Biologiya

İnsan Orqanlari

Canlılarda hər bir orqanın, hətta hər bir hüceyrənin öz missiyası vardır. Məhz onların birgə fəalliyəti və qarşlılıqlı təsiri nəticəsində canlılar mövcud olur və öz fəaliyyətini davam etdirir.

Orqanlar çoxhüceyrəli orqanizmlərdə, o cümlədən insanlarda, heyvanlarda və bitkilərdə olur.

Orqan nədir?

Orqan –  ümumi funksiyanı yerinən bənzər toxumaların məcmusudur. Hüceyrələr toxumaları, toxumalar isə orqanları  əmələ gətirir.  Orqanlardakı   hücəyrə və toxumalar zamanla yenilənir və yaşlanmanın qarşısı alınır. Bu cür hüceyrələr kök hüceyrə adlanır.

 Kök hüceyrələr zəiflədikdə və azaldıqda yaşlanma baş verir ki, nəticədə orqanların fəaliyyəti zəifləyir.

Bədənimizdəki orqanlar bir-birilə qarşılıqlı əlaqə və təsir içində işləyərək orqanlar sistemini formalaşdırır. Hansı ki, bir orqan düzgün işləmədikdə, bu digər orqanların da fəaliyyətinə təsir edir.  

Bədənimizdə Neçə Orqan var?
İnsan bədənində 78 orqanın olduğu bilinirdi. Yeni kəşf edilən 2 orqanla bərabər bu say 80 oldu.

Ən Kiçik Orqanımız Hansıdır?
Vücudumuzdakı ən kiçik orqan Epifizdir. Bir mərcimək ölçüsündə olan bu orqan 5-8 mm uzunluğundadır və hipofiz vəzinin arxasındakı boşluqda yerləşir

Bədənimizdəki Ən Böyük Orqan Hansıdır?
Bədənimizdəki ən böyük daxili orqan nazik bağırsaqdır. Ən böyük xarici orqan isə dəridir.

Ən tez qocalan orqanlar hansılardır?
Dəri, Gözlər, Ağciyərlər,  Sümük və Əzələlər digər orqanlarla müqayisədə daha tez yaşlanır.

Qan şəkərini tənzimləyən orqan hansıdır?
Qan şəkərini tənzimləyən orqan mədəaltı vəzidir. O, tapança şəkilli olub,  qaraciyərin altında yerləşir

İnsan bədənində bəzi daxili orqanlar olmadan da yaşaya bilir. Ancaq elə orqanlar var ki, onlar həyati əhəmiyyət daşıyır və onlarsız yaşamaq şansımız çox azdır. 80 orqan arasında həyati önəm kəsb edən əsas  daxili orqanlarımız :
Beyin, ürək, ağciyərlər, qaraciyər, böyrəklər, bağırsaqlar

İnsan Orqanlari orqanlar
İnsan Orqanlari



1. Beyin —  əsas orqan kimi sinir sisteminin idarə mərkəzidir və kəllə sümüyündə yerləşir. Onun funksiyalarına əzələlərin idarə edilməsi və koordinasiyası, nitq qabiliyyəti, yaddaşın saxlanması, düşüncə və emosiyaların işlənməsi daxildir.

İnsan beyni şübhəsiz, ən sirli və maraq doğuran bədən üzvümüzdür. O, heç bir kompüterlə müqayisə olunmayacaq dərəcədə mürəkkəb sistemə sahibdir. Beyin, 100 milyarddan çox neyrondan ibarətdir və bu neyronların hər biri, özü kimi 10.000 dənə üzvü ilə əlaqə yaradır.

Həmçinin, beynimizin təqribən 80%-ni su təşkil edir və beynin daha yaxşı çalışması üçün çoxlu su qəbuluna ehtiyac var.

2. Ürək— döş qəfəsinin orta döş xəttindən solda yerləşir. Təxminən aid olduğu insanın yumruğu böyüklüyündədir.
Orta yaşlı bir insanın ürəyi dəqiqədə təxminən 72, gün ərzində 100.000, həyatı boyu isə təxminən 2.5 milyard dəfə döyünür.
Ürək qanın damarlarda hərəkətini  təmin edir, bunun üçün dayanmadan sorma və itələmə hərəkətlərini yerinə yetirir. Qan dövranı sistemində hərəkətverici qüvvə olan ürək daim arteriyalara qan vurmaq funksiyası daşıyır.  

3. Ağciyərlər — Havadakı oksigeni udan və qandan maddələr mübadiləsinin məhsulu olan karbon qazını götürən bu iki böyük, məsaməli orqan döş qəfəsində yerləşir.

