Şeirlər

Yeni il seirleri

Yeni il şeirləri axtaranlar üçün ən yaxşılarını bir araya toplamağa çalışdıq. Şaxta baba,qar, yolka, qar qız, qış haqqında bütün maraqlı şeirləri bir ünvandan tapa bilərsiniz.

1️⃣ TƏZƏ İL ( Xanımana Əlibəyl )

Döşündə ağ qərənfil,
Xoş gəlmisən, təzə il.
Yolkamıza qar ələ.
Gəl oynayaq əl-ələ.

Sən gələndə, təzə il,
Ağ gül açır elə bil.
Yolkamıza qar ələ.
Gəl oynayaq əl-ələ.

Çöllərdə fırfıra tək
Hərlədir qarı külək.
Yolkamıza qar əb,
Gəl oynayaq əl-ələ.

2️⃣ TƏZƏ iL ŞEİRİ (Mürvət Qədimoğlu )

Bürünübdü çöl-çəmən
Ağappaq, bəyaz qara.
Ağ qardan don biçilib
Bağçalara, bağlara.

Dolanır qapı-qapı,
Çiynində də heybəsi.
Bizim hər birimizə
Heybədə hədiyyəsi.

Yenə dolur uşaqla
Hər bir həyət, hər qapı.
Yenə çıxıb həyətə
Oynayırıq qartopu.

Arzumdur: Şaxta baba
Qar yağdırsın hər dağa,
Bizi qonaq çağırsın
Gələn il Qarabağa!

Çəkilsin üstümüzdən
Qara bulud, boz külək.
Gələn il təzə ili
Şuşada bayram edək!

3️⃣ QAR ( Mirvarid Dilbazi )

Qar örtdü bağça bağları,
Çiçəkli gülü dağları,
Qışın səfalı çağları
Yetişdi. Qəlbim oldu şən.

Səfalıdır bizim Vətən.
Nə xoş gəlib bu qış, bu qar
Qışın da başqa zövqü var.
Qar altda yatdı tarlalar

Düm ağ geyindi çöl, düzən.
Səfalıdır bizim Vətən.
Fərəhlidir bu eldə qış,
Baharda gur yağan yağış,

Açıb düm ağ örpəyi
A yurdumuz bəzən-bəzən,
İlin bütün fəsilləri
Səfalıdır bizim Vətən.

4️⃣ Yeni il SEİRİ

Əsir qışın küləyi
Küçələrdə soyuq, qar,
Oynayırlar qar topu
Dəstə – dəstə uşaqlar.

Bağçalarda dəydikcə
Soyuq qışın sazağı,
Alma kimi qızarır
Körpələrin yanağı.

Böyük yolka qurulub
Meydançada bax yenə.
Nəğmə deyir uşaqlar
Gözəl qışa, Vətənə,

Yox, yox! Gəlin hələ siz
Bəzəklərə baxın bir,
Bu sayrışan işıqlar
Bir – birindən gözəldir!

Əlində böyük əsa,
Başında da qar papaq
Şaxta baba yenə də
Bizlərə gəlmiş qonaq,

Uşaqlarla o, yenə
Gözlərində məhəbbət
Bəzən də edir söhbət,
O, söyləyir: – Uşaqlar,

Oynayın qəşəng – qəşəng;
Sizin yeni iliniz
Görüm olsun mübarək!
Sevin dərsi, zəhməti,

Sadiq olun yoldaşa;
Sevin аnа Vətəni,
Ziynət verin hər daşa.
Daha gözəl olacaq
Xalqımızın həyatı!.

5️⃣ YENİ İL (Zeynal Xəlil)

Əsir qışın küləyi
Küçələrdə soyuq, qar,
Oynayırlar qar topu
Dəstə – dəstə uşaqlar.ĸ

Bağçalarda dəydikcə
Soyuq qışın sazağı,
Alma kimi qızarır
Körpələrin yanağı.

Böyük yolka qurulub
Meydançada bax yenə.
Nəğmə deyir uşaqlar
Gözəl qışa, Vətənə,

Yox, yox! Gəlin hələ siz
Bəzəklərə baxın bir,
Bu sayrışan işıqlar
Bir – birindən gözəldir!

Əlində böyük əsa,
Başında da qar papaq
Şaxta baba yenə də
Bizlərə gəlmiş qonaq,

Uşaqlarla o, yenə
Gözlərində məhəbbət
Bəzən də edir söhbət,
O, söyləyir: – Uşaqlar,

Oynayın qəşəng – qəşəng;
Sizin yeni iliniz
Görüm olsun mübarək!
Sevin dərsi, zəhməti,

Sadiq olun yoldaşa;
Sevin аnа Vətəni,
Ziynət verin hər daşa.
Daha gözəl olacaq
Xalqımızın həyatı!..

6️⃣ Yeni il gəlir

Süd kimi ağ qar ilə,
Çoxlu-çoxlu bar ilə,
Qış ilə, bahar ilə
Yeni il gəldi,
Yeni il gəldi.
Neçə nübar ilə,
Yeni il gəldi.

Dekabrın son günü,
Bizə tutub üzünü,
Dedi ürək sözünü:
Yeni il gəldi,
Yeni il gəldi.
Görürük özünü,
Yeni il gəldi.

Bəzənmişdir yolkalar,
Onların da sözü var:
–Bilsin ellər, obalar,
Yeni il gəlir,
Yeni il gəlir.
Sevinir uşaqlar,
Yeni il gəlir.

Sevinclə gülə-gülə,
Aydın səhərlər ilə,
Yeni zəfərlər ilə
Yeni il gəldi,
Yeni il gəldi.
Hər obaya, elə,
Yeni il gəldi.

7️⃣ Yeni ile aid seir

Sevinin, a dostlar, sevinin bu gün
Yenə də bir yeni illə görüşdük.
Qəmi unutduran, kədəri danan
Neçə şirin-şirin dillə görüşdük.

Yenə də bir vərəq doldu ömürdən,
Bir qamçı da dəydi göy atımıza.
Bir çəngə gül-çiçək yoldu ömürdən,
Şənlik gətirənlər ovqatımıza.

Ürək odlandıqca gözlər yaş süzər,
Yaşlardır söndürən ürəkdə odu.
Olsa da həyatın sonucu kədər,
Sevincdə, gülüşdə, dəmdədir dadı.

Uşaq cavanlaşır, qocalır cavan,
Yaş üstə yaş gəlir, hər yeni ildə.
Qalacaq yenə də sirli, sehirli
Hər solan çiçək də, açılan gül də.

Sevinin, a dostlar, sevinin, bu gün
Sevinclər bəzəsin anlarınızı.
Gəlsin xoş xəbərlər hey dəstə-dəstə,
Müjdələr oxşasın günlərinizi.

Əlaqəli mövzular:

4.1/5 - (690 votes)

Əlaqəli yazılar

Digər yazılar
Close
Back to top button