ƏdəbiyyatŞeirlər

Şəhidlərə aid şeirlər

Şəhidlərə aid şeirlər siyahı ilə aşağıda qeyd edilmişdir. Başlıqlara uyğun olaraq oxuya bilərsiniz. Bildiyiniz əlavələr olsa rəylərdə bizimlə bölüşməyinizi xahiş edirik. Zəfər gününə aid şeirləri isə buradan oxuya bilərsiniz.

1️⃣ Şəhidlərə aid şeir

Qoparmayın şəhid adlı yaramı,
Düşmənlər duymasın, bu fəryadımı.
Bilmirəm sevinim ya ağlayımmı,
Adın tarixlərə, yazdı şəhidlər,
Haqqın dərgahına, qalxdı şəhidlər!

Ay ana, saçını dərddən ağartma,
Gəlib gedənlərdən oğlunu sorma.
Qara bəxtim deyib, yanma-alışma,
Adın tarixlərə yazdı şəhidlər,
Haqqın dərgahına qalxdı şəhidlər!

Həyatda candan şirin deyin nə var?
Şirin candan keçdi, vətənçün onlar.
Əlbət yaşayacaq belə oğullar,
Adın tarixlərə yazdı şəhidlər,
Haqqın dərgəhına qalxdı şəhidlər!

Vətənin köməyə ehtiyacında,
Yetdilər imdada dar ayağında.
Qanların tökdülər torpağ uğrunda,
Adın tarixlərə yazdı şəhidlər,
Haqqın dərgahına qalxdı şəhidlər!

Şəhidlik adını ucuz tutmayın,
Öldülər sözünü dilə almayın.
Onlar yaşayırlar, siz unutmayın,
Adın tarixlərə yazdı şəhidlər,
Haqqın dərgahına qalxdı şəhidlər!

Hər zaman, yolunda hazır,
Qisas alınacaq əvvəl ya axır.
Yalnız bir təsəlli ürəyi açır,
Var belə oğullar, ola şəhidlər,
Haqqın dərgahına qalxdı şəhidlər!

Allah rəhmət eləsin!

Sehidlere aid yazili seirler üçün ardını oxuyun.

2️⃣ “Şəhidlər” ( Bəxtiyar Vahabzadə )

Bu vətən , bu torpaq mənimdi deyib
Üstündə vüqarla gəzdi şəhidlər.
əyninə qanından bir köynək geyib
düşmənin yolunu kəsdi Şəhidlər.

Təki vətənimiz düşməsin dara
Baxmayıb soyuğa , borana , qara
Cavab vermək üçün o azğınlara
Hər bir çətinliyə dözdü Şəhidlər.

Arzusu göylərə , yerə sığmayan
Araza sığmayan , Kürə sığmayan
Nağıla , dastana , şerə sığmayan
ən ali , müqəddəs sözdü Şəhidlər.
Torpaq götürməsin bu qanı , qardaş.

Gözləriniz yoxdu torpaq tökülə
Telləriniz yoxdu sığal çəkilə
Cəsədiniz yoxdu kəfən bükülə
Biz necə oxşayaq yaranı ,qardaş,
Torpaq götürməsin bu qanı ,qardaş.

Əliniz ümiddən qopmayıb hələ
Qanınız torpağa hopmayıb hələ
“Sevirəm”kəlməsi tapmayıb hələ
Qəfil güllə tapdı sevdanı , qardaş,
Torpaq götürməsin bu qanı , qardaş.

Bəlkə ana,bacı kitiyə , dönə
Yandıqca bir yanar körüyə dönə
Bu yoldan çətin ki , geriyə dönə
Vətən çətin dönüb usanır , qardaş,
Torpaq götürməsin bu qanı , qardaş

3️⃣ Tabut

Bir gün çiyinlərdə bir tabut gedər
Bir cəsəd sevdası yandırar səni,
Yoxluğum qar kimi yağar üstünə,
Təpədən dırnağa dondurar səni.

Daha ulduzlara tənha baxarsan
Tənhalıq bıçaqtək tökər qanını
Qaranlıq otaqda dəli olarsan
Səssizlik kar edər qulaqlarını.

Payız daha gözəl görünməz sənə
Yağan yağışlar da ovutmaz artıq,
Gözünün yağıştək yağan yaşını
Min günəş çıxsa da qurutmaz artıq.

