Nədir?

Distant Təhsil

Texnologiyanın sürətli inkişafı  gündəlik yaşam tərzimizə bir çox yeniliklər gətirdi,  hansı ki bu yeniliklər təhsildən də yan keçmədi. Artıq əyanI və qiyabi təhsillə bərabər, təhsilin yeni bir forması  – distant təhsil yarandı.

Distant tehsil nedir?

Distant (məsafədən) təhsil – tədrisin  elektron, telekommunikasiya və proqram-texniki vasitələr əsasında təşkil olunduğu təhsilalma formasıdır. Yəni, distant təhsil  müəyyən məsafədən internet şəbəkəsinə qoşulu  komputerlər və digər elektron  vasitələrlə onlayn formada alınan təhsildir.

Bu təhsil forması, yeni olsa da artıq bir çox dünya ölkələrində istifadə olunur. Hətta bəzi təhsil müttəxəssislərinin fikrincə, gələcəyin təlim-tədris forması məhz distant təhsildir.

Distant təhsilin tarixi
Distant təhsilə (Distance Education)  ilk dəfə 1990-cı illərdə Amerikada başlanmış, daha sonra bu təhsil forması bütün dünyaya yayılmışdır. Onun yarandığı dövrdə hələ texnologiya yeni-yeni inkişaf edirdi. Belə ki, distant təhsil ilk illərdə məktublar və elektron poçtlarla aparılırdı. Elmi-texniki inqilabın gətirdiyi yeniliklər ilə distant təhsilin təsir dairəsi artaraq inkişaf etdi və qlobal təhsil sisteminin bir parçasına çevildi.

Distant Tehsil üçün nələrdən istifadə olunur?

Distant təhsil üçün əsasən Teams MS  proqramından, həmçinin  ZOOM, Votsap və  digər sosial şəbəkələr vasitələrindən istifadə edilir. İnformasiyalar öyrənənlərə çap materialları, elektron dərsliklər və materiallar, televerilişlər və s. formalarda təqdim edilir.   

Bu tədrisdə USB Flaş kartlar, kitablar, disklər, audio-video kasetlər kimi daşıyıcılardan geniş istifadə olunur. Həmçinin tədris metodik kompleksdən, kompüter, televizor, audio-video maqnitofon, multimedia texnikası və s. kimi təlim vasitələrinin istifadəsi də zəruridir.

Distant təhsilin üstünlükləri:

  • Vaxt  və məkan məhdudiyyətlərinin olmaması
  • Pula və vaxta qənaətin mümkünlüyü
  • Materialların istənilən yerə göndərilə və alına bilməsi
  • Sağlamlıq imkanları məhdud olan şəxsləri  təhsilə cəlb etməsi
  • İşləyən və ya evdən çıxmaq imkanı məhdud olan şəxslərin təhsil almaq fürsəti verməsi.
  • Distant təhsilin bəzi əksik cəhətləri:
  • Distant təhsillə bağlı təcrübə, bilik və bacarıqların əksik olması-  xüsusilə bizdə bir çox müəllimlərin bu baxımdan əksikliyi hiss olunur.
  • Müəllim və öyrənən arasında güclü duyğusal rabitənin olmaması- Bu cəhət həm təhsildə, həm də ailə tərbiyəsində önəmi amildir.
  • Cihaz və avadanlıqlarda yarana biləcək texniki problemlər

Distant təhsildən harada tətbiq olunur?
Distant təhsil ilə təhsilin aşağıdakı növlərindən tətbiq olunur:
1. Ali (bakalavriat üzrə) təhsil;
2. Magistr təhsili;
3. Əlavə ali təhsil;
4. Ortaixtisas (subbakalavr üzrə) təhsili;
5. Müxtəlif Kurslar və təlimlər(dil, dizayn, proqramlaşdırma, peşə və s.) ;
6. Təhsil treninqləri;
7. İxtisasartırma kursları;
 

Distant təhsilə hazırlıq

Distant təhsilin təşkili üçün öncə məqsədlər  yaradılır, bu  məqsədlərə uyğun metodika hazırlanır, seçilmiş  məqsədlərə və metodikaya cavab verən texnologiya ayırd edilir və aşağıdakı ayrı-ayrı tədris vəziyyətlərinin ortaya çıxması ilə tədris başlayır:
• nümayişlər;
• oyunlar;
 • ənənəvi tədris;
• tədris məqsədləri və təcrübəsi;
• fəal müzakirələr;
• modelləşdirmə;
• kəşflər;
 • vəzifələrin / problemlərin həlli;
• rəhbərlik

Azərbaycanda Distant Təhsil

Azərbaycanda distant təhsil  “Təhsil haqqında” yeni Qanunun təsdiq edildiyi 19 iyun 2009-cu il sənədinə əsasən tədris olunur.   2020-ci ildəki panemiya sonrası ölkəmizdə də distant təhsilə keçid prossesi daha  da sürətləndi. Ancaq hələ də bir çox universitetlərimizdə, distant təhsillə bağlı  infrastruktur problemləri var.  Bundan başqa bu təhsil formasının düzgün tədrsii üçün təcrübəli və bacarıqlı müəllim sayı da çox deyil. Bunun üçün distant təhsil bağlı təlimlər təşkil edilməli, ixtisasartırma kurslarında distant təhsilə də yer verilməlidir.

Azərbaycanda Distant Təhsil  verən ali məktəblər:

  • UNEC
  • ADA Universiteti
  • Azərbaycan-Fransız Universiteti (UFAZ)
  • Qərbi Kaspi Universiteti
  • Anadolu Universiteti
  • Naxçıvan Dövlət Universiteti (NDU)

Ancaq şəxsi fikrimcə, distant təhsil heç zaman ənənəvi təhsili tam əvəz edə bilməyəcək. Eynən elektron kitabların əsl kitabları tam əvəz edə bilmədiyi kimi..

Bəs sizcə hansı təhsil forması daha üstündür? Ənənəvi ya Distant?

Bənzər yazılar:

Yazını dəyərləndir post

Əlaqəli yazılar

Digər yazılar
Close
Back to top button