İnşalar

Gence haqqinda melumat

Gence haqqinda melumat saytımızda təqdim olunur. Qədim Azərbaycan şəhəri olan Gəncə gözəlliyi və mədəniyyəti ilə dillərdə gəzirdi. Nizami Gəncəvi kimi dahilərin beşiyi olan Gəncəmiz günü-gündən gözəlləşir, abadlaşır. Bəs sizlər Gence haqqinda melumat almaq üçün daha çox bilgi əldə etmək istərdinizmi?

İkinci ən böyük şəhər olan Gəncə Gəncə şəhəri Kiçik Qafqazın şimal-şərq tərəfində, Gəncə-Qazax düzənliyində, Gəncə çayın hər iki sahilində yerləşir.

Bəzi alimlər “Gəncə” adının ərəb dilindəki Farsca kökənli xəzinə anlamlı “Kənz” sözündən gəldiyini irəli sürürlər. Qədim zamanlarda belə buranın çoxsaylı əhalisi səxavətinə, mehribanlığına, elm adamlarına və mühacirlərə hörmətli münasibətlərinə görə fərqlənirdilər.

Fərrux Əhmədov Gəncə şəhərinin adının türk mənşəli olduğunu irəli sürür və ilkin forması hesab etdiyi “Qança” sözünün ilk komponenti “qan”, “kan”, “kaan”, “xan” sözlərini türk dillərində hakim, sərkərdə, başçı, ikinci hissəsi olan –ca şəkilçisini isə məkan, yer, yurd kimi izah edir. Beləliklə, “Gəncə”, “Qanca”, “Kancə” sözləri “xan yeri”, “xan məkanı”,”xan yurdu”, “xanın, xaqanın oturduğu yer” anlamını verir. Müəllif bildirdiyinə görə XX əsrin əvvəlinə kimi “Qanja” və “Xan yurt” adları yerli əhalinin dilində Gəncənin cənub hissəsindəki dağlıq yerlərdə saxlanmışdı”.

Gəncə ta qədimdən başı bəlalı yerlərdən biri olmuşdur. Müxtəlif dövlətlər bu ərazini işğal edərək öz torpaqlarına qatmağa çalışmışlar. Onlardan biri də ərəblər idi. VII əsrin birinci yarısında Gəncə farslar tərəfindən, ikinci yarısında isə ərəblər tərəfindən dağıdılan Gəncə, X əsrdən, Bərdənin paytaxt statusunu itirdiyi dövrdən etibarən ölkənin sosial-iqtisadi və mədəni həyatında vacib rol oynamağa başlamışdı. Şəddadilər dövründə isə qala, saraylar, körpülər və karvansaraylar inşa edilmiş və burda pul kəsilməyə başlanmışdır. Günümüzdə də tarixi abidə kimi qorunub saxlanılan Gəncə qapıları 1063-cü ildə dəmirçi İbrahim tərəfindən tikilmişdi. Gəncə getdikcə böyüyüb, genişləndi. Yeni ticarət və sənaye zonaları tikilməyə başladı, ticarət əlaqələri genişləndi. İpək və ipək məmulatları nəinki yerli, həmçinin xarici alıcıların da rəğbətini qazandı. XII əsrin birinci yarısında Gəncə bir neçə dəfə gürcü basqınlarına məruz qalmış, buna cavab olaraq Səlcuq ordusu Gürcüstana güclə soxularaq oraları talan etmişdir. Gəncə Səlcuq türklərinə məğlub olana qədər Qafqaz Alban xristianlığının mərkəzi olmuşdur. Atabəylər dövründə öz inkişafının pik nöqtəsinə çatmışdı. Gəncə Eldənizlərin paytaxtlarından biri olmuşdur. Bu dövrlərdə Gəncə “mühüm şəhər”, böyük şəhər və paytaxt yəni “dar əl-mülk” idi.

Azərbaycan Səfəvi dövləti yarandıqdan sonra da Gəncə Ziyadoğlu Qacar nəslinin irsi idarəsində olmuş və Qarabağ bəylərbəyiliyinin mərkəzinə çevrilmişdir. I Təhmasibin dövründə Gəncə bəylərbəyi Şahverdi Ziyadoğlu Qacar olmuşdu. Həmin dövrdə Don Juan adı ilə Avropada yaşayan tarixi-coğrafi əsərlər müəllifi olanOruc bəy Bayat tərəfindən verilən məlumata əsasən burada 50 min ailənin (yəni 225 min nəfər) yaşadığını qeyd edilmişdi.

