Digər

İdman Mərclərinin Ən Çox Yayılmış 3 Növü

İdmanın və kazino online platformalarının daha da məşhur hala gəldiyi zamanda mərc, oyun izləmək həyacanı ilə yanaşı olaraq  həm də maliyyə qazanc potensialı təklif edən məşhur fəaliyyət növünə çevrilmişdir. Mərc oyunlarına, slot və ruletka online oyunlarına yeni başlayanlar üçün mərcləri anlamaq olduqca önəmlidir. Bizim bu yazımız sizi idman mərclərinin ən çox yayılmış üç növü ilə tanış etmək üçün nəzərdə tutulmuşdur. Bu mərc növləri oyunun nəticələri, handikap və ya digər adı ilə fora mərcləri və alt/üst oynamaq fürsəti təklif edir. Elə isə gəlin bu ən məşhur 3 mərc növü ilə tanış olar.

Oyunun Yekun Nəticəsi

Oyunun yekun nəticəsi mərcləri idman mərclərinin əsas formasıdır. Əsas olmağı ilə yanaşı həm də bu mərc növü olduqca sadədir. Sizin yalnız etməli olduğunuz bir şey var – qalib gələcəyinə inandığınız komandanı seçmək. Həmçinin siz bərabərliyə və ya iki nəticənin birləşməsinə də mərc edə bilərsiniz. Lakin iki nəticənin birləşməsi seçdiyiniz zaman əmsal da təbii olaraq nisbətən aşağı olacaqdır. Ümumiyyətlə götürsək, bu sadəlik yekun nəticə mərclərini idman mərclərinə hələ yeni başlayanlar üçün asan seçim edir, eyni zamanda onlara qazanmaq şansınızı da yüksək saxlayır.

Yekun Nəticə İdman Mərcləri Necə Çalışır

Bunu asan bir şəkildə başa düşmək üçün gəlin bir misal üzərindən gedək. Çikaqo Bullz-un Mayami Hit-ə qarşı oynadığı basketbol oyununda bir ssenari təsəvvür edin. Siz əmsallara nəzər yetirdikdə görürsünüz ki, Çikaqo Bullz-un qələbəsinə 1.4 əmsal, Mayami Hit-in qələbəsinə isə 2.3 əmsal verilir. Bu o demək ki, bukmeker Çikaqo Bullz-un qalib gəlməsinə daha az əmsal, yəni daha çox ehtimal verir. Əksinə Mayami Hit-in qələbsinə isə daha az inanır. Tutaq ki, siz 10 AZN (1.4 x 10) məbləğində Çikaqo Bullz-un qələbəsinə mərc etdiniz və Çikaqo Bullz qalib gəldi. Bu da o demək olur ki, siz toplamda 14 AZN qazanacaqsınız. Əks sseanaridə isə, yəni Mayami Hit-in qələbsinə mərc etmisiniz və Mayami Hit qazanıb, bu halda siz 23 AZN (2.3 x 10) qazanacaqsınız.

Niyə Yeni Başlayanlar Bunu Sınamalıdırlar

Yekun Nəticə idman mərcləri sadəliyinə görə yeni gələnlər üçün tam ideal bir seçimdir. Siz bir komanda seçirsiniz, mərcinizi yerləşdirirsiniz və komandanız qalib gələrsə, uduşlarınızı əldə edirsiniz. Bu mərc formasında handikap mərcləri və ya ətraflı statistika daxil edilmir. Yekun olaraq, bu mərc növü oyundan həzz alaraq idman mərcləri ilə etməyin asan bir yoludur.

Handikap Mərcləri

Handikap mərcləri, digər bir adı ilə Fora mərcləri kimi tanınan bu mərc növü xal üstünlüyü və ya çatmayan xalları tətbiq etməklə müxtəlif səviyyələrə malik iki komandanı bərabərləşdirməkdir. Yəni siz çatmayan xalları və ya artıq xallar üzərindən mərc edirsiniz.

