İnşalarKimdir?

Mikayil Musfiq haqqinda melumat 

Mikayil Musfiq haqqinda melumat ilə maraqlananlar üçün ən geniş məlumatları təqdim edirik. Onun şeirləri hər birimizin əzbərindədir. Çox sevilən şairlərimizdən olan Mikayil Musfiq haqqinda melumat hər kəsin bilməli olduğu məlumatlardandır. Gəlin, Tehsil.com.az-da tanış olaq.

Mikayıl Müşfiq 1908-ci il iyun ayının 5-də Bakı şəhərində anadan olmuşdur. Atası Mirzə Əbdülqadir İsmayılzadə dövrünün tanınmış ziyalılarından biri idi.  Mirzə Əbdülqadir müəllimlik ilə yanaşı şeir və qəzəllər də yazamışdır. Uşaq ikən valideynlərini itirdiyi üçün nənəsi və dayısının himayəsində böyümüşdür. Mikayıl Müşviqin şair kimi böyüməsində nənəsi Qızqayıt xanımın böyük rolu olmuşdur. İbtidai təhsilini rus-tatar məktəbində almışdır. 12 saylı II dərəcəli  məktəbdə oxumuşdur. 1931-ci ildə Mikayıl Müşfiq Azərbaycan Dövlət Darülfünunun dil və ədəbiyyat fakültəsini bitirmişdir.  Məzun olduqdan sonra 7 ilə yaxın müxtəlif məktəblərdə müəllimlik etmişdir. 1930 illlərdə Azərnəşrdə redaktor vəzifəsində çalışmışdır. 1931-ci ildə Dilbər Axundzadə ilə ailə həyatı qurmuşdur.

Yaradıcılıq fəaliyyəti

Müşfiq çox gənc yaşlarından yaradıcılıq aləminə gəlmiş, həyatını, taleyini şeirlə bağlamış və ömrünün sonuna kimi ondan ayrılmamışdır. Poetik yaradıcılığına 1926-cı ildə “Gənc İşçi” qəzetində çap edilən “Bu gün” şeiri ilə başlamışdır.  1927-ci ildən “Maarif və mədəniyyət” və “Komsomol” jurnallarında və “Gənc işçi” qəzetində nəşr olunmuşdur. 1932-ci il şairin həyatındakı ən məhsuldar illərdən biri olmuşdur.  Bu dövrdə “Günün səsləri” “Vuruşmalar”, “pambıq”, “buruqlar arasında” kitabları, daha sonra bir-birinin ardınca “Şeirlər”, “çoban”, “Mənim dostum”, “Səhər”, “Sındırılan saz”, “Azadlıq dastanı”, “Buruq adamı” əsərləri nəşr edilmişdir. Mikayıl Müşfiqin Azərbaycan poeziyasının nadir incilərindən sayılan “Oxu, tar, oxu tar”, “Qal, sənə qurban”, “Sənin gülüşlərin”, “Maralım”, “Ana”, “Küləklər”, “Yenə o bağ olaydı” və digər şeirlərinə bəstələnən mahnılar dinləyici alqışını, rəğbətini qazanmış sənət əsərləridir. Uşaq ədəbiyyatına da xüsusi önəm verirdi. “Şəngül, Şüngül, Məngül”, “Kəndli və ilan” mənzum nağılları, “Vuruşmalar”, “Qaya” poemaları, “Coğrafiya”, “Məktəbli şərqisi”, “Zəhra üçün” və digər şeirləri uşaqlar arasında şairə böyük məhəbbət qazandırmışdır.

1937-ci ildə çap üçün hazırladığı “Çağlayan” kitabına yaradıcılığının ən qiymətli əsərləri sayılan  “Səhər”, “Azadlıq dastanı”, “Sındırılan saz”, “Əbədiyyət nəğməsi”, “Şeirim”, “Yenə o bağ olaydı”, “Duyğu yarpaqları”, “Tərtərhes nəğmələri”, “Mingəçevir həsrəti” adlı şeirllərini  daxil etmiş amma kitabı çap etdirə bilməmişdir.

Repressiya

1937-ci il repressiyaları Azərbaycan ədəbiyyatının, mədəniyyətinin görkəmli siması Mikayıl Müşfiqdən də yan keçmir. Şair “Müsavat gənclər təşkilatı” ilə əlaəqlər saxlaması və  hökümətin ünvanına böhtan atması səbəbi ilə təqib edilməyə başlanılır. Şairin xalq arasında narazılıq yaratdığı iddia edilərək iyunun 3-də həbs edilmişdir. Mikayıl Müşfiqi həbs edənlər və evində axtarış aparanlar Dövlət Təhlükəsizliyi İdarəsinin əməkdaşları M.Mustafayev, N.Petrunin və MİK-nin (Mərkəzi İcraiyyə Komitəsi) sədri Şevçenko idi. Axtarış zamanı Türkiyədə nəşr olunmuş 14 kitab, başqa nəşrdən olan 5 kitab, türk dilində 4 müxtəlif jurnal, 6 İran nəşri, 14 foto şəkil, pasport, hərbi bilet, əlyazmalar və digər əşyalar müsadirə olunmuşdu.

1938-ci il yanvarın 5-ində SSRİ Ali Məhkəməsində Mikayıl Müşfiqin güllələnməsi qərarı verilir. Yanvar ayının 6-sında şair Nargin adasında güllələnir.

5/5 - (1 vote)

Əlaqəli yazılar

Back to top button