ŞeirlərƏdəbiyyat

Zəfər gününə aid şeirlər

Zəfər gününə aid şeir, yazılar və deyimləri buradan oxuya bilərsiniz. 10 noyabr qələbə gününə aid şeirlər, şəhidlərə aid seirlər səhifəsində və bu səhifədə mövcuddur. Daha çoxu üçün rəylərdə əlavə edərək köməklik göstərə bilərsiniz.

1️⃣ Müəllif: Nicat Ismayılov

Vətən müharibəsində
Biz qələbə qazandıq.
Bu gün Anım Günüdür
Qəhrəmanları andıq.

Tarix yazdı igidlər,
Hamısı əzizimizdir.
44 günlük müharibə,
Şanlı tariximizdir!

Dəmir yumruq düşmənin,
Mənfur başını əzdi.
Düşmənlər Qarabağda
Daim qala bilməzdi.

İndi azad Qarabağ
Günbəgün abadlaşır.
Mənim qədim torpağım!
Sənə bu çox yaraşır.

Bizə Zəfər yaşatdı,
İgid oğullarımız.
Hər birini anırıq,
Minnətdarıq hamımız!

Yaşa, Vətən, çox yaşa,
Yaraşır Zəfər sənə!
Alqış, min kərə alqış
Zəfəri bəxş edənə!

2️⃣ Həsrət bitdi Qarabağ

Qarabağı işğaldan,
Azad etdi igidlər.
Heç zaman unutmarıq,
Tarix yazdı şəhidlər.

44 gündə düşmənə,
Qəhrəmanlar çəkdi dağ.
30 il ayrı qaldıq,
Həsrət bitdi, Qarabağ.

Keçdi qorxmaz oğullar,
Od-alovun içindən.
Danışacaq nəsillər,
Onların mərdliyindən.

Aylar, illər ötəcək,
Qürurla anacağıq.
Şəhidlər ölməzdilər,
Birgəyik sanacağıq.

Əziz Vətən, can Vətən,
İgidlərin var olsun.
Oğlun, qızın səninlə
Daim bəxtiyar olsun.

3️⃣ Zəfər Valeh Məhərrəmli

Ordumuz “hay”ların burnunun əzdi,
Oldu şücaəti dillərdə əzbər.
Xeyirxah çöhrədə təbəssüm gəzdi,
Xıltlı ürəkləri şaşırdı xəbər.

Keçdi əlimizə mühüm zirvələr,
Erməni ordusu aldı zərbələr,
Zəncir çeynəməkdə hami zorbalar,
Çoxunun belini əydi bu zəfər.

Bəs etdi orduma ikicə gecə,
İşğalçı inansın bizdəki gücə,
Barmaq silkələdi Aqramunt Serjə,
“Yaxşıdır” söylədi cilovlansa şər.

Hamilər yığını şok içində tam,
İstərlər çəkələr bu işə əncam,
Ali Baş Komandan versə sərəncam,
Ordumuz düşmənin başını əzər.

Erməni sarsılıb dəlilərsayaq,
Hayın arxasında seyrəlir dayaq,
Haqsızlıq yeriməz, tutsa da ayaq,
Haqlı haqq işiylə aləmi bəzər.

Birlik yolumuzun üstündə mayak,
Bu gün kükrəməkdə, hayqırmaqda xalq,
Başımız üstündə üçrəngli bayraq,
Qarabağ bir yanda, bir yanda Xəzər.

Ancaq xeyirxah kəs görər yaxşı iş,
İşğalçı işğala edibdi vərdiş,
Bizim xeyrimizə çevrilib gərdiş,
Tezliklə dəf olar, Valeh, bədnəzər.

Digər şeirlər

4️⃣ Zəfər Himni ( Elxan YURDOĞLU)

Birini də mənə ver, qardaş, o silahlardan,
Qoy oğlum görsün məni – vətənçün silahlanan.
Dünənədək tutduğu qələmi silah sanan
Şair bu gün əsgərlə yan-yana dayanmalı,
Çiyin-çiyinə durub, can cana dayanmalı.

Bir ölsək min dirilək, yüz ölsək milyon olaq,
Bir manqa qeyrətiylə coşub batalyon olaq.
Biz zəfər yürüşündə lap ölsək də, son olaq,
Bizdən sonra gələnlər yaşasın qürur ilə,
Ey şəhid övladları, dur, bu xalqı müjdələ.

Mübarizin yazdığı məktuba cavabam mən,
Öldürmək günah, amma bu yolda savabam mən.
Yaramdan qan axsa da, sanmayın bitabam mən,
Gücüm yetər can üstə dirçəlib can almağa,
Tökülən qana qarşı qanmazdan qan almağa.

Nə qürurlu mənzərə – düşmən üstə tank gedir,
İlahi ədalətdir – haqsız üstə haqq gedir.
Ordunun arxasınca yumruq olan xalq gedir,
Selə dönən bu xalqın axınını kim saxlar,
Qığılcıma bənddilər – şimşəktək çaxacaqlar.

Ey səngər oğlu əsgər, mən də sənin əsgərin,
Əmr elə, əmrin ilə düşmənə sinə gərim.
Darmadağın eləyim, leşi leş üstə sərim,
Bəsdi, səbr edib dözdük, səbrin daşan vaxtıdır,
Qanımızın qisasçün artıq coşan vaxtıdır.

Füzuli sevdasında, Cəbrayıl eşqindəyik,
Kəlbəcər, Laçın üçün can vermə məşqindəyik.
Bu gün xəbər gəlsin ki, Xankəndi köşkündəyik,
Zəngilan, Qubadlıdan keçsin zəfər yolları,
Bülbülə naz eləsin xarıbülbül kolları.

Sarsın yaralarını Ağdamım, Xocavəndim,
Xocalını doyunca qucaqlayım… kövrəldim.
Ayaq səslərimizdən gülsün yüzlərlə kəndim,
Əsgəran, Ağdərədə türkün səsini duyam,
Xanın avazındayam – Şuşa havasındayam.

Hayına Naxçıvandan, Bakıdan ərlər gələr,
Qazax, Quba, Lənkəran, Şəkidən nərlər gələr.
Kişilərin yanında xanım əsgərlər gələr,
Yetər ki, haqq yürüşün zəfərlə müjdələnsin,
Dörd tərəfin üçrəngli bayrağımla bəzənsin.

Zəfərlərin müjdəsi Aprel zəfəri olsun,
Bu savaş ordumuzun zəfər səfəri olsun.
Polad Həşimovun da bundan xəbəri olsun,
General şəhidimin yerdə qalmasın qanı,
Artıq sevinən görək bütün Azərbaycanı.

Bu, vətən savaşıdır, bu, torpaq savaşıdır,
Qarabağçün darıxan bir bayraq savaşıdır,
Bu, haqqını istəyən xalqın haqq savaşıdır,
Qoy haqqın uğrunda da canımız olsun fəda,
Hamı bilsin, Qarabağ Azərbaycandır, nida!

8 noyabr zəfər günü haqqında şeir, və yazəlarən ardını bu səhifədə davam etiriləcəkdir. Yazdığınız və oxuduğunuz başqa zəfər gününə aid şeirlər varsa bizimlə bölüşməyinizi xahiş edirik.

4.4/5 - (1348 votes)

Əlaqəli yazılar

Digər yazılar
Close
Back to top button