Rezidentura ixtisaslar
Rezidentura ixtisaslar bir çox şəxsi maraqlandırır. Bu məqaləmizdə sizləri maraqlandıran bir çox sualların cavablarını təqdim edəcəyik. Ümid edirik ki, sizlər üçün hazırladığımız bu məqalə sizlər üçün faydalı olacaqdır.
İlk əvvəl qeyd edək ki, rezidenturaya qəbul Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən mərkəzləşdirilmiş şəkildə test üsulu ilə həyata keçirilir. Qəbul Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 41 nömrəli qərarı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında rezidenturaya qəbul qaydaları” ilə tənzimlənir.
Rezidenturaya qəbul olmaq hüququna Azərbaycan Respublikasında əsas (baza ali) tibb təhsili almış şəxslər və ya xarici ölkələrdə tibb üzrə təhsil almış və ali tibb sahəsində müəyyən edilmiş qaydada ixtisası nostrifikasiya edilmiş şəxslər (namizədlər) malikdirlər.
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən müsabiqə yolu ilə rezidenturaya qəbul prosesi baş tutur. Müsabiqədə iştirak isə ödənişlidir.
Rezidenturaya qəbul üzrə müsabiqədə iştirak etmək üçün Mərkəz tərəfindən müəyyən edilmiş müddətdə Mərkəzin rəsmi internet saytında “Namizədin elektron ərizəsi”ni doldurmalı və tələb olunan sənədlərin əslini Mərkəz tərəfindən yaradılmış Sənəd Qəbulu Komissiyalarına şəxsən təqdim etməklə ərizələrini təsdiq etdirməlidirlər.
Əsas (baza ali) tibb təhsili əsasında rezidenturaya qəbul imtahanı Mərkəz tərəfindən mərkəzləşdirilmiş qaydada iki mərhələdə keçirilir ki, bunlar aşağıdakı mərhələlərdir;
- baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı;
- ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı.
“Məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilən baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında “məqbul” alanlar 5 (beş) il ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılırlar. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına əsas (baza ali) tibb təhsilinin III kursunu tam bitirmiş tələbələr də buraxılır ki, sənədlərini hazırlayıb müraciət edə bilərlər. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan tələbələr ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına yalnız rezidenturaya qəbul olunmaq hüququ əldə etdikdən sonra buraxıla bilirlər.
Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının nəticələri elan olunduqdan sonra aparılır ki, ixtisas seçiminə ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından topladığı balı Mərkəz tərəfindən müəyyən edilən müsabiqə şərtlərinə uyğun olan namizədlər buraxılır.
Rezidenturaya namizədliyini irəli sürən hər bir namizəd bitirdiyi əsas (baza ali) tibb təhsili istiqamətinə müvafiq olan ixtisaslardan istəyinə uyğun olanlarını seçir, onları istədiyi ardıcıllıqla elektron ərizəsindəki ixtisas seçimi formasına daxil edir və təsdiqləyir. Seçilmiş ixtisasların ərizə formasında göstərilən ardıcıllığı müsabiqə zamanı əsas kimi qəbul olunmaqdadır və namizəd topladığı bala əsasən müsabiqədən keçdiyi ilk ixtisasa yerləşdiriləcəkdir.
Müsabiqə namizədlərin ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahandan topladıqları bal əsasında aparılır.
Namizədlərə hər mərhələdə 100 test tapşırığı təqdim olunur və hər iki mərhələdə namizədin hər bir test tapşırığına düzgün cavabı 1 (bir) balla qiymətləndirilir. Səhv cavablar namizədin imtahan nəticəsinə (yekun nəticəyə) təsir göstərmir ki, bu da üstünlükdür.
Hər bir mərhələdə imtahan suallarının cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır ki, namizəd rahat bir şəkildə bütn testləri həll edə bilsin.
