İnşalar

Susa qalasi haqqinda melumat

Susa qalasi haqqinda melumat saytımızda təqdim olunur. Digər adı isə “Alınmaz Qala” olan bu tarixi abidə haqqında nələri öyrənmək istəyirsiniz? Gəlib birlikdə tanış olaq. Susa qalasi haqqinda melumat ətraflı məlumat toplayaq.

Şuşa şəhərinin tarixi mərkəzini əhatə edən qala divarları çox məşhurdur. Banisi olan Pənahəli xanın şərəfinə Pənahabad qalası da adlandırılmışdır. Şuşa adı ehtimal ki, qalanın salındığı yer yaxınlığındakı Şuşakəndin adından götürülmüşdür.

Qalanın inşası işlərinə şair və Qarabağ xanının vəziri Molla Pənah Vaqif şəxsən rəhbərlik və nəzarət etmişdir. Qarabağ tarixçisi Həsənəli xan Qaradaği qeyd edir ki, “Molla Pənah Vaqifin birbaşa nəzarəti altında Şuşada bir sıra tikililər, o cümlədən Şuşa qalası inşa edilmişdi.”

Şuşa qalasının inşa edildiyi sahə, qərbdən amfiteatr formasına malik dağ yaylasıdır, çoxsaylı təpə və yarğanlara malikdir. Yaylanın ən hündür sahəsi dəniz səviyyəsindən 1600 m, ən aşağı sahəsi isə 1300 m hündürlüyə malikdir. Hazırda Şuşa şəhərinin ərazisi mərkəzində uzununa təpə yerləşən yayladan ibarətdir.  Şuşa qalasının memarlığında feodal dövrü memarlığının əsas şəhərsalma prinsiplərinə rast gəlinir.

Şuşa qalası üç əsas qapıya malik olmuşdur: Gəncə, İrəvan və Ağoğlan qapıları. Hər üç qapının adı tarixi mənbələrdə tez-tez xatırlanır.

Şuşa mədəniyyət beşiyimizdir. Azərbaycanın ən gözəl şəhərlərindən biridir. Bu şəhərin adını bildirən «Şuşa» sözünün “şüşə” sözündən götürülməsi ehtimal edilir. Çünki bu diyarın saf, qeyri-adi dərəcədə şəffaf dağ havasının vardır. Təbiət Şuşaya unikal bulaqlar və mineral sular bəxş etmişdir ki, həmin yerlər dillər əzbəridi. Soyuq bulaq, Turşsu, İsabulağı, Səkinə bulağı, İsti bulaq, Saxsı bulaq, Qırx bulaq, Yüz bulaq, Çarıx bulaq və başqa bulaqlar milli sərvətlərimizdəndir. Şuşa həm də öz tarixi  memarlığı ilə məşhurdur. Erməni işğalına qədər 129 memarlıq abidəsi var idi.
Şuşa qalası şəhəri əhatə edən qala divarlarıdır. Qala uzun müddət ərzində şəhəri xarici müdaxilələrdən qoruyaraq uzun müddət alınmazlıq simvolu olmuşdur. Ağa Məhəmməd şah Qacarın Cənubi Qafqaza yürüşü zamanı qala uzun müddət mühasirədə saxlanılıb. Lakin qalanı ələ keçirmək cəhdləri baş tutmayıb. Belə bir qala isə erməni vandalları tərəfindən ələ keçirilməsi xalqımızın qəlbində hər zaman silinməz yara buraxmışdı.
Qalasının inşası haqqında dəqiq məlumat yoxdur. Mənbələrə əsasən deyə bilərik ki, monqolların Azərbaycana ikinci yürüşü zamanı qala dağıdılmışdır.
Ərazi strateji baxımdan olduqca əlverişlidir. Belə ki, Şəki qalasında olduğu kimi Şuşa qalası da yüksək dağlıq ərazidə yerləşir. 1753-cü ildə Şuşa qalasının bərpa edilməsi haqqında Qarabağ xanı Pənahəli qərar verir. Qarabağ xanlığının mərkəzini buraya köçürür. Qala bərpadan sonra uzun müddət mənbələrdə Pənahabad adlandırılıb.
Şuşa qalası Azərbaycan memarlığının ən gözəl incilərindən biridir. Qala Arran memarlıq məktəbi üslubunda inşa edilib. Yerli daşlardan və əhəng-yumurta sarısı qarışığından istifadə edilərək qala tikilmişdir. Üç qapısı olsa da, onlardan Gəncə qapısı öz yüksək memarlıq xüsusiyyətləri ilə seçilir. Qala dairəvi mühafizə bürclərinə malikdir. Qala yaxınlığında körpü də inşa edilib ki, bu körpü Qala körpüsü kimi tanınır.

3.4/5 - (205 votes)

Əlaqəli yazılar

Back to top button