Əyani Təhsil Nədir?
Ali təhsilin tədrisi 3 formada – əyani , qiyabi və distant formada aparılır. Qiyabi və distanta baxmış əyani təhsilə daha çox üstünlük verilir.
Bəs əyani təhsil nədir?
Əyani təhsil – məktəbdə dərs və məşğələlərə müntəzəm surətdə davametmə yolu ilə təhsil alma üsuludur.
Əyani təhsilin müsbət və mənfi cəhətləri nələrdir?
Əyani təhsilin müsbət cəhətləri:
– Tədris keyfiyyəti daha yüksək olur – Belə ki, əyani təhsildə tələbələr nəzəri bilikləri daha yaxşı mənimsəyir.
– Tələbələrin həyatına daha zəngin təcrübə və xatirələr qatır. Ən gözəl tələbəlik xatirələri və ali məktəb təcrübəsi məhz əyani təhsillə əldə edilir.
– İşə düzəlmədə sahib olduğu müəyyən üstünlük. Bir sıra şirkətlər əyani təhsil diplomu olanlara daha çox üstünlük verir.
– Hərbi möhlət hüququ – Qiyabi təhsilə bu imkan olmasa da, əyanidə tələbələrə əsgərlikdən möhlət verilir.
Əyani təhsilin mənfi tərəfləri
– daha çox vaxt və pul tələb etməsi .
– işləyərək təhsil almaq imkanın çətin olması
– semestr boyu cansıxıcı dərslərdə iştirak etmək məcburiyyəti
Əyani təhsil hüququ necə əldə edilir?
Ali məktəblərə tələbə qəbulu qaydalarına uyğun olan hər bir abituriyent DİM-ə elektron ərizə göndərib qəbul imtahanlarda iştirak edə bilər. Lazımi balı toplaya bilənlər daha sonra abituriyent jurnalından ixtisas seçimi edərək universitetdə əyani tədris hüququ qazanırlar.
Əyani, qiyabi ya distant? Hansını seçməli?
Bu sizin maddi imkanınızdan , məqsəd və arzularınızdan asılıdır.
Bir sıra təhsil eksperti reytinqi aşağı olan universitetdə əyani təhsil almaqdansa, yüksək reyinqli universitetdə distant oxumağı daha məqsədə uyğun hesab edir. Məsələn, Azərbaycanı tərk etmədən burda distant təhsil alaraq xarici diplom alan yüzlərlə tələbə var.
Hətta 2 universitetdə birdən təhsil alan tələbələr də var. Hansı ki, onlar təhsilin bir növünü əyani digərini isə qiyabi (və ya distant) oxuyaraq 2 diplom alır.
Bir çox ekspertlər isə yaxın gələcəkdə əyani təhsilin də qiyabi kimi tədricən ləğv olunacağını və yerinə distant təhsilin keçəcəyini irəli sürür.
Bunu bilməkdə fayda var ki, universitetdə 4 il ərzində öyrəndikləriniz sizə yetməyəcək. Əyani təhsillə bərabər, dünya görüşünü, dil və komputer biliklərinizi inkişaf etdirməyin gələcək iş həyatında sizə çox köməyi olacaq.
Oxşar mövzular: