Təhsil Xəbərləri

İnkluziv tehsil

İnkluziv tehsil haqqında bir çoxumuzun məlumatı kifayət qədər yoxdur. Təhsil.com.az komandası olaraq İnkluziv təhsil nədir, kimlər bu təhsil növündən faydalana bilər, təhsil prosesi necə gedir və s. Kimi vacib sualları cavablayacayıq. Məqaləmizdə sizlər üçün bütün məlumat yerləşdirilmişdir.

İnkluziv tehsil nədir?

İnklüziv təhsil bütün uşaqları inkişaf etdirəcək, sosial-mədəni və fərdi xüsusiyyətlərini formalaşdıracaq, onları cəmiyyətimizə yararlı olacaq şəkildə yetişdirməyi hədəfləyən bir proses olaraq təyin edilə bilər. Uşaqlar üçün keyfiyyətli təhsilin təmin edilməsi, onların dərslərdə iştirakını artırmaq və mümkün olduğu qədər ayrı-seçkiliyin azaldılması inklüziv təhsilin əsas məqsədlərindəndir.

Təhsil müddəti dövründə; Təhsil proqramı, mühiti, metodları və materialları, uşaqların fərdi xüsusiyyətləri, ehtiyacları, maraqları və üstünlüklərini nəzərə alınmaqla uyğunlaşdırılır. Bu təsilin əsas prinsipi bərabərliyinin və ədalətin təmin edilməsidir. İnklüziv təhsilin digər mühüm xüsusiyyəti onun ailə və sosial iştirakçılığına verdiyi dəyərdir.

İnsalar arasında ayrı-seçkilik ta kiçik yaşlarından başlanılır. Fiziki qüsurlar, mənsub olduğu irqinə, maddi imkana, dininə, milliyətinə və s.-ə görə ayrı-seçkilik görən, bu səbəblərə görə uzaqlaşdırılan çox sayda insanlar vardır. Təəssüf ki, bu ayrı-seçkilik hər bir uşağın bərabər təhsil almaq, ictimai və mədəni fəaliyyətlərdə iştirak etmək imkanının qarşısını alır. Ancaq bu vəziyyətin qarşısını almağa və hər bir uşaq üçün bərabər imkanlar yaratmağa yönəlmiş bir yanaşma var. Bu”İnklüziv təhsil” adlanır.

Zaman keçdikcə bu konsepsiyanın əhatə dairəsi genişlənərək bütün ayrı-seçkiliyə məruz qalan insanları (əlillər, aztəminatlılar və s.) əhatə etməyə başlamışdır. Bu gün istifadə edilən inklüziv təhsil, təhsil imkanları, sosial və mədəni fəaliyyətlər kimi müxtəlif imkanlara bərabər çıxışı olmayan bütün uşaqları əhatə etməkdədir və bu sahədə uğurlu addımların atıldığını görmək mümkündür.

YUNESKO (Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı) tərəfindən inklüziv təhsilin tərifi bu şəkildədir:

İnklüziv təhsildə uşaqların mədəniyyətdə və cəmiyyətdə iştirakını artırmaq və təhsil sistemində ayrı-seçkiliyi azaltmaqla şagirdlərin müxtəlif ehtiyaclarına cavab vermək prosesidir. YUNESKO-nun məlumatına görə, bu prosesdə dövlətin əsas öhdəliyi təhsil yaşında olan bütün uşaqları əhatə etmək üçün düzgün təhsil strategiyalarının hazırlanmasını və həyata keçirilməsini və eyni zamanda bu strategiyaların effektiv olub-olmadığını yoxlamaqdan ibarətdir. Bu strategiyalar sayəsində dövlət bütün uşaqların təhsil alması üçün müvafiq şərait yaratmalı və lazımi tədbirlər görməlidir.

İnklüziv təhsilin məqsədi.

YUNESKO özünün inklüziv təhsil yanaşmasını üç fərqli əsasda izah edir:

  • Təhsilin öhdəliyi: İnklüziv məktəblər şagirdlərin fərdi xüsusiyyətlərini və bütün şagirdlərin üstünlüklərini nəzərə alan kurikulumlar hazırlamalıdırlar. Təhsildə standartlaşdırmadan daha çox, tələbələrin ehtiyaclarına və fərdi öyrənmə performanslarına uyğun olaraq şaxələndirilmiş yanaşmaya üstünlük verildikdə, bütün tələbələr öz öyrənmə proseslərindən daha çox faydalana bilirlər.
  • Sosial öhdəlik: İnklüziv məktəblər münasibətlərdə gözlə görüləcək qədər dəyişiklik yaratmaqla daha ədalətli cəmiyyətin əsasını təşkil edir.
  • İqtisadi öhdəliklər: İnklüziv məktəblər müxtəlif tələbə qrupları üçün müxtəlif tipli məktəblərə malik təhsil sistemindən daha az xərcli olduğundan bütün tələbələri birlikdə öyrədir və cəmiyyətdə qeyri-bərabərliyi azaldır.

İnklüziv təhsil və üstünlükləri.

İnklüziv təhsil bütün şagirdlərin seçdikləri məktəblərdə həmyaşıdları ilə birlikdə təhsil almasını, məktəb həyatında tam iştirakını və

  • dostluq münasibətləri qurmalarını,
  • kurikulum öyrənmə bacarıqlarını,
  • məktəb mədəniyyəti,
  • tədris təcrübələrini,
  • gələcəkdə sərbəst şəkildə özünü ifadə etmə bacarığını,
  • müstəqil həyata davam etmə bacarıqlarını formalaşdıraraq cəmiyyətə yararlı fərdlər yetişdirir.

İnklüziv tehsil və çətinlikləri.

İnklüziv tehsil ve cetinlikleri deyildikdə, bu proses müddəti həm uşaqlar, həm müəllimlər, həm də valideynlər üçün heç də asan keçmir deyə bilərik. Hər bir müəllim inklüziv sinifdə dərs deməyə hazır olmur. Fiziki və əqli qüsurlu uşaqlar müəyyən zaman sonra çox insanın toplaşdığı bir mühitə düşdükləri üçün uyğunlaşmaları xeyli zaman alır, həmçinin daha çox diqqət tələb edirlər. Eyni zamanda sinifdəki digər şagirdlərin də uyğunlaşması zaman alır. Həmçinin valideynlərin üzərində dah açox öhdəlik düşür ki, uşaqların dərslərinə kömək etmələri çox əhəmiyyətlidir.

İnkluziv təhsil olduqca faydalıdır. Çünki bu təhsilin əsas məqsədi uşaqların yalnızca təhsil hüququnu bərpa etməklə bitmir, eyni zamanda cəmiyyətə inteqrasiya etmələrini, gələcəkdə iş tapa bilmə imkanlarını artırır, özlərinin sərbəst qərar vermə imkanlarını ortaya çıxarır.

Hər bir uşaq İnklüziv tehsil ala bilər. Uşaqlarımızı cəmiyyətə qazandırmaq, faydalı gənclər yetişdirmək yolunda uğurlu addımlardan biridir İnklüziv təhsil.

5/5 - (1 vote)

Əlaqəli yazılar

Back to top button