1606-cı ildən 1804-cü ildə Rusiya imperiyasına birləşdiyi dövrə qədər Gəncə Qacarlar, Əfşarlar, Zəndlər sülaləsinin tərkibində xanlıq mərkəzi olmuşdur.

1804-cü il yanvarın 3-də tarixi adının dəyişilməsinə məruz qalan Gəncə Çar Rusiyasının qoşunları tərəfindən işğal olundu. Xanlığını işğal etdikdən sonra  çar I Aleksandrın arvadı Yelizaveta Alekseyevnanın şərəfinə Gəncə adı ləğv olunacaq Yelizavetpol adlandırıldı.  Xanlıq üsuli-idarəsi ləğv edilərək Yelizavetpol dairəsi yaradıldı.

1840-cı il 10 aprel islahatı nəticəsində dairə qəzaya çevrildi. Yelizavetpol qəzası Gürcü-İmereti quberniyasının tərkibinə verildi. Qəza Yelizavetpol, Qazax, Şəmşədil və Ayrım məntəqələrinə bölündü. Yelizavetpol qəzasında qəza idarə sistemi təşkil olundu.

1846-cı il 14 dekabrda Gəncə Tiflis quberniyasının tərkibinə daxil edildi. Çar II Aleksandrın 1867-ci il 9 dekabr tarixli fərmanı ilə Yelizavetpol quberniyası yaradıldı və şəhər eyniadlı quberniyanın və qəzanın mərkəzi oldu. Quberniyanın ərazisini Gəncə, Qarabağ, Şəki xanlıqlarının və Samux və Şəmşədil mahalları əhatə edirdi. Yelizavetpol, Şuşa və Nuxa qəzaları və ləğv edilmiş Ordubad qəzasının bir hissəsi quberniyanın tərkibinə daxil edildi, yeni Qazax və Zəngəzur qəzaları yaradıldı.

Yeni Gəncə

01.01.2020-cı il tarixli məlumata əsasən Gəncə şəhərinin Əhalisinin 335,6 min nəfər olması müəyyən olunmuşdur. Şəhərdə  4 ziyarətgah, 6 məscid,5 pir, 5 islam, 2 kilsə, və 3 xristian yönümlü dini icma, 51 qeyri-hökumət təşkilatı fəaliyyət göstərir.  Şah Abbas məscidi, Mollacəlilli məscidi, Hüseyniyyə məscidi, Ozan məscidi, Zərrabi məscidi, Şahsevənlər məscidi, Qazaxlar məscidi və Müqəddəs Sərkis kilsəsi Gəncənin tanınmış ibadət yerlərindəndir. Gəncə şəhərinin 7 qəsəbə inzibati ərazi vahidindən ibarətdir. Şəhərdə  Füzuli parkı, Xan bağı, Heydər Əliyev parkı, Qələbə parkı, Göygöl Milli Parkı, Dəmiryolçular parkı, Səməni parkı, İstiqlal parkı kimi böyük parklarla yanaşı digər kiçik park və xiyabanlarda mövcuddur.

1944-cü ildə Gəncə şəhərində Gəncə Müəllimlər Seminariyası açılması ilə insanların təhsil alması üçün yaxşı şərait yaradılmış oldu. Beləliklə bir çox gəncimiz bu təhsil ocağına üz tutaraq ölkənin inkişafı üçün əllərindən gələni etdilər.

Gəncənin tanınmış ali təhsil müəssisələrindən Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Gəncə Dövlət Universiteti, Gəncə şəhəri təsərrüfat hesablı Məişət Kolleci və Gəncə Kənd Təsərrüfatı Texnikumunu, Gəncə Musiqi Koleci, Gəncə Humanitar Kolleci,  45 orta məktəb və 1 xüsusi məktəblərinin olması qeyd etmək olar.

1.2/5 - (139 votes)

Əlaqəli yazılar

Digər yazılar
Close
Back to top button