Atalar sozleri

Çörək haqqında atalar sözləri

Çörək haqqında atalar sözləri burada. Dostluq haqqında ən yaxşı atalar sozleri siyahısı. Bundan başqa digər səhifələrdən uyğun kateqoriyalar üzrə atalar sözləri seçib oxuya bilərsiniz.
Səhifə: https://tehsil.com.az/atalar-sozleri/

Çörəyə aid atalar sözləri

Çörək itirən çörək tapmaz.

İsti çörək təndirdən, minnəti yox pendirdən.

Acın arzusu bir qarın çörəkdir.

Aca ürək vermə, çörək ver.

Aclıq ilində bir tikə çörək, bir külçə qızıldan artıqdır.

Payız günü – peynir çörək qarpız ilə, yaz günü – qatıq çörək yarpız ilə.

İtə çörək verməzsən, acından hürər.

Minnətli plovdan minnətsiz pendir-çörək yaxşıdı.

Öz quru çörəyim özgənin plovundan yaxşıdı.

Ata çörəyi – meydan çörəyi, оğul çörəyi – zindan çörəyi.

Yaxşı gündə yağlı çörəyi bəyənməyən yaman gündə quru  çörəyə salam verər.

Çörək verərsən, çörək verərlər, daş atsan, daş atarlar.

Biz çörək vermədik çörək istəyək, biz çörək verdik ki,  çörəkli olaq.

Çalışmaq çörək, tənbəllik qıtlıq gətirər.

Vay o gündən ki, çörəkçi çəkmə tikə, çəkməçi də çörək  yapa.

Subay adamın yaxasını bit yeyər, çörəyini –it.

Heç kəsin çörəyi heç kəsin qarnında qalmaz.

Yaxşı ki var, yavan çörəyə dözər, yamanı yağlı xörək də  üzər.

Paxıl çörəgin yemək ğəm gətürür.

Yetimə öyüd verən çox olar, amma çörək verən az olar.

Çörəyi çörəkçiyə, bir çörək də üstəlik.

Çörəyi dizində olandan uzaq ol

Çörəyi torpaqdan al, özgənin ağzından yox.

Çörəyin tək yeyən yükün özü çəkər.

Çörəyə hörmət, bərəkət nemət

Çörəyin qədrini bilənin bərəkət başından aşar

Duz-çörək deyiblər, düz çörək yeyiblər.

Oxsar Yazilar:

4.4/5 - (473 votes)
Back to top button