Ədəbiyyat

Aforizmler

Aforizm (yun. αφορισμός, aphorismos) — qısa kəlam, ümumiləşdirilmiş, bitkin, dərin mənalı fikir, hikmətli söz deməkdir. Hər bir kəsin oxuyaraq dərin mənalarını dərk elədiyi bu sözləri kateqoriyalar üzrə aşağıdan oxuya bilərsiniz.

Menali aforizmler

Mənalı aforizmlər tanınmş şəxsiyyətlərin, müdriklərin, yazarların, elm adamlarının öz yazılarından alıntılardırkı burada seçilib sizin üçün yazılmışdır.

  1. Ancaq ürəklərində öz sirri olanlar bizim ürəklərin sirlərini anlamağa qadirdir.(Cübran)
  2. İnsan xeyirxah, təmiz, ədalətli, namuslu olmaq üçün doğulur..(Viktor Hüqo)
  3. Gələcək, bu gündən ona hazırlananlara aiddir.(Malkolm X)
  4. Sahili gözdən itirməyə cəsarət etmədikcə insan, yeni okeanlar kəşf edə bilməz. (Andre Jid)
  5. Bir saatlıq iş bir günlük izahdan daha çox öyrədir.(Jan Jak Russo)
  6. Həqiqəti sevən adamı yalançı qohumlarından üstün tut..(Tolstoy)
  7. Məsləhət istəmək bir insanın digərinə göstərdiyi ən böyük etibardır.(Frensis Bekon)
  8. Ağıl, alovlanıb soyuq qalan yandırıcı şüşədir.(Rene Dekart)
  9. Hər bir müdrikliyin əsası səbrdir.( Platon)
  10. Batilə yardım edən, haqqa zülm edər.(Hz. Əli)
  11. Cəsarətli dəlilik həyatın hikmətidir!(Maksim Qorki)
  12. Lazım olduğu zaman ağlamaqdan çəkinmə. Çünki, göz yaşları söyləyə bilmədiklərini söyləmək üçündür yalnız…(Dostoyevski)
  13. Fəlakət, insan həyatı üçün məhək daşıdır.(Tolstoy)
  14. Hər ümidsizlikdə bir ümid, hər qаrаnlıqdа bir işıq yаşаyır…(Hüseyn Cavid)
  15. Nitqin gözəlliyi az sözlərlə çox şeylər ifadə etməkdədir.( Platon)
  16. Cənnət comərdlərin, cəhənnəm isə cahillərin yeridir..(Hz. Əli)
Menali aforizmler
Menali aforizmler
  1. Dərd-sər duman kimidir. Gün çıxdımı, dağılıb gedəcək. – Ernest Heminquey
  2. .İnsanda əsas olan ağıl yox, xarakter, ürək, xeyirxah hisslər, qabaqcıl ideyalar kimi onu idarə edən xüsusiyyətlərdir.(Dostoyevski)
  3. Dərilən gül verilməli, yazılan şeir sonlanmalı, sevilən qadınsa xoşbəxt olmalıdır. Yoxsa altından qalxa bilməyəcəyin işə baş qoşmamalısan.(Ömər Xəyyam)
  4. İnsanlar ən çox nədən qorxur? Bu çox maraqlıdır. İnsanlar ən çox atacaqları yeni addımdan, söy­ləyəcəkləri yeni sözdən qorxurlar… (Dostoyevski)
  5. Tənqid olmayan yerdə bütpərəstlik başlayır.(Əli Şəriəti)
  6. Pis əxlaq yaraya oxşayır, sağalsa da, izi qalır.(Sokrat)
  7. Laqeydlik – ruhun iflicidir, vaxtından əvvəl ölümdür.(Anton Çexov)
  8. Bir məktəb açan bir həbsxana bağlayar.(Viktor Hüqo)
  9. Qaranlıq içində olan qəlbdə günah doğar. Müqəssir günah edən deyil, bu qaranlığı yaradandır. (Hüqo)
  10. Xəzinənin öz evində basdırıldığını anlamaq üçün, hərdən dünyanı dolaşmaq lazım gəlir.(Paulo Koelyo)
  11. Əsas olan tutduğumuz yer deyil, getdiyimiz yoldur.(Tolstoy)
  12. Təhsilin bahalı olduğunu fikirləşirsinizsə, bir də cəhalətin bədəlini fikirləşin.

Sevgi haqqinda aforizmler

Sevgi haqqinda aforizmler
Sevgi haqqinda aforizmler
  1. Sevirsənsən olduğu kimi sev. Nə qüsursuz insan axtar, nədə ki insanda bir qüsur.( Elif Şəfəq)
  2. Sevmək öz xoşbəxtliyini başqasının xoşbəxtliyində tapmaqdır. (Qotfrid Leybnits)
  3. Bəlkə də eşq, Ona “səni çox sevirəm” demək deyil də, özünə “birini çox sevirəm” deyə bilməkdir.(Duqlas Noels Adams)
  4. Yüz dildə “səni sevirəm” desən nə fayda?! Bir dildə adam kimi sevmədikdən sonra..(Turqut Uyar)
  5. Bəziləri “sevirəm” deyir, çünki əzbərləmişdir. Bəziləri deyə bilmir, çünki həqiqətən sevmişdir. (Can Yücəl)
  6. Biri tərəfindən dərindən sevilmək bizə güc verir, birini dərindən sevmək isə cəsarət verir.(Lao Tzu)
  7. Səninlə hər gün görüşürdük xəyallarda,
    Bitmək bilməyən sonsuz arzularda..(Anonim)
  8. Eşqin ən şirin hissələri başlanğıcdaki ümid və sondakı xatirələrdir.( Cənab Şəhabəddin )
  9. Hər kəs sevə bilər ancaq hər kəs vəfalı ola bilməz. Vəfa elə bir eşqdir ki, hər ürək dözə bilməz.
  10. Eşq-elə bir sirdir ki, gətirmək olmur dilə, Lakin örtmək də olmur onu min pərdə ilə. ( Əbdürrəhman Cami.)
  11. Bəsdi, ağılından çıxart artıq onu deyir kimiləri. Siz də ağılınızla deyil də, ürəyinizlə sevsəydiniz anlardınız məni.(Camal Sürəya)
  12. Dənizləri sevirsənsə, dalğaları da sevəcəksən.
    Sevilmək istəyirsənsə, öncə sevməyi biləcəksən. (Şəbnəm Ferah)
  13. Birini sevməyə başlamaq başlı başına bir iş, bir cəhddir. Güc istər, ürək istər, korluq istər. Hətta başlanğıcda elə bir an vardır ki uçurumun üstündən sıçramaq istər; düşünməyə qalxsan aşa bilməzsən onu.- Jan Pol Sartr