4. Qaraciyər — qarın boşluğunun sağ tərəfində diafraqmanın altında yerləşir. Qaraciyər ağciyərlərin altında qan üçün filtr rolunu oynayan orqandır. Onun 500-dən artıq funksiyası var.

Qaraciyər, yağların parçalanması, zərərli maddələrin süzülməsi və qanda qlükozanın müvafiq səviyyədə saxlanmasını təmin edir.
Qaraciyərdə  dəri, ağciyərlər və bağırsaqlar vasitəsi ilə orqanizmə daxil olan ilkin məhsullardan, orqanizmin yaşaması üçün vacib olan zülallar, yağlar, limfa və s. maddələr istehsal olunur.

5. Böyrəklər— biri onurğanın hər iki tərəfində, qarın boşluğunun arxasında yerləşən lobya şəkilli iki orqandır. Onun funksiyaları tullantı məhsulları və artıq mayeni sidik şəklində xaric edərək orqanizmin kimyəvi tarazlığını qorumaqdır.

6- Bağırsaqlar —  Qarın boşluğunda (mədə ilə anus arasında)  yerləşir və iki əsas hissəyə bölünür: nazik bağırsaq və qalın bağırsaq. Nazik bağırsağın əsas funksiyası udulmuş qidanın sorulmasıdır. Yoğun bağırsaq suyun udulması və bərk tullantıların çıxarılmasına cavabdehdir.

Orqanlar sistemi

 Quruluşuna, vəzifəsinə və inkişafına görə bir-birinə oxşar orqanların məcmusuna orqanlar sistemi deyilir.

 İnsan orqanizmindəki orqan sistemləri :

qan-damar sistemi (ürək və qan damarları) — Orqanizmin bütün toxuma və hüceyrələrini oksigen və qanla təmin edir.
dayaq-hərəkət aparatı (skeletdən və əzələlər) – bədənin  dayağını və hərəkətini təmin edir.
duyğu  orqanları (göz, qulaq, qoxu, dad orqanları) – ətraf aləmi barədə bizə məlumat verərərk onu daha yaxşı  dərk etməyimizə kömək edir.
həzm orqanları (mədə, bağırsaq, qaraciyər ) — qidanı müəyyən dəyişikliklərə uğradaraq həzm etmək, həzm olunmuş qidanı sormaq və qalıq hissəni bədəndən xaric etmək bu orqanların əsas funksiyasıdır.
 tənəffüs sistemi orqanları (ağciyərlər, diafraqma, qırtlaq,bronxlar və s.) — orqanları və qanı oksigenlə təchiz edir.
ifrazat sistemi orqanları (böyrəklər, sidik axarları, sidik kisəsi, sidik kanalı) —  suyu və duzları, maddələr mübadiləsinin son məhsullarını, eləcə də orqanizmə daxil edilən, yaxud orqanizmdə əmələ gələn zəhərli maddələri xaric edən orqanların məcmusu.
cinsiyyət orqanları —  (xayalar, prostat vəzi , yumurtalıqlar, uşaqlıq) —  nəsil törətmə vəzifəsini daşıyır.
endokrin sistemi (Talamus, hipotalamus, hipofiz, tiroid) – bədənin demək olar ki, bütün orqan və sistemlərinin fəaliyyətini əlaqələndirir və tənzimləyir. İnsanın normal işləməsini təmin etmək üçün lazım olan daxili mühitin sabitliyini qoruyur, həmçinin xarici və daxili mühitin daim dəyişən şərtlərinə uyğunlaşmasını təmin edir.
qan sistemi (qan və qanyaradıcı orqanlar) – bədəndə qanın  yenilənməsi
sinir sistemi orqanları(beyin, onurğa beyni, sinirlər) – ətraf mühitdən məlumatları qəbul edir, bu məlumaları işləyir  və reaksiya verir. Başqa sözlə, sinir sistemi orqanları insanda əqli və fiziki fəaliyyəti təşkil edir və tənzimləyir.

 Müasir elm və texnologiyanın inkişafı ilə artıq süni orqanların yaradılması və köçürülməsi mümkündür. Ancaq hələ də heç bir texnologiya təbii orqanları tam əvəz edə biləcək gücdə deyil.

Göründüyü kimi, orqanlar milyardlarla hüceyrə və toxumalardan təşkil olunmuş mükəmməl bir bioloji strukturdur.  Və sağlam bir həyat arzulayan hər kəs onların qeydinə qalmalıdır.

Bənzər yazılar:

4.4/5 - (21 votes)
Back to top button