Handikap Mərclərini Başa Düşmək

Handikap mərclərini ən yaxşı halda başa düşmək üçün gəlin bir misal üzərindən gedək. Təsəvvür edin ki, Borussiya Dortmund ilə Barselona üz-üzə gəlir və siz handikap mərc edəcəksiniz. Unutmayın ki, mərcin məqsədi komandanı qalib gətirməkdir. Oyunun 3-1 hesabı ilə Barselonanın xeyrinə bitdiyini hesab edək. Əgər siz Barselonaya -1 ilə handikap mərci etmisinizsə, siz qazanmış olursunuz (-1 + 3 = 2). Belə olan halda nəticəni 2-1 olaraq qəbul edə bilərik.

Əgər siz +3 handikapı ilə Borussiya Dortmund-a mərc etmisinizsə, yenə də siz qalib gəlirsiniz (1 + 3 = 4). Handikapı nəzərə aldığımız halda nəticə 3 – 4 Borussiya Dortmund-un xeyrinə olur.

Niyə Handikap Mərcləri Məşhurdur

Handikap mərclərinin əsas çəkiciliyi onların əlavə xallar hesablamaqla komandanın və ya oyunçunun qalib gətirmək funksiyasıdır. Bu, mərc edənlər arasında xüsusilə sevilir. Həmçinin handikap mərcləri yaxşı əmsallar və onları yaxşı başa düşərək analiz etdiyiniz halda yüksək qazanma fürsəti təqdim edir. 

Toplam (Alt/Üst) Mərc

Toplam mərc hər iki komandanın ümumi xalının bukmeker şirkətləri tərəfindən əvvəlcədən müəyyən edilmiş rəqəmdən yuxarı və ya aşağı olacağını proqnozlaşdırmaqdan ibarətdir. Bu da onu futbol və basketbol kimi növlərində xüsusilə məşhur edir.

Toplam (Alt/Üst) Mərc Necə Çalışır

Yenə də bu mərc növünü asanlıqla anlamaq üçün bir misal üzərindən gedək. Tutaq ki, siz futbola alt üst mərci edirsiniz. Məsələn hər hansı bir qarşılaşmada 2.5 ÜST mərci etdiniz. Bu o deməkdir ki, sizin mərcinizin qazanması üçün minimum 3 qol vurulmalıdır. Əgər yekun nəticə, 2-1, 3-1, 2-2, 1-4 və s olarsa, yəni toplam qolların sayı 2-dən çox olarsa, siz qalib gəlmiş olursunuz. Bunun əksinin baş verməsi ehtimalında isə mərciniz məğlub olur.

Niyə Toplam Mərclər Yeni Başlayanları Cəlb Edir

Toplam mərclər hər kəs üçün əlçatandır və sevilir. Çünki o, mərc prosesini oyunun yalnız bir əsas tərəfinə, yəni ümumi hesaba əsasən aparır. Bu da mərc prosesini sadələşdirir. Hansı komandanın qalib gələcəyinə dair heç bir anlayış tələb etmir. Bu, yeni başlayanlar üçün oyunun nəticəsi ilə bağlı mürəkkəb proqnozlar verməyə ehtiyac olmadan mərcdə iştirak etmək üçün əla bir yoldur.

Yekun

Oyunun nəticəsi, handikap və toplam alt/üst olmaqla üç idman mərc növünə yiyələnmək həm idmandan həzz almağınızı, həm də mərcə qarşı olan sevginizi əhəmiyyətli dərəcədə artıra bilər. Həmçinin eyni zamanda sizə daha yaxşı qazanmaq imkanı da təklif edəcəkdir. Bu mərc növünün hər birinin özünəxas xüsusiyyətləri vardır. Lakin onu da unutmayın, bunların qazanmaq ehtimalının daha çox olduğu və eyni zamanda sadəliyi ilə seçilən ən çox yayılmış 3 mərc növüdür.

İdman mərcləri başladığınız zaman ona məsuliyyətlə yanaşmaq çox vacibdir. Böyük risk olmadan təcrübə qazanmaq üçün kiçik, lakin asanlıqla idarə edə biləcəyiniz mərclərdən başlayın. Həmişə maliyyə imkanlarınız daxilində mərc edin. Bu biliklə siz artıq idman mərclərini daha inamlı və məsuliyyətlə şəkildə araşdıra bilərsiniz. Oyunların həyəcanından həzz alın və mərclərinizdə uğurlar diləyirik.

Yazını dəyərləndir post

Əlaqəli yazılar

Back to top button