Oyun developerləri və onların istifadə etdiyi proqramlar
Oyun developerləri kimdir?
Oyun developerləri – proqram developerlərinin bir növü olub, video oyun proqramlarının tərtibatı üzərində çalışırlar. Bu developerlərin yaratdıqları oyunlar fərdi kompüter, konsol, veb brauzer və mobil tətbiq üzərində işləyir.
Müasir video oyununun yaradılmasında qabaqcıl fizika, süni intellekt, 3D qrafika, rəqəmsal səs, orijinal musiqi partiturası, mürəkkəb strategiya istifadə olunur. Bu da oyun developerinin anlayış və biliyinin mütləq olmalı olduğu sahələrdir. Əlavə olaraq, oyunun hansı platforma üzərindən istifadə ediləcəyindən asılı olaraq bir neçə daxiletmə qurğusundan (siçanlar, klaviaturalar, gamepadlar və joystiklər kimi) istifadə edilə bilər.
Oyunun mürəkkəbliyindən asılı olaraq hər bir oyunun üzərində bir və ya bir neçə işçi və ya işçi komadası işləyə bilər, onlara developerlər, qrafika mühəndisləri, kino dizaynerləri, ssenarist, testerlər, produser, illustratorlar və s. Daxildir.
Oyun developerlərinin növləri
Oyun dizaynerləri oyunun funksiyasnallığına diqqət yetirirlər. Onlar, oyunda sistemlər, qaydalar və oyun tərzi yaradır və istifadəçiyə oyunun əyləncəli və cəlbedici olmasını təmin etmək üçün dünya qurmağa (hekayə və İP) kömək edirlər. Bu dizaynerlər oyun mexanikasının təməlinə, icrasına və ümumi istifadəçi təcrübəsinə nəzarət edirlər.
Sistem dizayneri video oyununun üzərində qurulan proqram sistemlərinin yaradıcısıdır. Onlara inkişaf prosesinin əvvəlində oyunu ərsəyə gətirəcək platformaların qurması üçün oyunun həcmini və dizaynını təhlil etmək üçün ehtiyac duyulur. Oyunun janrına və mexanikasına əsaslanaraq Sistem Dizayneri layihənin işlənib hazırlanmasına kömək edir.
Xəritə dizayneri – qismən rəssam, oyun dizayneri, hekayəçi və mühəndisdir. Onlar ideya əsasında oyunun mövcud olacağı dünyanı və onun hissələrini vizyonunu hazırlayırlar. Xəritə dizayneri oyun dizaynının axını, tempi və məkanı nəzərə alaraq xəritə, mühit, hekayə və tapşırıqların yaradılmasına, praktiki həyata keçirilməsinə diqqət yetirir (məsələn, oyunçuların hüdudlardan kənara çıxdıqda ilişib qalmamasını təmin etmək).
Süni intellekt (AI) proqramçılarının oyuna zəka verdiyini qeyd etmək lazımdır. Onlar fərdi oyunçunun oyununa əsaslanaraq personajların və elementlərin davranışını təyin edən alqoritmlər yaradırlar. Bu, oyunçunun hərəkətlərinə oyunun reaksiyalarını fərdiləşdirməklə edilir. Yol tapmaq, qrup hərəkətləri və kamera nəzarəti kimi elementlər hamısı oyun strategiyasına daxil edilir.
Gameplay mühəndisləri proqram təminatını video oyunun tələblərinə uyğunlaşdıran kod müəllifləridir. Əlavə olaraq onlardan oyuna xas funksiyalar üçün xüsusi proqram təminatı yaratmaq tələb oluna bilər. Oyunçu istifadə qabiliyyəti Gameplay mühəndisinin əsas diqqət mərkəzindədir. Onlar İstifadəçi interfeysindəki problemlərə, oyunçu bildirişlərinə, oyun mexanikasına və oyun təkmilləşdirmələrinə nəzarət edirlər.
Oyun Proqramlaşdırma dilləri hansılardır?
Proqramlaşdırma dilləri oyun mühərriki ilə əlaqələndirərək məntiq və davranışın yaradılmasında bir körpü rolunu oynayır. Oyunun həcmi və növündən asılı olaraq müxtəlif proqramlaşdırma dillərinindən istifadə oluna bilər. Həmçinin, hansı proqramlaşdırma dilinin istifadə olunmasından asılı olaraq, ona uyğun müxtəlif oyun mühərrikləri istifadə olunmalıdır. Məsələn, irimiqraslı video oyunların proqramlarının yazılmasında istifadə olunan C++ və C# dillərini Unity və Unreal Engine proqram mühərrikləri dəstəkləyir. Belə oyunlara Witcher, Assasin’s Creed, Doom və digərlərini misal göstərmək olar.
