Maraqlı Məlumatlar

BMT haqqinda melumat 

BMT haqqinda melumat saytımızda təqdim olunur. Hər gün demək olar ki, bu təşkilatın adına televiziya kanallarında, sosial şəbəkə və saytlarda, qazet və jurnallarda rast gəlinir. Bəs nədir BMT? Nə işə yarayır? Fəaliyyətləri nədən ibarətdir? Sizi maraqlandıran BMT haqqinda melumat Tehsil.com.az-dadır.

BMT yaranmasi haqqında

Birləşmiş Millətlər Təşkilatının yaranmasının əsas səbəbi millətlər arasında sülh və əmin-amanlıq yaratmaqdır. İkinci Dünya Müharibəsindən sonra beynəlxalq sülhün və təhlükəsizliyin qorunması, davamlı inkişafın dəstəklənməsi və insanların təhlükəsizliyinin təmin edilməsini əhatə edən yüksək insanlıq vizyonunu həyata keçirmək üçün yeni bir beynəlxalq təşkilata ehtiyac var idi. Bu təşkilat Azərbaycan da daxil olmaqla 51 ölkə tərəfindən 24 oktyabr 1945-ci ildə yaradılmışdır. Ha-hazırda isə BMT-yə üzv olan ölkələrin sayı 193-ə çatıb. Birləşmiş Millətlər Təşkilatının əsas orqanları, Baş Assambleya Təhlükəsizlik Şurası, İqtisadi və Sosial Şura, Qəyyumluq Şurası, Beynəlxalq Ədalət Məhkəməsi və BMT Katibliyi kimi sıralana bilər.

Baş Assambleya

Baş Assambleya BMT-nin əsas məsləhətçi, siyasət və nümayəndəlik orqanıdır. BMT-yə daxil olan bütün 193 Üzv Dövləti Baş Assambleyada təmsil olunur. Hər il sentyabr ayında BMT-nin Baş Assambleya sessiyası keçirilir. Sessiya zamanı tamhüquqlu üzvlər Nyu-Yorkdakı Baş Assambleya Zalında bir çox dövlət başçılarının iştirak etdiyi və çıxış etdiyi illik plenar müzakirələr üçün toplanır. Sülh və təhlükəsizlik, yeni üzvlərin qəbulu və büdcə məsələləri kimi mühüm məsələlərlə bağlı qərarlar qəbul olunur. Bu qərarların qəbulu üçün Baş Assambleyanın üçdə iki səs çoxluğu tələb olunur. Digər məsələlər üzrə qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Baş Assambleya hər il Baş Assambleyanın sədrini bir illik səlahiyyət müddəti üçün seçir.

Təhlükəsizlik Şurası

Təhlükəsizlik Şurasının yaradılmasının əsas məqsədi beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında əsas məsuliyyət daşımasıdır. BMT Nizamnaməsinə uyğun olaraq  15 üzv olan dövlətlər Şuranın qərarlarına əməl etməyə borcludurlar. Təhlükəsizlik Şurası sülhə təhlükənin və ya təcavüz aktının mövcudluğunun müəyyən edilməsinə rəhbərlik edir. Bu şura, mübahisə tərəflərini mübahisəni sülh yolu ilə həll etməyə çalışır. Bərpa üsullarını və ya həll şərtlərini təklif edir. Bəzi hallarda, Təhlükəsizlik Şurasının səlahiyyətlərindən biri beynəlxalq sülh və təhlükəsizliyi qorumaq və ya bərpa etmək üçün sanksiyalara müraciət edə və ya hətta güc tətbiqinə icazə verə bilməsidir. Təhlükəsizlik Şurasının sədrliyi vardır ki, o, hər ay rotasiya və dəyişiklik edən sədrliyi var.

İqtisadi və Sosial Şura

İqtisadi və Sosial Şura deyildikdə, iqtisadi, sosial və ekoloji məsələlər üzrə koordinasiya, siyasətə baxış, siyasət dialoqu və tövsiyələr, habelə beynəlxalq səviyyədə razılaşdırılmış inkişaf məqsədlərinin həyata keçirilməsi üçün əsas orqan nəzərdə tutulur. Onun Baş Assambleya tərəfindən üç il müddətinə seçilən 54 üzvü var. İqtisadi və Sosial Şura BMT-nin  törəmə və ixtisaslaşmış qurumlarına nəzarət edir. Hansı ki, o qurumlar Birləşmiş Millətlər Təşkilatı sisteminin və onun iqtisadi, sosial və ekoloji sahələrdə ixtisaslaşmış mərkəzləridir.

Qəyyumluq Şurası

Qəyyumluq Şurası 1945-ci ildə BMT Nizamnaməsi ilə yeddi Üzv Dövlətin rəhbərliyi altında olan yaradılmışdır. 11 Qəyyumluq Sahəsinin muxtariyyəti və müstəqilliyi istiqamətində adekvat addımların atılmasını təmin etmək üçün yaradılan Qəyyumluq Şurası 1994-cü ilə qədər bütün muxtariyyət və ya müstəqillik əldə etsələr də, 1994-cü il noyabrın 1-də öz işini dayandırdı. 1994-cü il mayın 25-də qəbul edilmiş qərarla Şura hər il toplaşmaq öhdəliyini aradan qaldırdı. Prosedur qaydalarında dəyişiklik edildi və lazım gəldikdə öz  və qərarı və ya Prezidentin xahişi və ya  üzvlərin səs çoxluğu ilə iclas keçirməyə razılıq verdi.

Beynəlxalq Ədalət Məhkəməsi

Beynəlxalq Ədalət Məhkəməsi BMT-nin əsas məhkəmə orqanı hesab olunur.Bu orqan Haaqadakı (Hollandiya) Sülh Sarayında fəaliyyət göstərir. Birləşmiş Millətlər Təşkilatının altı əsas orqanı olsa da, yeganə orqanı  Nyu-Yorkda (ABŞ) yerləşmir. Məhkəmənin rolu dövlətlərin ona təqdim etdiyi hüquqi mübahisələri beynəlxalq hüquqa uyğun olaraq məsələləri həll etməkdir. Bu qurum Birləşmiş Millətlər Təşkilatının səlahiyyətli orqanları və ixtisaslaşmış qurumları tərəfindən ona təqdim edilən hüquqi məsələlər üzrə məsləhət xarakterli rəylər verməyə xidmət edir.

Katiblik

Katiblik Baş Assambleyanın və Təşkilatın digər əsas orqanlarının mandatına uyğun olaraq BMT-nin gündəlik işlərinə rəhbərlik edir. Baş Katibdən və BMT-nin on minlərlə beynəlxalq əməkdaşından ibarətdir. Baş katib Təhlükəsizlik Şurasının tövsiyəsi ilə Baş Assambleya tərəfindən beş il müddətinə yenilənən müddətə təyin edilir. Baş katib Təşkilatın Baş İnzibati Direktorudur.

5/5 - (101 votes)

Əlaqəli yazılar

Back to top button