Tapmacalar

Tapmacalar ve Cavablari

Tapmacalar bizim şifahi xaql ədəbiyyatının ən maraqlı və əyləncəli janrlarından biridir. Tapmaca tap qədimdən ata, babalarımızın əyləncə və kiminsə düşünmə qabiliyyətini yoxlamaq üçün istifadə edilən sözlərdir. Bunu həm ümumi məclislərdə, həmdə maraqlı ortamlarda insanlar əylənmək üçün istifadə edilir. Uşaqdan böyüyə hərkəsin sevərək sualı gözlədiyi və cavabını uzun müddət axtararaq tapdığı bu çətin tapmacalar və cavabları bir növ adət halınıda alımışdır. İndi isə sizə ən çox istifadə olunan tapmaca və cavablari aşağıda sizin üçün toplanmışdır. Baxıb yaxınlarınıza bu sualları verə bilər və vaxtınızı daha əyləncəli keçirə bilərsiniz.

Tapmacalar ve cavablari, onların növləri

Tapmaca vermək istəyərkən bəzən həmin stuasiyaya uyğun olanını axtardığınızıda bilirik 🙂 Buna görə də aşağıda sizin istəklərinizə və axtarışlarınıza uyğun olaraq onları istifadə yerlərinə görə qruplaşdırıb sizə təqdime edirik.

Maraqli tapmacalar

Bir ağacım var, on iki budağı,
Hər budağın otuz yarpağı
.

Açması: İl, aylar, günlər, gecə, gündüz

A lalələr, lalələr,
Gümüşdən piyalələr,
Göbəyindən dən yeyər
Bel üstündən balalar.

Açması : rəndə

Bu yanı taxta, o yanı taxta,
Yumuru bəy otaqda.

Fındıq

Bizim evdə iki gəlin var
İkisi də bir boyda.

cavab: qapılar

A Yel baba, Yel baba,
Əynində məxmər əba.
Ağzın açıb-yumanda,
Od püskürər obada.

Körük

Çətin tapmacalar

Əyri-müyrü hara gedirsən?
Təpəsi dəlik, sən nə deyirsən?

Acmasi: tüstü və baca

Ağzı birdi, dili mindi,
Gah belə deyir, gah elə.

Qələm

Bağda bitər tağı yox,
Ha sıxarsan yağı yox.

Cavab: Bibər

Ağara-ağara
Girdi mağara.

Ölü

Altı daş, üstü daş – arasında çəmənim,
Qazanda bişən duzsuz aşımdı mənim.

Səməni

Asan Tapmacalar

Qənddən şirin, Baldan şirin. Tərəzidə çəkilməz, Bazarda satılmaz.

Cavabı: Yuxu

Gecə çağında,
Göl qırağında,
Tapın görək nə
Edərdi qurr-qurr?

Cavabi: Qurbaga

Bir öküzüm var
Quyruğundan tutmamış,
Töləyə girməz.

Qaşıq

Səhər çağında,
Gilas bağında,
Uçurdu bir quş,
Edirdi cik-cik.

Şərçə

Göydən gələ-gələ,
Düşür gilə-gilə,
Bunun adı nədir?
Gərək hamı bilə.

Yağış

Qorxulu tapmacalar

Bir ağacım var – bir gövdəsi, beş budağı,
Hər budaqda bir sədəf.

Acmasi: Bilək, barmaqlar və dırnaqlar

Bostanda var bir arvad,
Paltar geyib qatbaqat.

acmasi: Kələm

Babam oturub al çuxada,
Kim soyundursa gözü çıxar.

Cavab: Soğan

Tərəvəzlərin
Bir evciyi var
Orda yaşayır
Turp, soğan, xiyar.
Badımcan da var
Vardır kələm də.
Evcik əkilir
Hər yaz gələndə

Bostan

Yoxdur heç bir
Yerə yolu.
Qoynu mavi
Suyla dolu.

Göl

Uşaqlar üçün tapmacalar

At baba, ha hut baba,
Dolan evi yat, baba.

Açması: Süpürgə

Suda bitər, Suda itər.

Acmasi: Buz

Atdan hündür, itdən alçaq.

Cavab: Yəhər

O nədi ki, gecə-gündüz yol gedər, Bircə qarış yol gedər

Cavab: saat

Bazardan aldım bir dənə
Evdə açdım min dənə  
  

Açması: Nar

Gulmeli tapmacalar

A gedən kişi,
A gələn kişi,
Papağı yekə
Ayağı təkə

Tapmaca açması: Göbələk

A kişi, kişi
Əlində şişi.
Mənə bir at ver,
Nə erkək olsun, nə dişi.

Tapmaca açması: Beşik

Yağış yağanda
Çimər, yuyunar.
Yayda geyinər,
Qışda soyunar.

Acması: agac

İnəyim var eşikdədi,
Alı-ili eşikdədi,
İldə bir kərə sağılar.
Özü yenə eşikdədi.

Açması: Bağ

Dadı həmişə
Acı olubdur.
Badımcan ilə
Bacı olubdur.

Bibər

Ferqli tapmacalar

A kişi, kişi,
Dəmirdən dişi,
Yeyər buğdanı,
Qalar küləşi.

Açması : Vəl

A mənim, al yastığım,
İçinə un basdığım.

Açması: İydə

Yer altında sarı biz.

Kök

Niyə qəfildən
Oldu qırmızı?
Kim utandırdı
Bu gombul qızı.

Pomidor

Guruldayıb
Çaxdı yaman.
Sonra yağış
Yağdı yaman.

Şimşək

Meyvelere aid tapmacalar ve cavablari

Qahqah qalası var bunun,
Qan pilayası var bunun,
Nə doğur, nə törəyir, 
Pərvaz balası var bunun.

Çiyələk

Bir yanı ağ, 
Bir yanı al. 
Ağzına al,
Dadı bal.

Cavabı: Şaftalı

Ağ uzatdım,
Al toxudum,
Qara sərdim.

Böyürtkan

Heyva kimi sapsarı,
Nə heyvadı, nə darı.
Bir ağacdan dərərəm,
Ləzzətini görərəm.

Armud

Ağac başında tüklü yumaq,
Bir üzü ağ, o biri sarımtıraq.

Şaftalı

4.4/5 - (1038 votes)
Back to top button