Digər

Azerbaycanda İdman

Hər kəs bilir ki, idman həyatımızın ən vacib hissəsidir. İdman ölkəmizdə bir çox insanlar üçün böyük əhəmiyyət kəsb edir və həyatını xeyli yaxşılaşdırır. İdman təkcə fiziki deyil, həm də mənəvi vəziyyətinizi yaxşılaşdırır: Biz nizam-intizam öyrənirik, möhkəm və ruhən güclü oluruq,səhvlərimizi düzəltməyi öyrənirik, pis düşüncələrdən qurtulub pozitiv bir hala gəlirik. Bundan əlavə, idmana olan həvəsimiz sayəsində ictimailəşirik. Bu, insanları bir araya gətirir və yeni tanışlıqlar üçün yeni bir başlanğıc qoyur. İdman haqqında daha yaxşı öyrənmək və gələcək idman tədbirlərinin elanlarından xəbərdar olmaq üçün siz mərc saytlarına göz atabilərsiniz. İndisə bilgi əldə etmək üçün isə sizə məqaləni oxumağı təhsil edirik… 

Azərbaycanda ən populyar idman növləri

Sözsüz ki, ölkəmiz idmana fəal dəstək verir. Bu ölkənin vətəndaşlarının da idmana böyük marağı və sevgisi var. Şübhəsiz ki, onlar yeganə populyar idman növləri deyil, onların hamısından bir neçəsini qeyd etdik. Bütün idman növlərindən populyarlardan biriləri utbol, ​​voleybol, güləş və şahmatdır. 

  • Futbol 

Futbol iki komanda ilə oynanılan bir idman növüdür. Oyunun məqsədi əlsiz bir şəkildə topu rəqibin qapısına vurmaqdır. Oyunda bir çox nüans var, amma onları başa düşmək çox asan işdir. Futbol sürət, dözümlülük və komanda işi tələb edir. Bu oyunun özəllikləri onu dünyada ən populyar idman növü edir. Futbolun yaranma tarixi dəqiq deyildir, çünki bununla bağlı çoxlu nəzəriyyələr var. Lakin hamımızın bildiyimiz futbolun İngiltərədə meydana gəldiyi hamılıqla qəbul edilir. Bu maraqlı oyun Azərbaycanın yanından da yan keçmədi və böyük məhşurluq qazandı.     

  • Voleybol 

Voleybol iki komanda tətəfindən əllə oynanan idman növüdür. Məqsəd topu rəqibin meydançasına toxunması üçün torun üstündən yönəltməkdir. Çox vaxt bu idman növü ilə məşğul olan insanlar çevik və mobil olurlar, həmçinin yaxşı reaksiyalara malikdirlər. Voleybol təxminən yüz ilə yaxındır ki, mövcuddur. Bütün bu müddət ərzində o, çoxlu sayda fanat qazandı. Bu oyunun yaradıcısı ABŞ-da kollecdə işləyən Uilyam Morqan idi. Ardından qaydalar dəyişməyə başlandı və beləliklə indiki bildiyimiz voleybol meydana çıxdı. Bu idman daha çox qadın diqqətini çəkib. Qadın voleybolçulardan ibarət Azərbaycan yığması dünyanın ən güclü komandalarından biri sayılır.            

  • Güləş

Güləş dünyada ən geniş yayılmış idman növlərindən biridir. Bu idman populyarlığı ilə yanaşı həm də qədimdir. Güləş, demək olar ki, hər yerdə idi, lakin fərqli şərtlərlə var olurdu. Bu idman növü iki oyunçu arasında oynanılır. Qalib rəqibini yerə düşdürən şəxsdir. Bu idmanın müxtəlif qaydaları olan bir çox növləri var, ancaq Azərbaycanda ən populyar olan freestyledır. Bu idman növü insanı möhkəm, güclü, israrlı və cəsarətli edir. Ona görə də bir çox gənc güləşlə maraqlanır. Azərbaycanda güləş milli idman növü hesab olunur. Ölkəmiz uğurlu güləşçilərimiz ilə məşhurdur.      

  • Şahmat 

İdman oynamaq üçün bədəninizi yormaq lazım deyil, beyniniz kifayətdir. Bunun ən yaxşı və bariz nümunəsi şahmatdır. Şahmat stolüstü oyundur. İki nəfər tərəfindən ifa olunur. Biri ağ fiqurlarla, digəri qara fiqurlarla oynayır. Oyunun məqsədi rəqibin padşahını mat etməkdir. Şahmat strateji düşüncəni, diqqəti, səbiri inkişaf etdirməkdə və vəziyyətləri daha yaxşı təhlil etməyə kömək etməkdə çox yarayır. Zaman keçdikcə şahmatda təcrübə toplayan oyunçular öz bacarıqlarını həyatda istifadə edirlər. Şahmat VI əsrdə Hindistanda yaranmışdır və şərqdə yayılmışdır. Uşaqlar gənc yaşlarından şahmata maraq göstərirlər. Azərbaycan dəfələrlə beynəlxalq turnirlərdə iştirak etmiş şahmatçıları ilə fəxr edə bilər. 

Yazını dəyərləndir post

Əlaqəli yazılar

Back to top button