Nədir?

Tolerant ne demek?

Bütün ziddiyyətlərə, fikir ayrılıqlarına baxmayaraq, dinləmək bacarığı tolerantlıqdır.  XVI-XVII əsrlərdə bu ideya  Avropada baş verən dinlə əlaqəli münaqişələrin nəticəsində aktuallaşmağa başlayıb. İdeyanın  ortaya çıxmasındakı məqsəd dini etiqadla bağlı olub. 1648-ci ildə bağlanan Vestfal sülhü dini dözümlülüklə bağlı ilk sənəd kimi qəbul edilir. Ancaq həmin müqavilədən sonra baş verən 30 illik müharibə ərəfəsində nümayiş olunan dözümsüzlük tolerantlığın formalaşmadığını göstərdi. Qərb dünyasında tolerantlıq yumşaq ifadə ilə qeyd etsək, dini təəssübkeşliyin özbaşınalıq həddində olan ölkələrdə əsrlər boyunca tədricən formalaşaraq ortaya çıxıb.  Tolerantlıq Qərbdə Leonard Binderin ifadə etdiyi kimi bir qrup xristianın başqa qruplara mənsub olan digər xristianları qəbul etmələri nəticəsində meydana gəlmişdir.

1995-ci il noyabrın 16-da keçirilmiş UNESCO Baş Konfransının 28-ci sessiyasında, 50-ci ildönümü münasibətilə Tolerantlıq prinsiplərinə dair bəyannamə qəbul olunmuş və beynəlxalq dözümlülük günü elan edimişdir. Bununla Beynəlxalq Tolerantlıq günü hər il noyabr ayının 16-da qeyd edilir.

Tolerant ne demek?

Tolerantlıq nədir? Latın sözü olan “tolerancia”nın hərfi  mənası  “dözümlülük” deməkdir. Lakin   tolerantlığın   mahiyyəti   və izahı ilə bağlı müxtəlif variantlar  da mövcuddur.

Fərqli   izahlar   olsada , hər kəsin   qəbul   etdiyi   bir həqiqət var: tolerantlıq müxtəlifl iyin mövcudluğuna təminat verən hüquqi borc və mənəvi tələbatdır.

Mütərəqqi dünyanın bu gün  ən çox müzakirə etdiyi məsələlərdən biri tolerantlıqdır. Çünki bəşəriyyətin gələcəyi tolerantlıq prinsiplərinin   necə və hansı  səviyyədə bərqərar   olmasından   asılıdır.  Dünyada   yüzlərlə din,   məzhəb   və təriqət   var, həmçinin , minlərlə xalq və etnik qruplar da mövcuddur. Amma insanlar yalnız bir planetdə yaşaya bilərlər: Yer kürəsində. Yəni, yüzlərlə dini etiqadın və minlərlə etnik qrupun nümayəndələri Yer kürəsini bölüşməyə məhkumdurlar.

Ellmi və siyasi ədəbiyyatlarda tolerantlıq daha çox dini, milli və irqi müxtəlifl iyin etirafı və ona hörmətlə yanaşılması kimi izah olunur. Ancaq “dini və milli tolerantlıq” terminləri ilə yanaşı, siyasi, mədəni, hətta, sosial tolerantlıq ifadələri də işlədilir. Şübhəsiz ki, daha çox istifadə olunan “dini tolerantlıq – dözümlülük” ifadəsidir.

Bunun səbəbi tolerantlıq ilk dəfə dini dözümlülük mənasında işlədilib və zaman keçdikcə ifadənin “əhatə dairəsi” də genişlənib. Bu gün də tolerantlıq dedikdə həm hüquqi, həm də elmi müstəvidə daha çox dini dözümlülük nəzərdə tutulur.

Tolerant insan kimdir?

Tolerant insan kimə deyilir?” – sualına gəldikdə isə , burada elə detallar  var  ki,  onları  nəzərə almaq   vacibdir.   Məsələn,   bir   insan fərqli dinə mənsub  şəxsi öz inanc və əxlaqına görə xoşlamır, hətta,   onu   Yaradanın   dərgahında   günahkar   sayır.   Ancaq   həmin şəxsə müdaxilə etmək, mane olmaq üçün imkanı və gücü yoxdur. Bu cür  insan   tolerant   sayıla   bilməz.   Çünki    o,  başqasının     inancına məcburiyyət qarşısında dözümlü yanaşır, imkanı və gücü olduğu təqdirdə mütləq müdaxilə edəcək, fərqli dinə mənsub insanların öz inanclarına uyğun yaşamasına mane olmağa çalışacaq. Beləliklə, tolerant insan o şəxs sayılır ki, öz inancı və əxlaqı baxımından yanlış saydığı   dinin   mənsublarına   gücü   və imkanı   olmasına   baxmayaraq, mane olmur. Daha dəqiq desək, tolerant insan başqalarına müdaxilə etmək gücü olduğu halda bu gücdən könüllü şəkildə imtina edən şəxsə deyilir.

Önəmli məqamlarda biri də tolerant   insanın yalnız bir və ya bir neçə dinin deyil, bütün dinlərin mənsublarına hörmətlə  yanaşmasıdır. Məsələn,   əgər    bir şəxs    yalnız   səmavi dinlərin     mənsublarına dözümlü      yanaşıb,    digər   dinlərə  qarşı hörmətsizlik   göstərirsə,   o,   tolerant   sayıla   bilməz.   Bu,   tolerantlıq anlayışının məhdudlaşdırılması və ya onun konkret  şərtlər və sərhədlər çərçivəsində qəbul edilməsi deməkdir.

Yazını dəyərləndir post
loading...

Əlaqəli yazılar

Digər yazılar
Close
Back to top button