Kimdir?

Abbasqulu Aga Bakixanov haqqinda melumat

Abbasqulu Aga Bakixanov haqqinda melumat ilə maraqlananlar üçün Tehsil.com.az komdansı olaraq ən dolğun məlumatları təqdim edirik. Azərbaycan şairi, yazıçısı, alimi, tərcüməçisi və mütəfkkiri olan bu dahi şəxsiyyəti demək olar ki, tanımayan olmaz. Birlikdə sizlər üçün təqdim olunan Abbasqulu Aga Bakixanov haqqinda melumat ilə tanış olaq.

Azərbaycanın ilk tarixçilərindən hesab olunan Abbasqulu ağa Bakıxanov 1794-cü il iyunun 21-də Bakı şəhəri yaxınlığında Əmircan (köhnə adı Xilə) kəndində Bakı xanları nəslindən olan II Mirzə Məhəmməd xanın ailəsində anadan olub. Səkkiz yaşına qədər Bakıda yaşayıb, uşaqlığının ilk dövrünü Abşeronun Əmircan, Maştağa, Balaxanı, Ramana kəndlərində keçirib. 1802-ci ildə atası xanlıq taxtı uğrunda vuruşmalarda öz əmisi oğlu Hüseynqulu xana məğlub olduğuna görə məcburiyyət qarşısında qalaraq Qubaya, vaxtı ilə dayısı Fətəli xanın ona bağışladığı Əmsar kəndinə köçməli olmuşdur.Abbasqulu ağa 1819-cu ilədək Qubada, Əmsar kəndində yaşamış, yarımçıq qalan təhsilini davam etdirmişdir. Burada o ərəb və fars dillərini mükəmməl öyrənmiş, bu dillərdə yazılmış xeyli ədəbiyyat oxumuşdur. O, 1827-ci ildə Cənubi Azərbaycanda olmuş, 1833-1834-cü illərdə Varşavada və Peterburqda yaşamış, rus şairi A.S.Puşkinin ailəsi ilə tanış olmuşdur.1835-ci ildə “Gülüstan” adlı ədəbi məclis yaratmışdır. Bir jurnalist kimi o, “Tiflisskiye vedomosti”, “Zakavkazskiy vestnik”, “Kavkaz” qəzetlərinin fəaliyyətində iştirak etmişdir. 

Bədii yaradıcılığı

Abbasqulu ağa Bakıxanov Azərbaycan elmi tarixində mühüm rolu olan böyük alimdir.”Qanuni-Qüdsi”, “Əsrarül-mələküt”, “Təhzibül-əxlaq”, “Eynül-mizan”, “Gülüstani-İrəm” kimi əsərləri ilə böyük şöhrət qazanmışdır.Azərbaycan və Dağıstan xalqlarının tarixinə aid olan “Gülüstani-İrəm” Abbasqulu ağa Bakıxanovun ən böyük elmi əsəridir. “Gülüstani-İrəm”in müqəddiməsində Azərbaycanın və Dağıstanın qısa coğrafi təsviri, qədim yunan, erməni, ərəb və rus mənbələrinə istinad edilərək bu ölkələrin xalqlarının mənşəyi, dili və dinləri haqqında maraqlı məlumat verilir. “Gülüstani-İrəm” əsəri özündə Nuhun tufanı, Yəcuc və Məcuc, skiflər, massagetlər, xəzərlər, Sasani hökmdarlarının Azərbaycandakı hakimiyyəti, İslam dövlətinin yaranması, ərəb qoşunlarının Azərbaycana gəlməsi, həmin dövrlərdə Şirvan və Dağıstanda baş verən hadisələr, monqol istilası, hülakülərin və teymurilərin hakimiyyəti, Səfəvi dövlətinin yaranması, Şirvanşahlar sülaləsi, “Gülüstan” adlı yerdə Rusiya və İran arasında sülh müqaviləsinin bağlanmasına qədər olan geniş bir tarixi dövrü əhatə edir. 1828-ci ildə Türkmənçay müqaviləsinin  imzalanması mərasimində tərcüməçi kimi iştirak edib. Qüdsi təxəllüsü ilə şeirlər yazıb.

Abbasqulu ağa Bakıxanov Rusiyanın, Türkiyənin və bununla bərabər bir çox ölkənin ordenləri ilə mükafatlandırılmışdır. O, 1847-ci ildə Məkkə yaxınlığında dünyasını dəyişdiyi bildirilir. Doğulduğu Əmircan qəsəbəsində onun şərəfinə büst qoyulmuşdur.

Görkəmli alim 1847-ci ildə Məkkədən Mədinəyə gedərkən vəba xəstəliyindən vəfat edib və Vadiyi-Fatimə adlanan yerdə dəfn olunub.

Mükafatları


II dərəcəli Müqəddəs Anna ordeni
III dərəcəli Müqəddəs Anna ordeni (1828)
IV dərəcəli Müqəddəs Vladimir ordeni (1828)
İmperator taclı II dərəcəli Müqəddəs Anna ordeni (1829)
III dərəcəli Müqəddəs Stanislav ordeni
Almaz və briliantla bəzədilmiş I dərəcəli Günəş və Şir ordeni (1829)

4.1/5 - (158 votes)

Əlaqəli yazılar

Digər yazılar
Close
Back to top button