REZİDENTURA SƏVİYYƏSİ ÜZRƏ İXTİSAS SEÇİMİ CƏDVƏLİ
Baza ali tibb təhsili səviyyəsində istiqamətlər (fakültələr) | Rezidentura səviyyəsində uyğun ixtisaslar | Rezidenturaya qəbul üçün imtahan fənləri | |
Baza fənləri | İxtisas fənləri | ||
1 | 2 | 3 | 4 |
I. Müalicə işi, Pediatriya | 060901 – Anesteziologiya-reanimatologiya 060902 – Ümumi cərrahiyyə 060903 – Neyrocərrahiyyə 060904 – Plastik cərrahiyyə 060905 – Ürək-damar cərrahiyyəsi 060906 – Uşaq cərrahiyyəsi 060907 – Otorinolarinqologiya 060908 – Travmatologiya-ortopediya 060909 – Onkologiya 060910 – Urologiya 060911 – Oftalmologiya 060912 – Mamalıq-ginekologiya 060913 – Psixiatriya 060914 – Nevrologiya 060915 – Terapiya 060916 – Kardiologiya 060917 – Nefrologiya 060918 – Qastroenterologiya 060919 – Hematologiya 060920 – Dermatovenerologiya 060921 – İmmunologiya 060922 – Allerqologiya 060923 – Yoluxucu xəstəliklər 060924 – Revmatologiya 060925 – Endokrinologiya 060926 – Narkologiya 060927 – Fizioterapiya və tibbi bərpa 060928 – Ftiziatriya 060929 – Patoloji anatomiya, məhkəmə-tibbi ekspertiza 060930 – Pediatriya 060931 – Şüa terapiyası 060932 – Şüa diaqnostikası 060937 – Mikrobiologiya 060939 – Genetika 060935 – Sosial gigiyena və səhiyyənin təşkili | İnsan anatomiyası İnsan fiziologiyası Patoloji anatomiya Patoloji fiziologiya Mikrobiologiya Farmakologiya Biokimya | Daxili xəstəliklər (kardiologiya, pulmonologiya, qastroenterologiya, endokrinologiya, nefrologiya, hematologiya, nevrologiya, yoluxucu xəstəliklər, psixiatriya)Cərrahlıq (ümumi cərrahlıq, cərrahi xəstəliklər, uşaq cərrahlığı) Mamalıq və ginekologiyaUşaq xəstəlikləri (uşaq xəstəliklərinin propedevtikası, neonatologiya) |
II. Stomatologiya | 060933 – Stomatologiya 060934 – Üz-çənə cərrahiyyəsi 060935 – Sosial gigiyena və səhiyyənin təşkili | İnsan anatomiyası İnsan fiziologiyası Patoloji anatomiya Patoloji fiziologiya Mikrobiologiya Farmakologiya Biokimya | Terapevtik stomatologiyaOrtopedik stomatologiyaÜz-çənə cərrahiyyəsiUşaq stomatologiyası |
III. Tibbi-biologiya | 060937 – Mikrobiologiya 060938 – Laboratoriya işi 060939 – Genetika | İnsan fiziologiyası Patoloji fiziologiya Biokimya Mikrobiologiya | Klinik biokimya Genetika |
IV. Tibbi-profilaktika | 060935 – Sosial gigiyena və səhiyyənin təşkili 060936 – Gigiyena 060937 – Mikrobiologiya 060938 – Laboratoriya işi 060940 – Epidemiologiya 060923 – Yoluxucu xəstəliklər | İnsan fiziologiyası Patoloji fiziologiya Biokimya Mikrobiologiya | Yoluxucu xəstəliklər Gigiyena (ümumi, kommunal, qidalanma, əmək) Epidemiologiya |
Rezidentura İxtisasları və müddətləri
MÜALİCƏ-PROFİLAKTİKA VƏ PEDİATRİYA
İxtisas adı | Müddəti |
Ümumi cərrahiyyə | 5 il |
Neyrocərrahiyyə | 5 il |
Plastik cərrahiyyə | 5 il |
Ürək-damar cərrahiyyəsi | 5 il |
Uşaq cərrahiyyəsi | 5 il |
Travmatologiya-ortopediya | 5 il |
Onkologiya | 5 il |
Urologiya | 5 il |
Mamalıq-ginekologiya | 5 il |
Otorinolarinqologiya | 4 il |
Nevrologiya | 4 il |
Terapiya | 4 il |
Kardiologiya | 4 il |
Nefrologiya | 4 il |
Qastroenterologiya | 4 il |
Hematologiya | 4 il |
Dermatovenerologiya | 4 il |
Yoluxucu xəstəliklər | 4 il |
Revmatologiya | 4 il |
Endokrinologiya | 4 il |
Pediatriya | 4 il |
Şüa diaqnostikası | 4 il |
Anesteziologiya-Reanimatologiya | 3 il |
Oftalmologiya | 3 il |
Allerqologiya-immunologiya | 3 il |
Fizioterapiya və tibbi bərpa | 3 il |
Patoloji anatomiya, məhkəmə-tibbi ekspertiza | 3 il |
Şüa terapiyası | 3 il |
Sosial gigiyena və səhiyyənin təşkili | 3 il |
Narkologiya | 2 il |
Ftiziatriya | 2 il |
Mikrobiologiya | 2 il |
Laboratoriya işi | 2 il |
Genetika | 2 il |
Psixiatriya | 2 il |
STOMATOLOGİYA
İxtisas adı | Müddəti |
Stomatologiya | 5 il |
Sosial gigiyena və səhiyyənin təşkili | 3 il |
İctimai Səhiyyə (Tibbi Profilaktika)
İxtisas adı | Müddəti |
Yoluxucu xəstəliklər | 4 il |
Sosial gigiyena və səhiyyənin təşkili | 3 il |
Epidemiologiya | 2 il |
Mikrobiologiya | 2 il |
Laboratoriya işi | 2 il |
Gigiyena | 2 il |
Mikrobiologiya | 2 il |
Qebelede kiraye evler ucun: https://qebeledekirayevler.com