Tapmacalar

Çətin tapmacalar

Çətin tapmacalar axtarırsınızsa burada topladığımız tapmaca növləri tam sizin üçündür. Sevdikləriniz, yaxınlarınız, şagirdləriniz və ya övladlarınız üçün ən çətin tapmacalar və cavabları burada. Bundan başqa axtardığınız digər növlərə uyğun olaraq tapmacaları tapmacalar kateqoriya səhifəmizdən tapa bilərsiniz.

Ağca qoyundan,
Qara süd sağdım.
( Doşab)

Altı daş, üstü daş – arasında çəmənim,
Qazanda bişən duzsuz aşımdı mənim. ( Səməni )

Başı iki,
Ağzı bir.
Beldə kəmər,
Doşab əmər.
( Boçka )

Bir yerdə bir çölmək var,
Durub onu bölmək var,
Səksən səkkiz çatıda
Doxsan doqquz ilmək var. ( Balıq toru )

Bu gün çaharşənbədi,
Qəlbimə düşən nədi?
Dəryadan tüstü qalxır
İçində bişən nədi?
( Sulu qelyan )

Çöl var, çöl var, çölmək var,
Onu durub bölmək var,
Səksən səkkiz düyündə
Doxsan doqquz ilmək var. ( Balıq toru )

Dağda tappıldar,
Suda şappıldar,
Obada fərman,
Kənddə süleyman.
(Balta, balıq, at, xoruz)

Get o dağdan qar al gətir,
Verməsələr də al gətir,
Ərinməmiş yağ al gətir. (Piy )

Hələmə küpə, dələmə küpə,
Yüz il qalsa, çürüməz küpə.Cavabı gizlə
( Tük )

Nə burda var, nə orda
Doludur Naxçıvanda,
Hər şeyi dadlandırır,
Halvanı bulandırır. ( duz )

Qırmızı misə dağ basdım,
Apardım bazardan asdım.
( pul )

Yamacdan aldım,
Qazana saldım,
Düşdü umaca
Yedim doyunca. ( duz )

Yol içində yoğun abay,
İçində cəhənnəm yanar.
Ağzın açıb zəmiyə baxar.
( təndir )

Bir sehirli fanaram,
Kibritsiz də yanaram
Nə yerdə yox, nə göydə
Havadan sallanaram. ( Elektrik lampası)

Quş deyil qanadı var,
Quşlardan yeyin uçar.
( təyyarə )

Dolanar bütün ərzi,
Aşar dağı, dənizi.
Gəzib göydə gecələr
Gəlib yerdə dincələr. ( Kosmonavt )

Bazarda satılmaz,
Tәrәzidә çәkilmәz.
Baldan şirindir,
Amma yeyilmәz.
( Yuxu )

Bәdәni var, başı yox.
Qolları var, ayağı yox.
Qarnını yırt, qanı yox. ( köynək )

Bir ağacım var,
Bir gövdәsi,
Beş budağı,
Hәr budaqdan bir sәdәf ( qol )

Әyri­üyrü boy atar,
Ayağı yerә batar.
Salxım­salxım sallanar
Altında sarvan yatar. ( söyüd ağacı )

İnәyim var eşikdәdi,
Ayı­ili eşikdәdi,
İldә bir kәrә sağılar.
Özü yenә eşikdәdi. ( bağ )

Adam deyil, әl­ayağı, dişi var,
Әcәb şeydi, qәrәvәllә işi var. ( meymun )

Qızılgül beçә verdi,
Sana gör neçә verdi?
Yarpaqsız ağac gördüm.
Torpaqsız beçә verdi ( maral buynuzu )

Dağdan, qayadan aşar,
Pişik kimi dırmaşar.
İlan kimi sürünәr,
Divardan bәrk yapışar. ( kərtənkələ )

Qәndә oxşar dadı yox,
Göydә gәzәr qanadı yox.
( qar )

Axşam doğular,
Sәhәr yer ovar,
Axşam yığılar ,
Sәhәr dağılar. ( cücə )

Mәn aşiqәm azalmaz,
Xotkar payın az almaz.
Aşıq bir şam görübdü,
Yanar yağı azalmaz.
( günəş )

Lәyәndә, ay lәyәndә, Gül boynunu әyәndә,
Yeyilәr kal vaxtında,
Yemәk olmaz dәyәndә. ( xiyar )

Balaca quyu,
İçindә suyu,
Ağcadan ağdı,
Sarıdan sarı. ( yumurta )

Kəkliyin qan ayağı,
Qan əli, qan ayağı,
Aşıq bir şey görübdür,
Üç başı, on ayağı. ( sağıcı, inək və buynuzu )

Ağaca çıxdım adamla
Bir nəlbəki badamla,
Nə dili var, nə ağzı,
Hey danışır adamla.
( kitab )

4.3/5 - (362 votes)
Back to top button