Atalar sozleri

Yalana aid atalar sozleri 

Yalana aid atalar sozleri ən mənalıları burada. Atalar sözləri yalana aid ən maraqlı və həqiqətləri əks etdirən sözlərdir. Hər biri çox hikmətli və dərin mənalıdır.

Yalan danışan hamını qanmaz bilər.

Yalan ki var, doğrunun quludur.

Yalançının evinə od düşdü, heç kəs inanmadı.

Yalançının hafizəsi olmaz.

Lal olmaq yalan danışmaqdan, pəltək olmaq söyüş söyməkdən, yoxsulluğa dözmək oğurluqla mal toplamaqdan yaxşıdır.

Yalan dörd nalla gedər. Həqiqət isə addım-addım yeriyər, lakin yenə də vaxtında çatar.

Yalançını sözündən yox gözündən bil.

Xəbərçi yalançı olar, yalançı xəbərçi.

Ən böyük yalançı odurki, diri ikən ölümdən danışır.

Yalançının evi yandı, heç kəs ona inanmadı

Uşaqlıqda yalan danışana böyüyəndə heç kəs inanmaz.

Bir adam ki, səhər yalan danışdı, axşamacan yalan danışar.

Yalanınçını evinəcən qovarlar.

Yalan danışan hamını qanmaz bilər.

Yalanı necə istəsən dolandır, doğrunun yolu birdir.

Dil ucundakı şirin yalan, qarmaq ucundakı yem kimidir.

Alimin biliyindən, yalançının dilindən yapışarlar.

Dünyaya “yalançı” dünya deyənlər, yalançıların ən böyüküdür.

“Sən yalan içində yaşayırsan, mən – həqiqətdə” iddiası, bir insanın o birinə söyləyə biləcəyi ən mərhəmətsiz sözdür.

Yalançının evi yandı, heç kəs ona inanmadı

Yalanla dünyanı gəzərsən amma geri dönə bilməzsən (Rus Atalar Sözləri)

4.4/5 - (324 votes)
Back to top button