Oyun, xüsusilə süni intellekt (Aİ) ilə məzmun yaratmaq üçün Ruby, Lua və Python proqramlaşdırma dillərində tətbiq olunan CraftsStudio kimi proqramlaşdırma mühərriklərindən istifadə olunur. Bu dillərdə yazılmış oyunlara Roblox, Mount and Blade və Battlefield 2 daxildir.
Java və Javascript veb brauzer üzərindən istifadə olunan oyunların yaradılmasına uyğun proqramlaşdırdırma dilləridir. Bu proqramlaşdırma dillərində yazılmış oyunlar internet üzərindən rahatlıqla istifadə oluna bilir. Javascript və Java-da veb oyunlardan əlavə, online püşkatma proqramlarının yazılması da mümkündür. Belə püşkatma veb səhifələrinə Mostbet AZ aiddir.
Oyun Developerləri hansi alətləri istifadə edirlər?
Oyun mühərrikləri və inkişaf platformaları oyunların canlandığı əsas proqram mühitləridir. Onlar qrafika və fizikadan tutmuş süni intellekt və şəbəkəyə qədər hər şeyi dəstəkləyən oyun yaradılması üçün çərçivə təmin edir. Bu platformalar tərtibatçılar üçün vacibdir, çünki onlar oyun mexanikasının və təcrübələrinin qurulmasına, sınaqdan keçirilməsinə və təkmilləşdirilməsinə imkan verir. Böyük və kiçik oyunların yaradılmmasında istifadə olunan ən məşhur oyun mühərrikləri Unity, Unreal Engine, Godot sayılır.
Oyunun inkişafında kod bazası və aktivlərin dəyişikliklərinin idarə edilməsi və nəzarətdə saxlanılması vacibdr, bu işdə versiyaya nəzarət sistemləri böyük rolu var. Bu sistemlər bir-birinin işini üzərinə yazmadan bir neçə komanda üzvünə eyni vaxtda eyni layihə üzərində işləməyə imkan verir və zəruri hallarda geri qaytarıla bilən dəyişikliklər tarixini təqdim edirlər. Ən çox istifadə olunan sistemlərə Git, Subversion, Perforce Helix Core daxildir.
Layihənin düzgün idarə edilməsi və qaydada saxlanması üçün layihə və tapşırıq menecment alətləri lazımdır. Alətlər sprintləri planlaşdırmaqda, proqresi izləməkdə və bütün komanda üzvlərinin tapşırıqlarına və tarixlərinə uyğun olmasını təmin etməyə kömək edirlər. Bu alətlərə Jira, Trello, Asana aiddir.
Oyunun vizual elementlərinin yaradılmasında incəsənət və qrafika proqram təminatları mütləq rolu var. Məşhur alətlər olan Adobe Photoshop, Blender və Maya, rəssamlara və dizaynerlərə oyunun estetikasını və oyunçu təcrübəsini müəyyən edən vizual aktivləri yaratmağa imkan verir.
Səs inkişaf etdirmə alətləri oyun təcrübəsinin ayrılmaz hissəsi olan səs effektləri, musiqi və səslər yaratmaq və həyata keçirmək üçün istifadə olunur. Bu alətlər audiodizaynerlərə və bəstəkarlara oyun və immersiyanı yaxşılaşdıran yüksək keyfiyyətli səs mənzərələri yaratmağa kömək edir. Audacity, FMOD, Wwise səs effektləri alətləridir.
Test etmə və debaqlaşdırma alətləri yazılmış oyun kodunun sabit olması və oyunçular üçün səhvsiz təcrübə təmin etməsi üçün çox vacibdir. Visual studio, Unity Profiler, Unreal İnsights kimi alətlər oyun ictimaiyyətə çatmazdan əvvəl tərtibatçılara problemləri müəyyən etməyə və həll etməyə kömək edir.
Necə Oyun Developeri ola bilərəm?
Oyun developeri işə başlamaq üçün veb developer olaraq təcrübə ilkin mərhələlərdə kifayət edir. Bu sahənin davamlı inkişaf etdiyini nəzərə alaraq, daimi özünü inkişaf və müxtəlif dil və alət bacarıqlarının artırılması daha uyğundur.v