Şeirlər

Saxta baba seiri

Saxta baba seiri yeni ilə yaxın uşaqların ən çox axtardığı və həvəslə əzbərləyib oxuduqları şeirlərdəndir. Yeni il haqqında seirlər və şaxta baba şerirlərini aşağıdan başlıqları ilə birlikdə oxuya bilərsiniz.

1️⃣ Şaxta babanın nəğməsi

Qopdu bayırda tufan
Uğuldadı yel boran
Döyüldü pəncərə bərk
Açdı qapını külək
Yelləndi çilçiraqlar,
Doldu evə soyuq qar.
Aha aha diyəsən
Şaxta babadır gələn!
Saç-saqqalı tamam ağ,
Başında qardan papaq
Girdi evə bir qoca,
Boyu çinardan uca…
Yapıncısı buz kimi,
Parlayır ulduz kimi
Qotazlı qar xurcunu.
Uşaqlar görcək bunu
Alıb dövrəyə həmən
Tutdular ətəyindən:
Şaxta babadır gələn
Şaxta baba şaxtacan
Hardasan bu vaxtacan
Şaxta baba gülərək
Uşaqlarla təkbətək
Qucaqlaşıb görüşdü
Nə isə yadına düşdü
Fikrə getdi bir qədər,
Dedi – əziz körpələr
Qarlı dağlar aşaraq
Çox ellər dolaşaraq
Dağlarda qurdum dəyə
Gəldim sizi görməyə.

2️⃣ ŞAXTA BABA

Şaxta Baba, Qar Baba,
Buludları öp baba.
Bəsdir, əsdirdin külək,
Bir az da qar səp baba.

Şimaldakı uşaqlar
Çoxdan görüblər qarı.
Bu nə ayrıseçkilik,
Sən belə etmə barı.

3️⃣ ŞAXTA BABA, QIŞ BABA ŞEİRİ

Keçdi dəniz, aşdı dağ
Gəldi bizə bir qonaq,
Saçları qardan dümağ,
Söylədik: alqış, baba,
Şaxta baba, qış baba!

Çöldə çıxıb qar dizə,
Yolka qonaqdır bizə.
Nəğmə deyib üz-üzə
Söylədik: alqış, baba,
Şaxta baba, qış baba!

Burda verib əl-ələ,
Oynayırıq bax belə
Səs yayılır hər elə:
Ay sənə alqış, baba,
Şaxta baba, qış baba!

4️⃣ Qış deyir

Saqqalı ağ, saçı ağ,
Ağaca dayanaraq
Gəldi qocalmış baba,
Şaxta baba, qış baba.
Ucaldaraq səsini,
Oxudu nəğməsini:
“Mən gələndə yağar qar,
Məndə min cür oyun var.
Şirindir qar oyunu,
Sevər uşaqlar bunu.

Qarlı bir qış axşamı
Xoşdur yolka bayramı.
Məndə nələr var, nələr!
Sevər məni nəvələr.
Körpələr də beşikdə,
Sevər Məstan pişik də.
Soyuq qış axşamında
İsti soba yanında
Nağıl deyər nənələr,
Qulaq asar nəvələr”.

5️⃣ ŞAXTA ВABA Seirləri Yeni il

Gəl bu xoşbəxt elimizi,
Təbrik elə, bir-birimizi,
Təzə gələn ilimizi
Şaxta baba, şaxta baba

Saçların ağ, saqqalın ağ,
Hansı evə getsən qonaq,
Hörmət edər hər bir uşaq
Şaxta baba, şaxta baba.

4.4/5 - (253 votes)

Əlaqəli yazılar

Digər yazılar
Close
Back to top button