Digər

8 mart qadınlar günü 💐

8 mart qadınlar günü artıq yaxınlaşır. Bir neçə gündən sonra şəhərin istənilən yerində əllərindəgül-çiçək və müxtəlif hədiyyələr olan insanlar görəcəyik. Bu gün qadınların cəmiyyətimizdə rolu böyükdür. İstənilən sahədə qadınların əməyindən istifadə olunur. Ötən əsr ilə müqayisədə artıq xanımlar müxtəlif vəzifə sahibidirlər. İdarəçilikdə də üstün naliyyətlər əldə edə biləcəklərini göstərən qadınlarımıza bir günü həsr etməyimiz onların ən təbii haqqıdır. Tehsil.com.az komandası olaraq  8 Mart “Belnəlxalq Qadınlar Günü” münasibətilə bütün dünya xanımlarını təbrik edirik.

Bu günün yaranma səbəbi

Beynəlxalq Qadınlar Gününün kökləri işçi hüquqlarını müdafiə edən hərəkatlarda dayanır. 8 Mart Birləşmiş Millətlər Təşkilatı tərəfindən Beynəlxalq Qadınlar Günü kimi tanınır.

1908-ci ildə Nyu Yorkda 15.000 işçi qadının iş saatlarının qısalması, yüksək maaşlar və səsvermə hüququ tələbi ilə atıldı.

Bir il sonra Amerika Sosialist Partiyası 8 Martı Milli Qadınlar Günü elan etdi. Klara Zetkin bu xüsusi günün beynəlxalq miqyasda keçirilməsi ideyası ilə çıxış edən ilk şəxs oldu.

O, Beynəlxalq Qadınlar Günü ideyasını 1910-cu ildə Kopenhagendə keçirilən İşçi Qadınların Beynəlxalq Konfransında irəli sürmüşdür. 17 fərqli ölkədən konfransa qatılan 100 qadın Zetkinin təklifini yekdilliklə qəbul edib.

İlk dəfə beynəlxalq tədbirlər 1911-ci ildə Avstriya, Danimarka, Almaniya və İsveçrədə keçirilmişdir. Beynəlxalq Qadınlar Gününün 100 illiyi də böyük təşkilatlarla qeyd olunmuşdur.

1975-ci ildə Birləşmiş Millətlər Təşkilatı Beynəlxalq Qadınlar Gününü qəbul etdi.

Beynəlxalq Qadınlar Günü qadınların cəmiyyətdə, siyasətdə və biznesdə əldə etdiyi nailiyyətləri artıq bütün dünya görür. Həmçinin qadınlar Günündə gender bərabərsizliyi vurğulanır və etiraz aksiyaları keçirilir.

NİYƏ 8 MART? 💐

Beynəlxalq Qadınlar Günü ideyası ilə çıxış edən Klara Setkinin ağlında konkret bir tarix yox idi.

İlk dəfə Birinci Dünya Müharibəsi zamanı, 1917-ci ildə rus fəhlə qadınları “Çörək və sülh istəyirik” şüarları ilə küçələrə çıxmışdılar.

Çıxışların dördüncü günü rus çarı taxtdan salındı. Qurulan müvəqqəti hökumət isə qadınlara səsvermə hüququ verdi.

Qadınların hərəkətlərinin ilk başlanğıcı Rusiyada olmuşdur və Julian təqviminə görə 23 fevral idi. Dünyada daha çox istifadə edilən Qriqorian təqvimində bu tarix martın 8-nə təsadüf edib.

İtaliyada Beynəlxalq Qadınlar Günündə qadınlara “La Festa della Donna” adlanan mimoza çiçəkləri təqdim etmək ənənəsi vardır. Bu ənənənin kökləri tam məlum olmasa da, onun II Dünya Müharibəsinin başa çatmasından dərhal sonra Romada başladığı düşünülür.

ABŞ-da mart ayı “Qadınlar Tarixi” hesab olunur və Ağ Ev amerikalı qadınların nailiyyətlərini sadalayan bəyanatlar verirlər.

NİYƏ 8 MART BEYNƏLXALQ QADINLAR GÜNÜ QEYD EDİLİR? 💐

1857-ci ildə 8 mart -da  ABŞ-ın Nyu-York şəhərindəki tekstil fabrikində 40 min toxuculuq işçisi iş şəraitinin yaxşılaşdırılması tələbi ilə tətil etməyə başladı. Lakin bu tətilin nəticəsi heç də ürəkaçan olmadı. Polisin fəhlələrə hücumu və işçilərin fabrikdə kilidlənməsi nəticəsində əksəriyyəti qadın olan 129 işçi həyatını itirdi və sonradan başlayan yanğında işçilər fabrikin qarşısında qurulan barrikadalardan xilas ola bilmədi. Dəfn mərasiminə isə 100 mindən çox işçi qatıldı.

Almaniya Sosial Demokrat Partiyasının liderlərindən biri Klara Setkin idi. O, 2-ci Beynəlxalq Qadınlar Konfransında 8 Mart 1857-ci il martın 8-də tekstil fabrikində baş vermiş yanğında həlak olan qadın işçilərin xatirəsinə 8 Martın Beynəlxalq Qadınlar Günü kimi qeyd olunmasını təklif etmişdir. 26 – 27 avqust 1910-cu ildə Danimarka, Kopenhagendə Beynəlxalq Sosialist Qadınlar Konfransı keçirildi. Bu konfransda təklif dəyrləndirildi və yekdilliklə qəbul edildi.

AZƏRBAYCANDA QADIN HÜQUQU

Azərbaycanda hər zaman qadınlara dəyər verilmişdir. Bunun ilk sübutu isə 1918-ci ildə keçirilən qurultaydır. Belə ki, 1918-ci ildə keçirilən qurultayda Məhəmməd Əmin Rəsulzadə müsəlman qadınının azad edilməsini müsəlman xalqlarının milli-azadlıq mübarizəsinin ən mühüm məsələlərindən biri kimi qiymətləndirdi. O, deyirdi: “Bütün digər xalqların qadınları kişilərlə bərabər ictimai-siyasi hərəkatda iştirak etdiyi və bununla da öz millətinin uğurlarına kömək etdiyi bir vaxtda müsəlman qadın dustaqlıqda qala bilməz və qalmamalıdır”. Bu fikirlər 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin qəbul etdiyi İstiqlal Bəyannaməsinin IV bəndində bərabərhüquqluluq prinsipinin, seçmək və seçilmək hüququnun təsbit edilməsi ilə öz qanuni təsdiqini tapdı. Nəticədə, Azərbaycan Şərqdə qadınlara seçmək və seçilmək hüququ verən ilk ölkə oldu.

Lakin təəssüflər olsun ki, seçki hüququ verilsə də, parlamentdə qadın təmsilçilər olmamışdır.

Əlbəttə ki, bir azərbaycanlı olaraq Şərqdə ilk dəfə qadınlara seçki hüququnun verilməsi bizim baş ucalığımızdır. Günü bu gün də ölkəmizdə qadınlar yüksək vəzifə sahibləridir.

Yazını dəyərləndir post

Back to top button