Azerbaycan dahilerinden aforizmler

  1. Sözün, şeirin qiyməti onun düzlüyündədir.(Fizuli)
  2. Dilin bəlasıdır uzunçu olmaq,
    Ariflər işidir sükuta dalmaq.(Nizami Gəncəvi)
  3. Yаşаdаn kаinаtı qüvvətdir, Gücsüzün həp nəsibi zillətdir.(Hüseyn Cavid)
  4. Əgər çox danışmaq faydalı olsaydı Allah iki ağız, bir qulaq verərdi. Onun üçün, çox dinləyib az danışmaq lazımdır..( Şəms Təbrizi)
  5. Ata-ananın borcu övladlarına, hər şeydən əvvəl, vicdanlı olmağı öyrətməkdir.( Nəsirəddin Tusi )
  6. Hər bir xalqın xoşbəxtliyi və ya bədbəxtliyi, uşaqların tərbiyəsinin necə qoyulmasından asılıdır. (Həsən Bəy Zərdabi)
  7. Dünya başıma dolanmasın deyə, özüm dünyanı dolanmağa başladım.
  8. Xəzinə kəşf etmək istəsən əgər,
    Hər bir çətinliyə tab et, sinə gər.( Nizami Gəncəvi)
  9. İlqarı gözəl olmayanı istəməz aşiq,
    Can ver elə cananə ki, ilqarı gözəldir.(ƏIiağa Vahid )
  10. Təhsil alın ki, cahilləri idarə edəsiz, təhsil almasanız əksi olacaq, cahillərin əlinə baxmalı olacaqsız.(Cəlil Məmmədquluzadə)
  11. Hər millətin tərəqqisi və fəaliyyətinin başlıca amili elm və əxlaqdır.(Abdulla Şaiq)
  12. Dil gülünc etməsin deyə insanı,
    İnsan ağzı oımuş dilin zindanı.(Fizuli)
  13. Belə məsəl çəkmiş aqil bir insan:
    Qurd girməz sürüyə yatmasa çoban. (Nizami Gəncəvi)

Kitablardan aforizmler

Kitablardan aforizmler
Kitablardan aforizmler
  1. Zaman bütün yaraları sağaldır, siz bunu istəsəniz də, istəməsəniz də..(Yaşıl Mil – Stephen Kinq )
  2. Sadəcə sevgi və ölüm hər şeyi dəyişə bilər.(Qum və köpük – Xəlil Cübran)
  3. Heç kim öz var-dövlətindən razı deyil, ancaq hamı öz ağlından razıdır.(Anna Karenina – Lev Tolstoy )
  4. Kimin ki çörəyi dənizdən, ya torpaqdan çıxır, o bilir ki, təqvimdə hansı ayın deyil, hansı havanın olması vacibdir.(Əcəl Zəngi – Ernest Hemiquey)
  5. Elə təsadüflər olur ki, görürsən, heç tanış olmadığı­mız bir adam­­la, heç bircə kəlmə də söz söyləmədən, lap elə ilk baxışda, birdən maraqlanmağa başlayırıq.(Cinayət və Cəza- Dostoyevski)
  6. Sevgi – həvəssiz halda çiçək açan parnik çiçəyi deyil, yol kənarında gözlənilmədən çiçəkləyən alaq otudur. (Mart Benovsheleri – Sarah Jio)
  7. Dənizdən daha əzəmətli bir mənzərə vardır ki, o da göydür. Göydən daha əzəmətli bir mənzərə vardır ki, o da insan qəlbinin sirli dərinlikləridir.(Səfillər -Hüqo )
  8. Qürurlandığın hər şey gec, ya tez zibilliyə atılacaq. Qürurlandığın hər şey gec, ya tez zibilliyə atılacaq.(Döyüşçü klubu – Çak Palanik)
  9. Yəhudiyə etibar edəcəyinə ilana etibar et, yunana etibar edəcəyinə yəhudiyə etibar et, amma erməniyə heç vaxt etibar etmə.(Paris və Londondan qara qəpiksiz – Corc Oruel)
  10. İnsan təbiəti çox qəribədir! Zal fəryad edən qadınlara, çarəsiz uşaqlara rəhm etməyən, qatil olmağa alışmış insanlarla dolu idi. Lakin çalınan musiqilərin təsirindən bəzilərinin hətta gözləri yaşardı.
    (Qorxu Vadisi – Konan Doyl)

Bu dəfəki paylaşımın sonuna gəldik. Ümid edirik ki, Aforizmlər başlıqlı bu kontentimiz ürəyinizcə oldu.

Oxşar məqalələr:

2.5/5 - (61 votes)
Back to top button