Qalarsan əllərin yanaqlarında
Axan göz yaşını silib gedərsən
Ürəyin istəsə, açıqdır qapım
Hərdən məzarıma gəlib-gedərsən.

Gəlib baş ucumda durarsan səssiz
Ruhum səni görüb sevinər bəlkə,
Onda nə çəkmişəm bilərsən sənsiz
Buz kəsmiş ürəyin isinər bəlkə.

Sonra baş daşımda rəsmimə baxıb
Xəyala dalarsan, gülərsən bir az.
Məni öldürdüyün azdır, əzizim,
Bacarsan özün də ölərsən bir az…

4️⃣ Şəhid anası ( İlham İdirsoğlu )

Titrək əllərinlə alıb şəklini
Ah çəkib ağlama, şəhid anası!
Dizlərin üstünə əyib belini
Sellər tək çağlama, şəhid anası!

Baxırsan gəldiyi cığıra,izə.
Quzu otardığı çəmənə, düzə.
Yaralı könlünü hey üzə-üzə,
Dünyanı dağlama, şəhid anası!

Ruhu ildrımda, şimşəklərdədir,
Qarabağdan əsən küləklərdədir,
Həsrətli, ümüdlü ürəklərdədir,
Çox matəm saxlama, şəhid anası!

Nə deyim, nə yazım, qələmim donur?
İlhamın dünyası odlanır, yanır.
Sənin dözümündən yağılar sınır,
Qara şal bağlama, səhid anası!

5️⃣ Şəhid Ol

Vətən üçün döyüşən igidlər,
Vətəni ücün döyüşür,ölürlər.
Hər qarışına aşiqdi gönüllər,
Ürəyi torpaq ücün döyünənlər.

Ugrunda ölən varsa o vətəndir.
Hər Vətənsevər əsgər ,qudrətlidir.
Şəhid olmaq tək şəhidə qismətdir.
Vətən biləklə deyil ürəklədir.

Döyüşəndə həmişə Mübariz ol.
Ölümə gedir sonu işıqlı yol.
Haqsızlığa dözmə budur əsil yol.
Təki sən Vətən ugrunda şəhid ol.

Millət var silahlarıyla öyünür,
Türk oğlu Vətəni qəlbində görür.
Səhidlər torpağı qanıyla örtür,
Artıq Qarabağdan iyirmi ötür.

Ana oğlun gəlir səs küy olmasın,
O gözəl gözlərin yaşla dolmasın.
Ailəm Allaha əmanət qalsın,
Ata tək sözün VƏTƏN SAĞOLSUN!!!

Qarabağ şəhidlərinə aid şeir, şeirlər

6️⃣ Şəhid İsmayıl Qəsəbova

Zaman səni atıb getdi
Uşaqlığın ortasına.
Sən gözlədin, o gəlmədi,
Nə toyuna, nə yasına.

Buna gəlmək demək olmaz,
Hamı gəldi, hamı getdi.
Bircə anan! Sənin üçün,
Ömrünün hər anı getdi.

Bircə anan, anan səni,
Hey axtarıb arayırdı.
Əllərinin qabarıyla
Saçlarını darayırdı.

Və beləcə illər ötdü,
Sənintək igid böyüdü.
Nə biləydi anan sənin
Evində şəhid böyüdür?

Nə biləydi, ona şəhid,
Anası da deyəcəklər.
Məzarında qərənfillər
Lalə kimi bitəcəklər.

Nə biləydi, sinəsində,
Bala boyda dərd olacaq?
Nə biləydi, təsəllisi
Uğur ilə Mərd olacaq?

Bilirik ki, şəhid ölmür,
Ölməmisən, yaşayırsan.
Sən əbədi ata, yoldaş,
Bala adı daşıyırsan.

Daşıyırsan bu vətənin
Hər daşını, torpağını.
Daşıyırsan qələbənin
Şuşa adlı bayrağını.

Sən vətənə, bu torpağa
Can deyərək vermisən can.
Sənin ilə fəxr eləyir
Çaylı, Qazax, Azərbaycan!

Şəhidlərə aid şeirlər daimi olaraq ardı ilə yenilənəcəkdir. Bu səhifədə hər hansı bir şeirin və ya yazının olmasını istəyirsinizsə, rəylərdən bizə yaza bilərsiniz.

4.6/5 - (1236 votes)

Əlaqəli yazılar

Digər yazılar
Close
Back to top button