablon sözlərdir.

Çörəklə bağlı atalar sözləri

  • Çörəyin böyüyü xəmirin çoxundan olur.
  • Çörəyini tək yeyən yükünü tək daşıyar.
  •  Evində unu olana çörəyi hamı borc verər .
  • Çörəyini qatığı qədər edən, heç vaxt ac qalmaz
  • İgidin çörəyi ilə igid bəslənər
  • Diz, çörək haqqını bilməyən kor olar
  • Torpağı işləyən, çörəyi dişləyər
  • Şeytanla ortaq buğda əkən samanını alır
  • It çörək yediyi qapını tanıyar
  • Qonşunun çörəyi qonşuya borcdur
  • Hərkəsin xəmiri çörəyinə görədir
  • Kişi olan çörəyini daşdan çıxarar
  • Kişi çörəyi, meydan əkməyi
  • Kişi çörəyi, kişi boğazında qalmaz
  • Çörəkdən qaşıq olar amma hər qatığın haqqına deyil
  • Çörəklə oynayanın çörəyi ilə oynanılar
  • Çörəyini əməkçiyə ver, yarısını yesə halalı olsun
  • Çörəyi əməkçiyə ver, bir çörək də  üstə ver
  • Ata çörəyi zindan çörəyi, ər çörəyi meydan çörəyi
  • Ağac böyüt bar versin, oğlan böyüt çörək gətirsin
  • Acın qarnında çörək durmaz
  • Acın gözü çörək təknəsində olur
  • Çörəyi torpaqdan al, özgənin ağzından yox.
  •  Çör-çöplə yanan ocağın istisi olmaz.
  •  Çuvallar doldu, dağarcıqlar dolmaz.
  • Çörək bol olarsa basılmaz Vətən.
  • Çörək itirən, çörək tapmaz.
  • Çörək alın təriylə qazanılar.
  • İstəyirsən bal-çörək, al əlinə bel-kürək.
  • Bir çörək özün ye, birini də Allah yolunda ver.
  • Duz çörək, düz çörək.
  • Duz-çörək itməz.
  • Çörək itirən çörək tapmaz.
  • Təndir çörəyi şirin olar.
  • İsti çörək təndirdən, minnəti yox pendirdən.
  • Hər kəsin çörəyi xəmirinə görədi.
  • Acın arzusu bir qarın çörəkdir.
  • Yolda çörək ağırlıq etməz.
  • Aca ürək vermə, çörək ver.
  • Aclıq ilə tоxluğun arası bir parça çörəkdi.
  • Aclıq ilində bir tikə çörək, bir külçə qızıldan artıqdır.
  • Acın gözü çörəkdə, toxun gözü hənəkdə olar.
  • Aclıqda darı çörəyi halvadan şirin оlar.
  • Payız günü – peynir çörək qarpız ilə, yaz günü – qatıq çörək yarpız ilə.
  • Çörəyi bol olanın tüstüsü gür çıхar.
  • Az ye, öz çörəyini ye.
  • Duz-çörək borcdur.
  • İtə çörək verməzsən, acından hürər.
  • Çörəyi torpaqdan al, kiminsə ağzından yox.
  • Minnətli plovdan minnətsiz pendir-çörək yaxşıdı.
  • Adam ac оlanda pendir-çörək də ləzizdir.
  • Öz quru çörəyim özgənin plovundan yaxşıdı.
  • Öz çörəyini özgə süfrəsində yemə.
  • Özünün yavan çörəyi özgənin plovundan yaxşıdı.
  • Əli xəmirliyə çörək bоrc verməzlər.
  • Çörək verərsən, çörək verərlər, daş atsan, daş atarlar.
  • Sənə hər kim daş atsa, sən ona çörək at.
  • Biz çörək vermədik çörək istəyək, biz çörək verdik ki,  çörəkli olaq.
  • Dilənçi torbasından çörək yeməzlər.
  • Əli bоş, çörəyi duzsuz.
  • Çörəyin dadını cütçü bilər.
  • Çalışmaq çörək, tənbəllik qıtlıq gətirər.
  • Kor ilə çörək yeyəndə insafı arada gör.
  • Əli xəmirliyə çörək bоrc verməzlər.
  • Çörək verərsən, çörək verərlər, daş atsan, daş atarlar.
  • Sənə hər kim daş atsa, sən ona çörək at.
  • Biz çörək vermədik çörək istəyək, biz çörək verdik ki,  çörəkli olaq.
  • Dilənçi torbasından çörək yeməzlər.
  • Əli bоş, çörəyi duzsuz.
  • Çörəyin dadını cütçü bilər.
  • Çalışmaq çörək, tənbəllik qıtlıq gətirər.
  • Kor ilə çörək yeyəndə insafı arada gör.
  • Qışda çörəksiz, yayda köynəksiz yola çıxma.
  • Vay o gündən ki, çörəkçi çəkmə tikə, çəkməçi də çörək  yapa.
  • Çörək olmayanda, çörək dostları da olmur.
  • Subay adamın yaxasını bit yeyər, çörəyini –it.
  • Ər çöldə оlsun, çörəyi evdə.

Oxsar atalar sözləri:

4.5/5 - (266 votes)
Back to top button