Kimdir?

Əlif Haciyev haqqında məlumat

Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi Əlif Hacıyev  (tam adı: Əlif Lətif oğlu Hacıyev; 24 iyun 1953, Xocalı, Azərbaycan SSR, SSRİ — ö. 25 fevral 1992, Xocalı, Azərbaycan) —

Əlif Hacıyev 1953-cü il iyunun 24-də Xocalı şəhərində doğulmuşdur. Ailənin üçüncü övladı idi. Əlif uşaqlıqdan çörək qazanar və balıq tutardı.

Elif Haciyev haqqinda melumat

1970-ci ildə məktəbi bitirərək, Xankəndi şəhərində sürücülük peşəsinə yiyələnmişdir. Ordu sıralarına 1971-ci ildəçağırılmışdır. Hərbi xidməti Minsk şəhərində keçmişdir. Əlif Hacıyev 1973-cü ildə ordudan təxris olunaraq, Xankəndi Avtonəqliyyat Müəssisəsində sürücü işləmişdir. 1974-1984-cü illərdə Belorusiya DİN-nin və Azərbaycan SSR DQMV-nin daxili işlər orqanlarında müxtəlif vəzifələrdə işləmişdir. 1976-cı ildə SSRİ DİN-nin Frunze adına Xüsusi Orta Milis Məktəbinə daxil olmuşdur. 1979-cu ildə həmin məktəbi bitirmiş, 1981-ci ildən təhsilini SSRİ DİN-nin Akademiyasında davam etdirmişdir.

DQMV-də işləyərkən uzun müddət fəaliyyət göstərən gizli millətçi mərkəzi ifşa etməyə çalışmışdır. Elə buna görə də erməni millətçiləri onu saxta ittihamlarla günahlandıraraq,10 il həbs cəzasına məhkum etmişdilər. Ermənilər onun sırıqlısının cibinə saxta pul qoyaraq, əməliyyat qrupu təşkil edib öz kabinetində həbs etdirmişdilər. Əlif Hacıyev cəzasını çəkmək üçün Rusiyanın Nijni Tagil şəhərinə göndərilmişdir.1987-ci ildə isə onun işinə yenidən baxılmış, 10 il həbs cəzası 6 ilə endirilmişdi. Nəhayət 1989-cu ilin fevral ayının 20-də azadlığa çıxmışdır.

O, 1990-cı ildə Xocalıya qayıdır və Dağlıq Qarabağ üzrə Təşkilat Komitəsində, Qarabağa Xalq Yardımı Komitəsində fəaliyyət göstərərək erməni millətçilərinə qarşı mübarizəsini yenidən davam etdirir. Hacıyev 1990-cı ilin dekabr ayında daxili işlər orqanlarına yenidən bərpa olunur və Xocalı hava limanı xətt daxili işlər bölməsinə rəis təyin edilir. Həmçinin eyni zamanda Xocalı hava limanının komendantı olur. Gördüyü işlərinə görə 1991-ci ilin dekabr ayında ona mayor rütbəsi verilir.

Onun əzmkarlığı nəticəsində Xocalı aeroportu erməni millətçilərinin nəzarətindən tamamilə çıxarılmışdır. Ermənilər “Xocalı əməliyyatı”na  25 fevral 1992 ildəbaşladı. Xocalı camaatı isə kəndi tərk etmək haqda ermənilər tərəfindən edilən xəbərdarlığı qəbul etməyib, Bakıdan kömək gözləyirdi.Qəhraman Əlif Hacıyev və dəstəsi səhər saat 5-ə qədər azğınlaşmış rus hərbçiləri və erməni yaraqlıları ilə vuruşmuşdu. Döyüşlər qeyri-bərabər qüvvələr arasında getmişdiç Ə.Hacıyev bu qanlı döyüşdə misilsiz qəhrəmanlıqlar göstərərək, bir dəstə dinc əhalini Ağdamın Şelli k-ə tərəf təhlükəsiz yerə çıxarıb. Bir daha geriyə dönərək, yenidən döyüşə atılıb. Hacıyev avtomatın darağını dəyişərkən düşmən gülləsindən şəhid olub. O, ailəli idi. İki qız övladı var. Əlif Hacıyev Bakıdakı Şəhidlər Xiyabanında dəfn edilib. Həmçinin Bakının Nizami rayonundakı küçələrdən biri qəhrəmanın adını daşıyır.

3.4/5 - (17 votes)

Əlaqəli yazılar

Back to top button