Tapmacalar

Gulmeli tapmacalar

Gulmeli tapmacalar axtarırsınızsa tehsil.com.az saytı tərəfindən toplanaraq hazırlanan bu tapamaca siyahsı sizlər üçündür. Oxuyaraq vaxtınızı daha əyləncəli və şən keçirə bilərsiniz. Digər növ tapamacalar üçün isə əsasaq kateqoriya səhifəmizə keçərək tapa bilərsiniz.

Oğrular niyə modanı izləyirlər?
Cavab: Ciblərinin yerini öyrənmək üçün.

Yer altında qıllı baş
Açması: soğan

Dilbər zindanda, saçı eyvanda.
Açması: Çuğundur

Nə yerdədi, nə göydə,
Nə göydədi, nə yerdə.
Açması- pəncərə

Ət dirəyin başında
Dəmir deşikli papaq. ( üskük)

Qat qalası,
Can piyalası.
Uçdu anası,
Qaldı balası.
Açması – saman, buğda

Əzizim qara nədir?
Qaş üstə qara nədir?
Gönü göy, ət qırmızı,
Sümüyü qara nədir? ( qarpız )

Heç qar yağmayan hava hansıdır?
Cavab: Oyun havası.

Hansı top hoppanmır?
Cavab: Qar topu.

Hansı bağda üzüm yetişməz?
Cavab: Ayaqqabı bağında.

Ən gözəl qoxan fil hansıdır?
Cavab: Qərənfil.

5 illik məktəbi 30 ildə bitirənə nə deyirlər?
Cavab: Müəllim.

Dənizlər niyə duzludur?
Cavab: Balıqlar qorxmasın deyə.

Hansı yazı silinməz?
Cavab: Əlbəttə, alın yazısı!

Hansı qaba su qoyulmaz?
Cavab: Ayaqqabıya.

Ələk ilə su necə daşınar?
Cavab: Dondurularaq.

Hansı gül qoxmaz?
Cavab: Vergül.

Pilotlar niyə havada qeybət qırırlar?
Cavab: Yerin qulağı olduğu üçün.

Qırıldığı zaman işlənən şey nədir?
Cavab: Yumurta.

Qaranlıqda nəyimizi görə bilmərik?
Cavab: Kölgəmizi.

Kral ölsə, oğlu nə olar?
Cavab: Yetim olar.

Ayağını yorğanına görə uzatmayan nə olur?
Cavab: Xəstələnib, rematizmaolur.

Kəklik daşda gəzər,
Qələm qaşda gəzər.
Görəsən o nədir ki,
Həmişə başda gəzər?
Açması – Ağıl və fikir

Gülməli tapmacalar daimi olaraq bu səhifədə yenilənəcəkdir. Sizdə maraqli və gülməli belə tapmacalar bilirsinizsə rəylərdə bizimlər bölüşə bilərsiniz.

4.6/5 - (470 votes)
Back to top button