Sağlamlıq

Narın faydaları nələrdir?

Narın faydaları və xeyrini saymaqla bitməz. Hər kəs narın faydalı bir meyvə olduğunu bilsə də, bir çox insan onun faydalarından xəbərsizdir.
Bu yazımızı oxuyaraq narın insan orqanizminə olan fayda və yararlarından xəbərdar olacaqsınız.

Mündəricat
Nar – Meyvələrin şahı olan bu nemət ta qədimdən bəri dərman bitkisi hesab edilib. Belə ki, min ildən çoxdur ki, onun meyvə və çiçəklərindən, kök və budaqlarından da tibbdə geniş istifadə olunur.. Qurani Kərimdə ‘Cənnət meyvəsi’ olaraq adı keçən bu ilahi nemətin həm dünyamızın, həm də cənnətin ən gözəl meyvələrindən olduğu vurğulanır.

Narın faydaları

Nar vitamin deposu olub A, B1, B2, B3,B5 və C vitaminləri ilə zəngindir. Onun tərkibində həmçinin kalium, fosfor, kalsium, natrium, dəmir kimi minerallar vardır. Nar həm də antioksidant xüsusiyyətə maik olduğundan mikrobların düşmənidir. O, eyni zamanda xolestrol və şəkəri tənzimləyir. Buna görə də nar pəhrizlərdə tez-tez istifadə edilir.
Nar dənələri maqnezium, manqan, yod, dəmir və digər elementlər, həzmə kömək edən faydalı turşularla zəngindir. Nar faydalı liflərlə olduqca zəngindir. Belə ki, 1 stəkan dolusu nar dənəsində təqribən 7 qram lif vardır.
Nar şirəsi iştahanı artırır, mədənin fəaliyyətini tənzimləyir və ağrısızlaşdırıcı xassəyə malikdir. Çiçəklərindən soyuqdəymədə, toxumlarından isə sarılıq xəstəliyində, ürək döyünməsində, sinə ağrılarında və iştahsızlıqda istifadə edilir. Kök və budaqların qabığı lentşəkilli qurdlara qarşı iflicedici təsir göstərir.
Öskürək zamanı şirin nar yeyilməsi öskürəyi kəsir, ağciyərləri təmizləyir.

Narın daha çox şirəsindən və dənələrindən istifadə edilsə də, onun qabığından da xalq təbabətində geniş istifadə olunur.Onu əsasən dəmləmə çay şəklində qəbul edirlər. Bu şəkildə əsasən qrip və soyuqdəyməyə üçün istifadə edilir. Belə dəmləmə çay qəbizlik və xolestrol əleyhinə də müsbət təsir göstərir Buna rəğmən nar qabığı özündə az miqdarda da olsa zəhərli maddələri ehtiva edir. Ona görə ondan yararlanmaq istəsəniz, həkimlə məsləhətləşməlisiniz.

Nar suyunun faydalari

narin faydalari


Nar kimi onun suyu da çox faydalıdır.Həkimlər mövsümündə olmaq şərtiylə hər gün bir stəkan nar suyunu qəbul etməyi tövsiyə edir.

Nar suyu (şirəsi) C və E vitaminləri ilə, həmçinin fenollarla zəngindir.
Nar şirəsindən hipertoniya xəstəliyinin müalicəsində, eləcə də ürək ağrılarında geniş istifadə olunur.Şirin nar şirəsini böyrək xəstəliklərində, eləcə də temperaturu aşağı salmaq məqsədilə içmək məsləhətdir. Kəmşirin nar meyvəsinin şirəsindən böyrəklərdə və öd kisəsində daş bağlayan zaman istifadə olunur. Nar şirəsi babasil xəstəliyini müalicə etmək üçün də faydalıdır.
1 stəkan nar şirəsində təqribən 26 qram karbohidrat, 612 mq(milliqram) potasiyum, 28 mq kalsium vardır.

nar siresinin faydalari

Həmçinin nar şirəsinin digər faydaları bunlardır:


• Qan dövranını sürətləndirir, həmçinin qanın tərkibindəki zərərli maddələrin atılmasına yardım edir.
• Ürək və damar xəstəliklərinə tutulma riskinizi azaldır.
• Qadın və kişilərdə cinsi aktivliyi artırırır.
• Əzələləri rahat edərək yorğunluğunu və stressi azaldır.
• Beynin daha sağlam çalışmasını təmin edir, yaddaşı gücləndirir.
• İştah qaldırır və mədənin fəaliyyətin tənzimləyir
• Yüksək təzyiqi olanlar həmçinin böyrək daşından əziyyət çəkənlər üçün çox faydalıdır.
• Dəridə prişiq və qara nöqtələrin yaranmasının qarşını alır.
• Dərinizin hər zaman cavan və təravətli qalmasını təmin etməklə bərabər qırışıqlıqların yaranmasına imkan vermir.
• Xərçəng hüceyrələriinin yayılmasına əngəl olur
• Ürək və damar xəstəliklərinə tutulma riskinizi azaldır.
• Qaraciyəri təmizləyir.
• Sidik qovucu xüsusiyyətə sahibdir
• Bağırsaqlardakı zərərli parazitləri öldürür, faydalı bakteriyaların isə çoxalmasına şərait yaradır.

Son Sözlər
Onu da bilək ki, Azərbaycan bütün nar növlərinin yetişdirildiyi yeganə ölkədir. Və gəlin bu ilahi nemətdən birgə faydalanaq və paylaşaraq başqalarına da fayda verək.

Yazını dəyərləndir post
Back to top button