Atalar sozleri

Ana haqqinda atalar sozleri

Ana hər kəs üçün ən müqəddəs varlıqdır. Sözsüz ki bu haqda bizim bir çox atalar sözlərimiz, hikmətli sözlər və deyimlər var. Bu yazıda sizin üçün qədimdən bizə miras olaraq qalan analara aid atalar sozleri seçilərək sizinlə bölüşdürülmüşdür. Daha çox atalar sözləri üçün digər səhifəyə keçərək oxuya bilərsiniz.

Ana kimi yar, Bağdad kimi diyar olmaz

Ağlarsa anam ağlar, başqası yalan ağlar

Anasına bax qızını al, kənarına bax bezi al

Heç bir bəzək qadını analıq qədər gözəlləşdirməz

Ana evin dirəyidir

Ana bir sənətçi ən gözəl əsəri övladıdır

Hər kəs ağlar, amma analar başqa cür ağlar.

Öz anasını sevməyən, özgə anasını sevməz.

Yanan da (qayınana) ana, yaman da (qayınana) ana.

Ana ürəyi, dağ çiçəyi

Ana səbri böyükdür

Ana qəlbinə toxunmaq olmaz

Ana haqqı, Tanrı haqqı

Anadan artıq yavər olmaz

Analı qızın işi görünər, anasız qızın dişi

Analı qızın özü böyüyər, anasız qızın sözü

Analı quzu, xınalı quzu

Ana kimi yar olmaz, vətən kimi diyar

“Ana bala ucundan canını oda yaxar”

“Anadan əzziz yenə anadır”

“Ananın səbri tükənməz”

“Anadan əmdiyim süd burnumdan gəldi”

“Anasız gördüyün iş danlaqsız bitməz”

“Ana qədri bilməyənŞ yadın qədrinmi nə bilər”

“Ana malına göz dikən ac qalar”

“ Ana-atasına xeyri olmayanın elə nə xeyri”

“Anası gəzən ağacı bala budaq-budaq gəzər”

“Uşaq atadan yox, anadan yetim qalar”

“Ananın canı övlada bağlı olar”

Anaya Aid atalar sözləri

Anaya aid atalar sozleri daha çoxu üçün buradan oxuya bilərsiniz. Əlavələriniz varsa rəylərdə bizimlə bölüşməyinizi xahiş edirik.

“Analar bizi bu gün üçün doğub”

“Ana səbri böyükdür”

“Ana ürəyi-dağ çiçəyi”

Ana olmayan ana, Ata olmayan ata qədri bilməz”

“Hər işləyən kişi olmaz,

Hər doğan ana olmaz”

Qız anadan öyüd alar

Ağac kökdən – insan anadan

Bugünki qız sabah anadır

Çayın mənbəyi bulaq, ailənin mənbəyi anadır

Bu dünyada şirin şey bir anadır, bir vətən

Bala qədrini ana bilər, igid qədrini el

Bala üçün ananın ürəyi ağrıyar, atanın biləyi

Ehtiyyatlı oğulun anası ağlamaz

Oğulun igidliyi ananı cavanlaşdırar

Qızsız ana, duzsuz ana

Qız anadan görməyincə öyüd almaz

Yaxsiliq haqqinda atalar sozleri: https://engozelsozler.blogspot.com/2020/02/yaxsiliga-aid-atalar-sozleri.html

Bir adam, ən çox sevgilisini, ən yaxşı şəkildə ailəsini, ən uzun da anasını sevər.

Qoca ana evdə üç kilid kimidir

Pis oğula ana cavabdehdir, pis nəvəyə – nənə.

Ana o deyil ki – doğub, ana odur ki – böyüdüb.

Hər işləyən – kişi olmaz, Hər doğan – ana olmaz.

Uşağı oxudan – atanın kisəsi, ananın kasası.

Ata olmayan – ata, ana olmayan – ana qədrini bilməz.

Bir ananın yeddi uşağa çəkdiyi qayğı, yeddi uşağın bir anaya çəkdiyi qayğıdan çox olur.

Bir ana duası yeddi kişi qarğışını heç edər.

Mən ölürəm çiçəkdən, ört üzümü milçəkdən, yad gələr yalan ağlar, anam ağlar gerçəkdən.

Analı uşağın ürəyində yağ, anasız uşağın ürəyində dağ olar.

Yetim qızın daşı ağır olar, ögey ananın sözü.

Ata, ana tərbiyə etməyəni həyat tərbiyə edər.

Ana ilə qız, Halva ilə qoz

Anası tərifləyəni qoy qaç,el tərifləyəni al qaç

Ananın ilki olmaqdansa dağda tülkü olmaq yaxşıdır

4.1/5 - (284 votes)
Back to top button